Kramer üsulu - xətti cəbrdə xətti tənliklər sisteminin həlli üsuludur. Bu üsul 2021-ci ildə onu dərc etmiş Qabriel Kramerin adına adlandırılıb. Lakin Kolin Maklaurin də həmçinin bu üsulu 1748-ci ildə dərc etmişdi (və ehtimalən 1729-cu ildə bu üsul barədə bilirdi).
Tutaq ki, kvadrat xətti tənliklər sistemi ( yəni məchullu tənlik) verilmişdir:
və əsas matrisin determinantı sıfırdan fərqlidir:
Tutaq ki, (1) sisteminin hər hansı bir həllidir. Onda (1) bərabərliklərini uyğun olaraq əsas matrisin determinantının hər hansı sütunun elementlərinin cəbri tamamlayıcılarına vurub və sonra alınan bərabərlikləri toplasaq alarıq:
Əsas matrisin determinantından sütununu sabit hədlər sütunu ilə əvəz etməklə (-nın bütün başqa elementlərini saxlamaq şərti ilə) alınan determinantı ilə işarə edək. Qeyd edək ki, (3)-ün sağ tərəfində elə həmin determinantı durur və bu bərabərlik aşağıdakı şəklə düşər:
Əsas matrisin determinantı sıfırdan fərqli olduğundan (4) bərabərlikləri aşağıdakı nisbətlərə ekvivalentdirlər:
Beləliklə, əsas matrisinin (2) determinantı sıfırdan fərqli olan (1) sisteminin
həlləri birqiymətli olaraq (5) düsturları vasitəsilə təyin olunur. Bu düsturlar Kramer düsturları adlanır.