İkt-nin təhsilə nüfuzu İnformatlaşmanın təhsil sisteminə təsiri


Qeyd etmək lazımdır ki, kompyuterlərin təhsildə istifadəsi aşağıdakı istiqamətlərdə ola bilər



Yüklə 47,5 Kb.
səhifə2/3
tarix19.06.2022
ölçüsü47,5 Kb.
#61802
1   2   3
İKT-NIN TƏHSILƏ NÜFUZU

Qeyd etmək lazımdır ki, kompyuterlərin təhsildə istifadəsi aşağıdakı istiqamətlərdə ola bilər:
1) Kompüter təlim obyektidir. Kompütin özünün bir obyekt olaraq öyrənilməsi (iş prinsipi, strukturu, proqramlaşdırma dilləri v. s. ). Bu məqsədlə son 40 il ərzində təhsilin müxtəlif səviyyələrində informatika kursu tədris edilir. Informatika kursunun tədrisinə verilən tələblər daim dəyişilir. Çünki, kompüter bir obyekt olaraq özü sürətlə dəyişir, inkişaf edir. Bu sürətli inkişaf informatika fənni üzrə təhsil standartları və proqramlarına da sirayət edir. Bu gün kompüterdən istifadə bacarığı ümumi savadlılığın mühüm tərkib hissəsidir. Kompüterdən istifadənin öyrədilməsi ibtidai məktəblərdə, hətta məktəbəqədər təlim və tərbiyə müəssisələrində həyata keçirilir. Kompüter savadlılığı fasiləsiz proses olub , insanı ömürboyu müşayət edir.
2) Kompüter təlim vasitəsi kimi. Yuxarıda qeyd etdiyimiz kimi, təhsil prosesində həyata keçirilən informasiya mübadiləsi prosesini avtomatlaşdırmaq mümkündür və zəruridir. Bu zaman kompüter təlim vasitəsi kimi müəllimin yaxın köməkçisi olur. Bu gün tədrisdə ənənəvi TTV (təlimin texniki vasitələri ) artıq istifadə edilmir. Çünki kompüter onun bütün funksiyalarını öz üzərinə götürə bilər. Məsələn, kompüterdə filmə baxmaq, audio informasiyaya qulaq asmaq v.s. mümkündür, artıq qramafona, kinoproyektora ehtiyac yoxdur. Kompüter vasitəsi ilə radio və televiziya verlişlərini qəbul etmək, onlara baxmaq mümkündür. Kompüter vasitəsi ilə uzaq məsafədə olan istifadəçilər biri-biri ilə danışa bilər, canlı rabitə qura bilər v. s.
3) Təhsil sisteminin təşkili və idarə edilməsində kompüterin tədbiqləri. Təhsil sektoru cəmiyyətin mühüm bir sahəsi kimi müəyyən ierarxik struktura malikdir. Milli təhsil sistemi məktəb, rayon təhsil şöbəsi, təhsil nazirliyinin müvafiq idarəsi və s. kimi struktur elementlərinə malikdir. Bu elementlər (pillələr) arasında idarəetmə məqsədi ilə vertikal (aşağıdan üzü yuxarı və yuxarıdan üzü aşağı ) informasiya mübadiləsi həyata keçirilir. Dünyanın bir çox ölkələrində (sovet dövründə SSRİ-nin bəzi universitetlərində də) bu proses avtomatlaşdırılmışdır. Hələ 40 il əvvəl Sovet dönəmində təhsildə “ASU şkola”, ASU VUZ kimi avtomatlaşdırımış idarəetmə sistemləri tətbiq edilirdi. Belə sistemlər universitet daxili bütün proseslərin avtomatlaşdırması hesabına keyfiyyətli, səmərəli və şəffaf idarəetməyə imkan yaradır. ASU VUZ -un daxilində çoxlu alt sistemlər var. Bu altsistemlər dekanlıqların, kafedraların, əyani və qiyabi tələbə şöbəsinin, tədris hissəsinin, elmi hissənin, təsərrüfat, maliyyə şöbələrinin fəaliyyətlərini avtomatlaşdırmağa, əlaqələndirməyə, operativ informasiya mübadiləsi əsasında düzgün qərar qəbul edərək optimal idarəetməyə imkan yaradır. Bizim respublikamızın təhsil sistemində son zamanlaradək bu məsələlər diqqətdən kənarda idi. 15 il əvvəl milli təhsil sistemində Dünya Bankının maliyyə dəstəyilə TİMS (təhsili idarəetmə məlumat sistemləri) layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində nazirliklə bir neçə pilot rayonun təhsil şöbələri arasında şəbəkə bağlantısı təmin edilmişdir. Bu bağlantı nazirliyə imkan verir ki, həmin rayonların məktəblərində kadr təminatı və kadrlara olan ehtiyacı barədə daim informasiya alınsın. Bu şəbəkə həmçinin imkan verir ki, həmin rayonlarla nazirlik arasında telekonfranslar, videokörpülər (telemost, telekörpü v.s.) təşkil edilsin.

Yüklə 47,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin