Asena-Əski türk mifologiyasında qutsal dişi qurddur. Əsil Ana (Asil Ana) sözündən törəmiş ola bilir. «Bozqurd» dastanında Lin adlı yad ölkəylə savaşan türklərdən yeganə sağ qalan 10 yaşlı türkü himayəyə götürən, gələcəkdə onunla evlənən qurddan törəmiş on çocuqdan biri Asenadır. Ərgənəkon dastanında türklərə qurtuluş yolunu dişi qurd – Asena göstərir. 552-ci ildə Bumın Xaqanın başqanlığıyla qurulan Göytürk Xaqanlığı da Asena (Aşina) boyunun adıyla bağlıdır.Göytürk dastanı olan “Bozqurd”da da, “Doqquz Oğuz-On Uyğur dastanı”nda, “Ərgənəkon dastan”da, “Oğuz Xaqan dastanı”nda, “Törəyiş dastanı”nda, “Asena əfsanəsi”ndə, uyğurların “Köç” dastanında da qurd yol göstərən, qurtarıcıdır. “Manas” dastanın da isə bozqurdu yolgöstərən qutsal varlıq obrazında, Tanrısal qüdrət sahibi olaraq görürük. Əsgi türk yazılı abidəsi olan Kül Tikin kitabələrindən birində qurddan süd əmən uşaq təsviri, Bilgə Xaqan kitabəsində isə; “Tanrı güc verdiyi üçün babam Xaqanın əsgərləri qurd kimi imiş, düşmanları qoyun kimi imiş.” deyə qeyd olunmaqdadır. Dastanların çoxunda bozqurdun göydən endiyinə, “Oğuz Xaqan dastanı”nda isə ağ işığın içindən çıxdığı göstərilməkdədir. Bu isə türklərin bozqurdu ülvü varlıq hesab etməklərindən irəli gəlməkdədir. Bu səbəbdən də bozqurda Gök Börü də deyilməkdədir. Kitabi dədə qorqud əsərində animizmin izləri
Animizm – ilkin dini təsəvvürlərin əsasında duran elə bir inkişaf mərhələsidir ki, bütün varlıqlarda ruhun mövcudluğuna inanışa əsaslanır.Azərbaycan-türk xalqını formalaşdıran bəzi etnik qrupların Tanrıçılığa və İslama qədərki dini dəfn adətlərində - o biri dünyada davam etdirilməsinə güclü inam var idi. «Kitabi-Dədə Qorqud»da (XI boyda) Qazan xanı əsir alıb quyuya salan türk tayfasının inamına görə, yeraltı aləmdə günlərini daha xoş keçirmələri üçün ölülər gerçək dünyanın nemətləri ilə təmin olunurdular. Xüsusi mərasimlərdə meyitlər basdırılan quyuların ağzına yeməklər qoyulurdu. Arxeoloji qazıntılar zamanı yurdumuzdakı saklara aid kurqanlardan Şəkidəki Minbərək və Alazan kurqanlarından totem dərisinə bükülü meyitin yanında içərisində bişmiş yeməklər dolu qablar, hətta səfərə göndərilənin xoşladığı əşyalar, bəzək şeyləri tapılmışdır. Bir gil kasada ov quşunun xırda sümükləri, samovarı xatırladan xüsusi məişət əşyası, daraq, əsa ağacı və xüsusi ağ çay daşından yonulmuş ox ucluqları göstərir ki, ulu əcdad öz soydaşının bədənini o biri dünyaya əliboş yola yola salmamış, bir neçə müddətlik azuqə ilə yanaşı, ov etməsi üçün hətta sursatla da təmin etmişdir.
17.Totemizm və bunun mif mətnlərində təzahürü
Totemizm – ayrı-ayrı insan dəstələrinin elə bir inanc formasındır ki, icma üzvlərinin hər hansı bir heyvan, yaxud bitki ilə qohumluğunun olmasına əsaslanır.