Çevrilmə motivi mifoloji mətnlərdə müxtəlif formada özünü göstərir. Belə ki, cansız varlıqlara çevrilmədə ən çox təsadüf edilən daşa çevrilmə motividir. “Çoban sürüsünü otarırmış. Onu bir bulağın başında yuxu tutur. Ayılıb görür ki, sürü yoxdu.Əhd eləyir ki, sürnü tapsam, bir qoç qurban kəsəcəyəm. Çoban sürünü tapır, lakin əhdinə əməl eləmir. Ona görə sürüsü ilə bərabər daşa dönür” Burada çevrilmə əhdə əməl etmədiyi üçün cəza olaraq gərçəkləşir. Amma daşa dönmə ilə bağlı digər nümunələrdə çevrilmə motivinin mahiyyəti dəyişir, belə ki, çətinliyə düşən gəlin, qız düşməndən qurtulmaq üçün Allaha yalvarır və daşa dönür.
43.Divlərin mifoloji personajlar kimi funksiyaları
Türk folklorunda tanrı və qutsal heyvan obrazları ilə yanaşı, qeyri-adi fiziki görünüşlü personajlar da mövcuddur. Bunlara öncəliklə divləri aid etmək olar. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanından tanıdığımız Təpəgözün yalnız bir gözü vardır. Divlər çox zaman üç qardaş, yeddi qardaş kimi təqdim olunurlar. Azərbaycan nağıllarında divlər xüsusiyyətlərinə görə Ağ div və Qara div adlandırılırlar. Onların bəzən anası da olur. Divlər adam ətini yeməyi sevirlər. Bu varlıqlar əksər hallarda ayı və ya günəşi qaçırır, başlarını qızların dizi üzərinə qoyaraq yuxuya gedirlər. Bəzi hallarda isə onlar həyat almasını oğurlayırlar. Mifoloji kontekstdə bu hal xaosun əlamətidir. Almanı geri almaq, ay və ya günəş qızı xilas etmək isə sehrli nağıl qəhrəmanının üzərinə düşür. Çox zaman divlərin ürəyi onlardan kənarda olur. Belə motivlərə “Tilsimə düşmüş qız” nağılında da rast gəlmək olar. Bununla yanaşı pərilər, cinlər də türk mifologiyasında geniş yayılmışdır.
Miflərdə dünyanın yaradılışı
Yaradılış əfsanəsi-“Oğuz Qağan”, “Yaradılış”, “Şu”, “Manas”, “Kitabi-Dədə Qorqud”.
Dostları ilə paylaş: |