Asena-Əski türk mifologiyasında qutsal dişi qurddur. Əsil Ana (Asil Ana) sözündən törəmiş ola bilir. «Bozqurd» dastanında Lin adlı yad ölkəylə savaşan türklərdən yeganə sağ qalan 10 yaşlı türkü himayəyə götürən, gələcəkdə onunla evlənən qurddan törəmiş on çocuqdan biri Asenadır. Ərgənəkon dastanında türklərə qurtuluş yolunu dişi qurd – Asena göstərir. 552-ci ildə Bumın Xaqanın başqanlığıyla qurulan Göytürk Xaqanlığı da Asena (Aşina) boyunun adıyla bağlıdır.Göytürk dastanı olan “Bozqurd”da da, “Doqquz Oğuz-On Uyğur dastanı”nda, “Ərgənəkon dastan”da, “Oğuz Xaqan dastanı”nda, “Törəyiş dastanı”nda, “Asena əfsanəsi”ndə, uyğurların “Köç” dastanında da qurd yol göstərən, qurtarıcıdır. “Manas” dastanın da isə bozqurdu yolgöstərən qutsal varlıq obrazında, Tanrısal qüdrət sahibi olaraq görürük. Əsgi türk yazılı abidəsi olan Kül Tikin kitabələrindən birində qurddan süd əmən uşaq təsviri, Bilgə Xaqan kitabəsində isə; “Tanrı güc verdiyi üçün babam Xaqanın əsgərləri qurd kimi imiş, düşmanları qoyun kimi imiş.” deyə qeyd olunmaqdadır. Dastanların çoxunda bozqurdun göydən endiyinə, “Oğuz Xaqan dastanı”nda isə ağ işığın içindən çıxdığı göstərilməkdədir. Bu isə türklərin bozqurdu ülvü varlıq hesab etməklərindən irəli gəlməkdədir. Bu səbəbdən də bozqurda Gök Börü də deyilməkdədir. Qurd Göytürklərin dinində, yəni inanclarında istifadə edilən müqəddəs bir heyvandır. Dastanlarda, ənənələrdə və dinlərdə qurdla bağlı bir çox elementə rast gəlirik. Qurd qədim türklərdə ən vacib heyvan simvollarından biridir. Göytürklərin bayraqlarında və paltarlarında qurd simvolundan istifadə edilmişdir və ənənələrinin davam etdirilməsində istifadə olunan vacib bir elementdir. Qurd simvolu türklər üçün böyük bir məna daşıyır. Qurd cəsarət, azadlıq daşıyan bir heyvandır.
18. Mifin dastan yaradıcılığında ifadə formaları
Mif süjetlərini formalaşdıran əsas amillərdən biri də, mifoloji varlıqlarla bağlıdır. Bu varlıqlar canlı, cansız və ya da fövqəltəbii demonik varlıqlar ola bilər. Məsələn, Tanrı, insan, heyvan, pəri kimi obrazlar mif süjetlərinin formalaşmasında mühüm amildir. Əsasən totemizmlə bağlı olan heyvan obrazları müxtəlif mifologiyalarda geniş yayılmışıdr. Türk mifologiyasında isə belə mif personajlarında qurd obrazına tez-tez rast gəlinir. Bəzən əcdad qəhrəman, bəzən xilaskar və ya ana, ata, yaxud ər funksiyalarını icra edən qurd obrazı arxaik dastanlarda da tez-tez görünməkdədir. Türk folklorunda tanrı və qutsal heyvan obrazları ilə yanaşı, qeyri-adi fiziki görünüşlü personajlar da mövcuddur. Bunlara öncəliklə divləri aid etmək olar. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanından tanıdığımız Təpəgözün yalnız bir gözü vardır. Divlər çox zaman üç qardaş, yeddi qardaş kimi təqdim olunurlar. Azərbaycan nağıllarında divlər xüsusiyyətlərinə görə Ağ div və Qara div adlandırılırlar. Onların bəzən anası da olur. Divlər adam ətini yeməyi sevirlər. Bu varlıqlar əksər hallarda ayı və ya günəşi qaçırır, başlarını qızların dizi üzərinə qoyaraq yuxuya gedirlər. Bəzi hallarda isə onlar həyat almasını oğurlayırlar. Mifoloji kontekstdə bu hal xaosun əlamətidir. Almanı geri almaq, ay və ya günəş qızı xilas etmək isə sehrli nağıl qəhrəmanının üzərinə düşür. Çox zaman divlərin ürəyi onlardan kənarda olur. Belə motivlərə “Tilsimə düşmüş qız” nağılında da rast gəlmək olar. Bununla yanaşı pərilər, cinlər də türk mifologiyasında geniş yayılmışdır.
Mifoloji motivlərin dastanlara transformasiyası
Qədim cəmiyyətlərin ibtidai təfəkkürünün nəticəsi olan bir çox mif motiv və süjetləri cəmiyyətin inkişafı nəticəsində zamanla formalaşan folklor mətnlərinə bu və ya digər şəkildə transformasiya edilirdi. İlkin mətnlərin (invariantların) müxtəlif transformasiyaların (köçürülmələrin) ilkin sxemi qorunması şərti ilə digər folklor mətnlərinə təhrif olunması şəklində qorunub saxlanılır. “Oğuznamə”nin uyğur variantında Oğuz xaqan Ay xaqanın gözündən doğulmuşdur. Onun zoomorf görkəmi özündə totemizmi ehtiva edirsə, zahiri görkəmində öz əksini tapmış rənglərin semantikası məhz, kosmoqoniyanı, kainatı və zamanı ehtiva edir. Qəhrəmanın saçının qaralığı kainatın və ya gecənin rəngidirsə, ağzının al-qırmızı olması günəşin semantik yozumudur. Yaxud “Koroğlu” və “Goroğlu” paralellərinə diqqət yetirək. Dastanın daha arxaik versiyası olan “Goroğlu”da qəhrəmanın anasının işıqdan hamilə qalması və qəhrəmanın gorda doğulması dastanın sonrakı variantı olan “Koroğlu” dastanında da özünü biruzə verir. Qəhrəmanın əsl adı Rövşəndir. Rövşən adı işıq, aydınlıq mənalarını verir. Bu onun mənşəyini bildirir. Alı kişinin kor edilməsi isə qəhrəmanın doğulduğu yeri goru, qaranlığı ehtiva edir. Bu isə ilk əcdad qəhrəmanın doğuluşu və xaos-kosmos qarşıdurmasının göstəricisisidir.
Kosmoqonik elementlərin dünyanın yaranmasında rolu
Miflər əsasən üç və ya dörd şəkildə sinifləşdirilir:
– kosmoqonik miflər;
– etnoqonik miflər;
– təqvim mifləri;
– esxatoloji miflər.
Kosmoqonik miflər kosmosun yaranması ilə bağlı olan miflərdir. Kosmik yaradılış mikrokosmos, yaxud da makrokosmos şəklində öz əksini tapır: yəni insanabənzər varlıqdan dünyanın yaranması yaxud, dünyanın və digər kosmik elementlərin tanrı tərəfindən yaradılması. Kosmik elementlər deyərkən, dünyanın yaranmasında aktiv iştirak edən və təbiətin bir parçası olan elementlər nəzərdə tutulur. Əsas dörd ünsür – hava, su, od, torpaq ünsürü ilə yanaşı, ağac, dağ və s. də kosmoqonik elementlər hesab edilir.
Altay yaradılış mifində isə deyilir ki, hər şeydən öncə, sadəcə su varmış. Yer, göy, ay və günəş yoxmuş. Tanrı Qara Xanla insan varmış. Hər ikisi də qaz şəklində suyun üstündə uçurmuşlar. İnsan suları çalxalandırıb Tanrının üzərinə çırpır və bununla da özünü Tanrıdan üstün saymış olur. Daha yüksəyə uçmaq istəyir, amma uçmaq yerinə dibə yuvarlanaraq suda boğulmağa başlayır. O, tanrıdan imdad diləyərək deyir: “Tanrım məni xilas et”. Tanrı onu xilas edir və insana suyun dibindən torpaq çıxarmağı əmr edir. İlk insan torpağı suyun dibindən çıxarır. Tanrının əmri ilə yer yaranır.
Etnoqonik miflər və totemizm
Etnoqonik mif qəhrəmanı olan əcdad qəhrəman insanların təbii obyektlərdən faydalanması üçün onlara yardım edir və yol göstərir. Slavyan mifologiyasında da belə əcdad mif personajlarına tez-tez rast gəlinir. Kosmogenezi formalaşdıran fratrial əcdad funksiyasını yerinə yetirən qəhrəmanın öz məkanı və öz qəhrəmanları mövcuddur. Məsələn, “İrland saqaları”nda Kuxulin, “Gilqamış” dastanında Gilqamış, slavyanların “Kudım-Oş” dastanında Kudım Oş, “Oğuznamə”nin uyğur versiyasında Oğuz Xaqan məhz belə qəhrəmanlardandır. Kosmoqonik miflərlə qırılmaz əlaqədərdir. Məzmunu isə insanların yaranması,evlənmə və qohumluq qaydalarının, dövlətin, bayramların, yasaqların meydana çıxması təşkil edir. “Oğuznamə” ,“Ana Maral” , “Boz Qurd”, “Qırx Qız” bu qəbildəndir.
Dağ kultunun mifoloji funksiyaları
Türkün tapınıb kultlaşdırdığı ilkin təbiət varlıqlarından biri də dağdır. Göy Tanrısına yaxınlığına görə ulu əcdadın təsəvvüründə Dağ kultlaşdırılmış, insanları Yaradana bağlayan əsas vasitə sayılmışdır. Qədim türk inancına görə, Dünya Dağı üç qatdan ibarətdir: birinci qat, başı günəşə çatan, doqquz iqlimin kəsişdiyi ənginlikdə yerləşən Altundağdır; ikinci qat, yer üzündə, doqquz meşənin dərinliyində yerləşən Dəmirdağdır (mənbələrdə: Temirtav, Tömürtav); üçüncü qat isə yeraltı aləmin doqquz dənizinin birləşdiyi qaranlıq məkanda yerləşən Bakirdağdır. Dəmirdağ göyün 12-ci qatına qədər yüksəlirmiş. Yerlə göyü birləşdirən Dünya Dağının zirvəsi qızıl, əyilməz hissəsi - ortası dəmir, ayağı - aşağısı bakirdən (misdən) imiş. Bu səbəbdən də Türkün ən qüdrətli şəxsiyyətlərinin – Çingizxanın (Timurçin), Topal Teymurun adı Dəmirdağdan götürülmüşdü. Yeri gəlmişkən, Stalin də özünü onlara bənzətmək istəmişdi. Azərbaycan türklərinin dillər əzbəri olan bir sıra bayatıların dağlara müraciətlə başlanması,ulularımızın dərdlərini ulu dağlarla bölüşməsi də Dünya dağına inamdan yaranmışdır.
23.Mifoloji təfəkkürdə tanrılar üçün icra edilən ayinlərin mahiyyəti.
“Kitabi-Dədə Qorqud” dastanında “İç oğuzun taş oğuza asi olduğu Bəyrək öldügü boyu beyan edər xanım hey!” boyuna diqqət yetirək: “Üç ok Boz ok yığnak olsa, Qazan evin yağmaladardı. Qazan geri evin yağmalatdı. Ana Taş Oğuz bilə bulunmadı. Həmin İç Oğuz yağmaladı”. Mətnin bu şəkildə interpretasiyasına dastanda öz əksini tapmış bu motiv qurbanvermə ayininin interpretasiyası idi. Mifoloji məntiqdə zaman məsələləri ilə bağlı olan hadisə təqvim mifinin transformasiyası kimi dəyərləndirilə bilər. Yəni bu hal il təzələnməsinə bir işarədir. Yaxud “Dirsə xan oğlu Buğac boyunu bəyan edər xanım hey!” boyunda Dirsə xan övladsızlıq ucbatından Bayandır xanın göstərişi ilə qara çadırda oturdulur. Bu hadisə Dirsə xana ağır təsir edir. O, evinə döndükdən sonra, qadınını təhdid edir və ona şikayətlənir. Qadını Dirsə xana nəzir-niyaz paylamasını məsləhət görür. Demək, övlad qazanmaq üçün bir neçə şərtlərdən keçmək lazımdır. Öncə qurbanvermə aktı icra edilməlidir. Bu uşaqları qoruyan, uşaqverən hami ruhlara qurban verilməsi ilə bağlıdır. Belə hami ruh türk inanclarında Umay ananın adı ilə bağlı idi.
24. Şaman mərasimləri və mif
Dinin ilkin forması olan şamanizmın əsasında şamanın ruhlarla ünsiyyəti yer almaqdadır. Buna türk qövmündə qamlama deyilir. Şamanizm magiya, animizm, fetişizm və totemizmlə əlaqəlidir. Onun elementlərinə müxtəlif dini sistemlərdə rast gəlmək olar. Şamanizm, əsasən, Şimali Avropada fin-saamlarda, Uzaq Şərqdə, Cənub-Şərqi Asiyada və Afrikada, Şimali Amerika hindularında və qismən də Cənubi Amerika da yayılmışıdır. Bu və ya digər formada şamanizm bir çox dünya xalqlarının mədəniyyətlərində mövcud olmuşdur. Bu mənada şamanizmi qədim din hesab etmək olar. Xəstənin sağalması üçün şamanın icra etdiyi ayinlərdən birinə nəzər salaq: Xəstəliklər zamanı xəstənin qohumları ilk növbədə xəstə üzərində calbıyıı ayinini icra edən şamanı dəvət edirdilər. Bu mərasimdə, şaman dua oxuyaraq, xəstə üzərinə bir dəstə at tükü yapışdırılmış uzun quru şax budaq yelləyirdi (budaq calbıyıı adlanırdı, dəstələrin sayı isə şamanın gücünə bağlıdır.) Q.U. Erqisin məlumatına görə, bu manipulyasiya hərdən yüngül naxoşluğun sağalmasına, paroksizmi uzaqlaşdırmağa, yaxud əhəmiyyətsiz yorğunluğun qovulmasına xidmət edirdi.Şaman ruhlar tərəfindən seçilir. Öz iradəsi ilə şaman olmaq mümkün deyil, şamançılıq öyrədilmir və bir şəxsdən digərinə ötürülmür, şamanlıq, yalnız ruhların iradəsi ilə baş verir. Şaman olacaq şəxs bu statusu qazanmadan öncə, üç və ya yeddi gün dərin yuxuya gedir. O, yuxuda olarkən, ruhlar onun bədənini tikə-tikə doğrayaraq ağacdan asırlar. Yalnız şamanlığı qəbul edəcəyinə söz verdikdən sonra, ruhlar onu azad buraxır.
25.Ağac kultunun mifoloji funksiyaları
Kult kəliməsi hərfi mənada latın dilindən tərcümədə sitayış, səcdə etmək mənasındadır. İbtidai düşüncədə kultçuluq müxtəlif real varlıqlar və tanrılar da daxil olmaqla, fövqəltəbii qüvvəyə sahib fantastik varlıqlara olan inamla bağlı idi. İbtidai düşüncəyə sahib qəbilələrdə müxtəlif kultlarla qarşılaşmaq mümkündür. Od kultu, ocaq kultu, su kultu, heyvan kultu, bitki kultu və s. bu qəbildəndir. Kultun əsas elementi magik mərasimlərlə müşahidə olunmaqdadır. Türk etnik-mədəni ənənəsinə nəzər saldıqda ağac kultu türk təfəkküründə yaradılış səbəblərinin başlıca motivlərindən biri olduğunu görürük. Bu düşüncəyə görə ilk insan doqquz budaqlı bir ağacın altında yaradılmışdır.
Türk mifologiyasında “Övliya Ağac” Tanrıya qovuşmanın yoludur. Inanca görə müqəddəs ağaclar gözlə görünməyəcək qədər göylərə yüksələr və işıq dolu cənnət aləminə çatar. Beləliklə, “Övliya Ulu Ağac” türk xalqlarının təfəkküründə Tanrının ilahi xüsusiyyətlərini simvolizə edir. “Övliya ağac” mifologiyasına dair ədəbiyyatlarda “Dünya ağacı”, “Şaman ağacı” kimi adlara rast gəlinir. Şamanist türklərin ən müqəddəs bildikləri ağac, qayın ağacıdır. Müqəddəs sayıldığı üçün də “Bay qayın” deyilən bu ağac bütün şaman ayinlərində iştirak edər. Ağac motivi olan qayın Altaylarda,şaman ayinlərində, doğum, toy və bayramlarda əhəmiyyətli ünsürdür.“Qaba ağac” anlayışına Kitabi-Dədə Qorqudda da rast gəlinir. Qabalıq, kobudluq ağacın ululuğuna, müqəddəsliyinə işarədir.
26.“Asena” dastanı totemizmin ifadə forması kimi
Dostları ilə paylaş: |