Asena-Əski türk mifologiyasında qutsal dişi qurddur. Əsil Ana (Asil Ana) sözündən törəmiş ola bilir. «Bozqurd» dastanında Lin adlı yad ölkəylə savaşan türklərdən yeganə sağ qalan 10 yaşlı türkü himayəyə götürən, gələcəkdə onunla evlənən qurddan törəmiş on çocuqdan biri Asenadır. Ərgənəkon dastanında türklərə qurtuluş yolunu dişi qurd – Asena göstərir. 552-ci ildə Bumın Xaqanın başqanlığıyla qurulan Göytürk Xaqanlığı da Asena (Aşina) boyunun adıyla bağlıdır.Göytürk dastanı olan “Bozqurd”da da, “Doqquz Oğuz-On Uyğur dastanı”nda, “Ərgənəkon dastan”da, “Oğuz Xaqan dastanı”nda, “Törəyiş dastanı”nda, “Asena əfsanəsi”ndə, uyğurların “Köç” dastanında da qurd yol göstərən, qurtarıcıdır. “Manas” dastanın da isə bozqurdu yolgöstərən qutsal varlıq obrazında, Tanrısal qüdrət sahibi olaraq görürük. Əsgi türk yazılı abidəsi olan Kül Tikin kitabələrindən birində qurddan süd əmən uşaq təsviri, Bilgə Xaqan kitabəsində isə; “Tanrı güc verdiyi üçün babam Xaqanın əsgərləri qurd kimi imiş, düşmanları qoyun kimi imiş.” deyə qeyd olunmaqdadır. Dastanların çoxunda bozqurdun göydən endiyinə, “Oğuz Xaqan dastanı”nda isə ağ işığın içindən çıxdığı göstərilməkdədir. Bu isə türklərin bozqurdu ülvü varlıq hesab etməklərindən irəli gəlməkdədir. Bu səbəbdən də bozqurda Gök Börü də deyilməkdədir. Qurd Göytürklərin dinində, yəni inanclarında istifadə edilən müqəddəs bir heyvandır. Dastanlarda, ənənələrdə və dinlərdə qurdla bağlı bir çox elementə rast gəlirik. Qurd qədim türklərdə ən vacib heyvan simvollarından biridir. Göytürklərin bayraqlarında və paltarlarında qurd simvolundan istifadə edilmişdir və ənənələrinin davam etdirilməsində istifadə olunan vacib bir elementdir. Qurd simvolu türklər üçün böyük bir məna daşıyır. Qurd cəsarət, azadlıq daşıyan bir heyvandır.
Ölümsüzlük anlayışın türk mifologiyasında ifadə forması
“Bilqamıs” dastanı təqribən b.e. əvvəl VI-II minilliklərdə formalaşaraq gil lövhələr üzərinə köçürülmüşdür. On iki gil lövhədən ibarət bu dastanın əsas qəhrəmanı Bilqamıs böyük şəhərlər saldırır, çoxlu qəhrəmanlıqlar göstərir. Dostu Enkidü ilə birlikdə qorxunc Humbabanı öldürdükdən sonra allahlar tərəfindən Enkidü ölümə məhkum edilir. Bilqamıs ölümə qalib gəlmək üçün əbədi həyat qazanmış Utnapiştidən dənizin dibindəki ölümsüzlük çiçəyinin yerini öyrənir. O, çox çətinliklə bu çiçəyi əldə edir. Lakin çiçəyi öz xalqı üçün aparmaq istəyəndə yolda bir ilan onu oğurlayır, əbədi həyat Bilqamısa yox, ilana qismət olur.
37.Şumerlərdə öz əksini tapmış “Tufan” əfsanəsinin dini kitablarda təzahürü
Tufan müxtəlif Şumer, Babil və Yəhudi əfsanələrinin mövzusu olmuşdur. Əsas qəhrəman həmişə eyni olsa da, hadisələrdə detallar dəyişir. Tanrılar (və ya tək bir tanrı) yer üzünü suya qərq edərək bütün insanları məhv etməyə qərar verir. Yalnız bir nəfər tanrılar tərəfindən qorunduğu üçün ailəsini və heyvanlarını xilas etməyə müvəffəq olur. "İncil"də bu qorunan insan tufandan sonra gəmisi Ağrı dağında sahilə çıxan Nuh`dur. Şumer əfsanələrində isə qəhrəman Ziusudra adlanır ("ziusudra" - "uzun müddətli həyat"); Babillilər həmin adamı Atramxasis ("atramxasis" - "çox ağıllı") kimi tanıyırdılar. "Gilqamış dastanı"nda isə tanrılar Utnapiştim`ə əbədi həyat verirlər. Mesopotamiya əfsanələrində insanların dayanmadan törəməsinin qarışıqlığa səbəb olduğu üçün tufanın baş verdiyi söylənilirsə,
Dostları ilə paylaş: |