İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 464 Kb.
PDF просмотр
səhifə1/30
tarix23.02.2017
ölçüsü464 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   30
9374

İlham  Məmmədov,  Aydın  Əhmədov 
Nəcməddin  Məmmədov
Ч&
M-ГУ
Epizootologiya 
və quşların infeksion 
xəstəlikləri
2
  I 
~2
 
[A jarbaycan  Respublikası  Preıideulinin
İşlər İdarəsinin 
K İ T A B X A N A S I
Bakı  -  Qismət - 2003

ВВК 37.5.1 
М-52
Rəy  verənlər:  N.M.Şirinov
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq  İnstitutunun 
direktoru,  Azərbaycan Milli Elmlər Akademiyasının  və 
Rusiya Kənd Təsərrüfatı Akademiyasının  müxbir üzvü, 
baytarlıq elmləri doktoru, professor
İ.M.Əzimov
Azərbaycan  Dövlət Baytarlıq preparatlarına Elmi Nəzarət 
İnstitutunun direktoru,  baytarlıq  elmləri doktoru, professor
M-52 
İlham  Məmmədov,  Aydın Əhmədov,  Nəcməddin  Məmmədov 
“Epizootologiya  və  quşların  infeksion  xəstəlikləri”, 
Bakı,  Qismət, 
2003,  352  səh.  (şəkilli)
Bu  kitabda  hər  bir  xəstəliyin  qısa  inkişaf  tarixi,  onun  törədicisi  və 
törədicisinin  əsas  xüsusiyyətləri,  epizootologiyası,  xəstəliyin  patogenizi, 
xəstəliyin  gedişi  və  kliniki  əlamətləri,  diaqnozu,  müalicəsi,  profilaktikası 
ətraflı  şəkildə  verilmişdir.  Bu  kitab  quşçuluq  sahəsində  çalışan  baytar 
həkimlərin  və  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasının  baytarlıq 
fakültəsinin  tələbələri üçün  qiymətli bir dərslikdir.
3705010000 
M-085-15-2003
© Qismət,  2003
ON  SOZ
Quşların  bioloji  xüsusiyyətlərindən  ən  əsası  onların  yüksək 
məhsuldarlığı,  tez  yetişkənliyi  və  intensiv  inkişafı  ilə  yanaşı 
həm də bitki mənşəli proteinləri sintetik amin turşuları və ya mi- 
krobioloji  sənayenin  analoji  məhsulları  ilə birlikdə  insnlar üçün 
oduqca zəruri olan tam keyfiyyətli  zülallara çevirmək qabiliyyə­
tidir.  Quşların  mühüm  xüsusiyyətlərindən  biri  də  onların  inten­
siv  əsasda  saxlanmaya  tez  uyğunlaşmasıdır  ki,  bu  da  kənd  tə­
sərrüfatı  heyvanları  içərisində  onun  üstünlüyü  təmin  edir.  Hey­
van  mənşəli  ərzaq  məhsulları  içərisində süd  və ətdən  əlavə  yu­
murta  və quş  ətidə  yüksək dərəcədə  keyfiyyətli  yeyinti  məhsu­
ludur və insanların əvəz olunmaz qida məhsullarına olan tələba­
tın  ödənilməsində  böyük  əhəmiyyətə  malikdir.
Respublikamızda son  zamanlar kənd  təsərrüfatının  quşçuluq 
sahəsi  surətlə  inkişaf  etdirilir.  Burada  yumurtalıq,  yumurtalıq- 
ətlik və ətlik cinsli  quşlar yetişdirilir və bu  işdə bir çox xarici öl­
kələrin  ən  müasir  məhsuldar  texnologiyasından  və  qabaqcıl 
təcrübələrdən  istifadə  edilir.
Sənaye  təməli  əsasında  intensiv  quşçuluqda  təbii  şəraitdə 
yetişdirilməkdən  fərqli  olaraq  quşların  orqanizmində  və  o 
cümlədən  müxtəlif maddələr mübadiləsində əsaslı dəyişikliklər 
baş  verir.  Orqanizm hipodinamiya vəziyyətində  olduğu  üçün  və 
intensiv yemləmə ilə əlaqədar olaraq quşlarda fizioloji  proseslər 
dəyişikliyə  uğrayır.qısa  zaman  kəsiyində  nəzərdə  tutulan  çəki 
əldə edilir.  Ancaq  belə şəraitdə vahid sahədə daha çox quş cəm­
ləndiyi  və onlar həmişə  qapalı  şraitdə olduqarı  üçün  bunlar ara­
sında  kontakt  çoxalır,  xarici  mühit  faktorları  ilə  əlaqəli  bir  sıra 
xəstəliklər yox  dərəcəsinə  çatdırıldığı  halda,  potensial  patogen- 
liyə  maik  mikrobların  belə  şəritdə  fəallaşması,  yüksək  dərəcə­
də  virulentlik  xüsusiyyətli  qazanması  nəticəsində yeni  xəstəlik­
lər meydana  çıxır.
3

İnfeksion xəstəliklərin patogenezində,  gedişində,  klinikasın­
da  patoliji-anatomiyasında dəyişikliklər baş  verir.
Çox vaxt bəzi xəstəliklərin yaranmasında mikrob assosiasiy­
aları  iştirak  edir  ki,  şübhəsiz  belə  xəstəliklərə  diaqnoz  qoymaq 
da  çətinləşir.  Son  zamanlar  xəstəliklərin  müalicəsi  və  spesifik 
profilaktikası üçün kifayyət qədər bioloji  preparatlar və müalicə 
vasitələri  əldə  edilmişdir.  Bütün  bu  məsələlərin  baytar  həkim­
lərinə  və  quşçuluqda  işləyən  mütəxəsislərə  çatdırılması  dövrün 
tələbindən  irəli  gəldiyi  üçün  müvafiq  dərsliyn  yazılması  çox 
vacibdir.
Bu cəhətdən “Epizootologiya və quşların infeksion xəstəlik­
ləri”  adlı  kitab  öz  aktuallığı  ilə  səciyyələnir.  Çünki  axırıncı  30- 
35  il ərzində Azərbaycan dilində quşların xəstəliklərinə dair ay­
rıca olaraq  kitab  yazılmamışdır.
Təqdim  olunan  kitabda  epizootologiyanın  bəzi  məsələləri 
əks  edilmiş  və  quşların  xəstəlikləri  ən  yeni  məlumatlar  əsasın­
da yazılmışdır.  Burada quşların  bakteriozları,  virozları,  mikozla- 
rı,  xlamidiozları  və digər qrup xəstəlikləri  haqqında quşçuluqda 
çalışan  mütəxəssislərə  və tələbələrə  məlumat verilir.
Burada  infeksion  xəstəliklərin  epizootoloji  xüsusiyyətləri, 
patogenezi,  kliniki  əlamətləri,  patoloji-anatomiq  dəyişiklikləri, 
diaqnozu, təfriqi  diaqnozu müalicəsi,  prafılaktikası  və mübarizə 
tədbirləri  əks  etdirilir.
M üəlliflərdən
4
İNFEKSİYA  VƏ  İNFEKSİON 
XƏSTƏLİKLƏR
Patogen mikroorqanizmlərlə insan, heyvan və quşların qarşı­
lıqlı  yaşayış  tərzi  zamanı  baş verən  mürəkkəb  bioloji  hadisə  in­
feksion  proseslə  nəticələnir.
İnfeksiya/infectio-yoluxturmaq,  zəhərləmək-mürəkkəb  bio­
loji  proses  olmaqla  müəyyən  xarici  mühit  şəraitində  insan,  hey­
van  və  quş  orqanizmi  ilə  patogen  mikroorqanizmin  qarşılıqlı 
münasibətində  ibarətdir.  Bu zaman  mikro və makroorqanizmlə- 
rin  müxtəlif xüsusiyyətlərindən  asılı  olaraq  infeksion  proses  in­
feksion  xəstəlik,  mikrob  daşıyıcılıq  və  immunoloji  subinfeksiya 
şəklində özünü  göstərir.
Xarici  mühitin  müəyyən  şəraitində  mikrorqanizmlərlə  mak- 
roorqanizm lərin  qarşılıqlı  təsirindən  orqanizmdə  yaranan 
mürəkkəb  bioloji  prosesə  infeksion  proses deyilir.
Bioloji  baxımdan  infeksiya  simbiozun  və  ya  parazitizmin  bi 
formasıdır.
Bioloji  prosesin bir növü  kimi  infeksiyanın öyrənilməsi  yalnız 
XIX  əsrin ikinci yarısında yəni patogen mikroorqanizmlərin aşkar 
edilməsindən  sonra başlamışdır.  Əvvəllər belə güman  edilirdi  ki, 
infeksion  prosesin  baş  verilməsində  heyvan  orqanizmi  və  xarici 
mühit şəraiti  elə bir əhəmiyyətə malik deyil.  Sonralar əksər alim­
lərin  tədqiqatları  nəticəsində  məlum  olmuşdur  ki,  infeksion  pro­
ses tək  patogen  mikrobdan  yox  həm də həmin  patogen  mikrorqa- 
nizmə  həssas  heyvan  və  quş  orqanizminin  qoruyucu  gücündən 
asılıdır.  İnfeksion  prosesin  baş  verməsində  makro  və  mikroorqa- 
nizmlə bərabər həm  də xarici  mühit amilləri  iştirak etməlidir.
Patogen  mikrobların  və  makroorqanizmlərin  fərdi  xüsusiy­
yətlərindən asılı  olaraq  infeksion  proses müxtəlif tərzdə meyda­
na çıxır.  Belə ki,  konkret şəraitdə  bezən  müxtəlif gedişli  və  for­
5

malı  infeksion  xəstəliklər  baş  verir.  Digər  hallarda  kliniki  əla­
mətlər aydın şəkildə meydana çıxmır, bəzən  isə orqanizmdə elə 
dəyişikliklər  baş  verir  ki,  bunları  yalnız  mikrobioloji  və  iınmu- 
noloji  diaqnostika üsulları  ilə  müəyyən  etm ək  olar.  Belə  vəziy­
yət orqanizmə daxil  olmuş xəstəlik törədicisini  virulentlik dərə­
cəsindən  və  miqdarından,  xarici  mühit  şəraitindən  və  makroor- 
qanizmin  ümumi  rezistentlik dərəcəsindən  asılı olaraq  meydana 
çıxır.
İnfeksiya törədicisi  ilə  heyvan  və  quş  orqanizminin qarşılıq­
lı  təsirinin  xarakterindən  asılı  olaraq  infenkiyanın  üç  forması 
müşahidə  edilir.
İnfeksiyanın  birinci  və  ən  aydın  forması  infeksion  xəstəlik­
dir.  Bu forma orqanizmin normal həyat fəaliyyətinin pozulması­
nı  göstərən  əlam ətlərlə,  orqan  və  toxumaların  funksional  po­
zğunluğu  və  morfoloji  zədələnmələri  ilə  səciyyələnir.
İnfeksion  xəstəliklərinin  çoxu  müəyyən  kliniki  əlam ətlərlə 
özünü  göstərir.  Bəzən  infeksion  xəstəliklər  kliniki  əlam ətlərlə 
özünü  nəzərə  çarpdırmır.  İnfeksiya  gizli  gedir və  belə  vəziyyət 
simptomsuz,  latent  və  inapparant  infeksiya  adlanır.  Belə  xəstə­
likləri  aşkar etmək  üçün  laboratoriya  müayinələri  / bakterioloji, 
virusoloji,  mikoloji  və  s.  / və  immunoloji  diaqnostika  üsulların­
dan  istifadə  edilir.
İnfeksiyanın  ikinci  forması  mikrobdaşıyıcılıqdır.  Bu formada 
xəstəlik  törədicisi  orqan  və  toxumalarda  patoloji  vəziyyət  və 
immunoloji  proseslər  törətmir.  İnfeksianın  bu  formasını  mikro- 
biloji  müayinə  üsulları  ilə  aşkar  etmək  mümkündür.  Təbiətdə 
mikrobdaşıyıcıhğın  digər  formaları,  yəni  xəstəliyi  keçirmiş  və 
rekonvalisent  heyvanların  sərbəst  bir  forması  olan  sağlam  hey­
vanların  mikrobdaşıyıcılığından  fərqləndirmək  lazımdır.
İnfeksianın  üçüncü  forması  immunlaşdırıcı  subinfeksiya  he­
sab edilir. Belə forma zamanı mikrobun təsirindən heyvan və quş 
orqanizmində  spesifik  dəyişikliklər və  immunitet yaranır,  ancaq
6
mikrobun  özü  isə  tələf olur.  Orqanizmdə  fuksional  dəyişikliklər 
baş vemir və  bu  infeksiya  törədicisinin  mənbəyinə çevrilmir.
Makroorqanizmlə  mikroorqanizmin  təbiətdə  bir  sıra  bioloji 
əlaqələri  mövcuddur.  Bunlardan  əsası  mutualizm,  kommensa- 
lizm  və  parazitizmdir ki,  buda  I  saylı  sxemdə  göstərilir.
S xem   I.  M akro  və mikroorqaııiznılərin  qarşılıqlı əlaqə form aları
Mutualizm  elə  yaşayış  tərzidir  ki,  bir-biri  ilə  əlaqədar  olan 
makro  və  mikrooranizm  öz  yaşama  proseslərində  bir-birindən 
qarşılıqlı  surətdə  fayda  görür.  Məsələn:  bir  qrup  mikroorqa- 
nizmlər mədə-bağırsaq  sisteminin əsas  xüsusiyyətlərinə uyğun­
laşaraq  orada  olan  yem  qalıqları  ilə  qidalanır  və  hasil  etdikləri 
vitaminləri  isə  makrooranizm  mənimsəyir.
Kommensalizm  yaşama tərzində  qarşılıqlı  münasibətdə olan 
orqanizmlərdən  biri  digərini  hesabına  yaşamaqla  ona  heç  bir 
ziyan  vermir.  Buna  insan,  heyvan  və quşların  orqanizminin  nor­
mal  mikroflorasını  göstərmək olar.
Parazitizm  yaşama  tərzində  mikrooqrqanizm  sahib  orqanz- 
minə  daxil  olaraq  onun  hesabına  yaşayır və  həyat  fəaliyyəti  ilə 
makroorqanizmin  məhvinə  səbəb  olur.  Belə  mikroorqanizmlər
7

patogen  mikrooqraqanizlər adlanır.
Patogen  mikroorqanizmlərə  misal  olaraq  bakteriyaları,  mik- 
roskopik  köbələkləri,  mikoplazmaları,  xlamidiyaları,  rikketsiya- 
ları və virusları göstərmək olar.  Mikroblarda parazitizm təkamül 
nəticəsində  baş  vermiş  və  inkişaf etmişdir.  Təkamül  əsasında 
mikroblar müxtəlif qidalanma  xüsusiyyəti  əldə  etmişdir.
Belə güman edilir ki, təkamülün birinci  mərhələsində proto- 
troflar  /aftototroflar/  meydana  çıxmışdır.  Bunlar  sərbəst  həyat 
tərzinə  malik  olub,  özləri  üçün  zəruri  olan  qida  maddələrini  sa­
də  qeyri-üzvi  birləşmələrdən  əldə  edir.
Təkamülün  ikinci  mərhələsi  m etatrof mikroflarının  meyda­
na çıxması  ilə  əlaqədardır.  Belə  mikrobların bir qismi  qidalan­
ma  məqsədilə  ölü  üzvü  substratlardan  istifadə  edir  və  onlara 
saprofıt  mikroblar  deyilir.  Digər  bir  qismi  isə  yarımsaprofit 
xüsusiyyətə  malik  olub  təbiətdə  geniş  şəkildə  yayılmışdır  və 
bunlara  fakiiltətif parazit  mikroblar deyilir.  Bu  qrupun  nümay­
əndələrinə  anaerobları,  eşerixiyaları,  salmonellaları,  kokk  in- 
feksiya  törədicilərini  misal  göstərm ək  olar.  Metatrofların 
ikinci  qrupunda  parazitizm  xüsusiyyəti  daha aydın  nəzərə  çar­
pır.  Bunlara  paratroflar  da  deyilir  və  əsas  nümayəndələri  lep- 
tospirozun,  listeriozun,  qızılyelin,  tulyaremiyanın  törədiciləri 
hesab  edilir.
Təkamülün  üçüncü  mərhələsində  heteporofroflar  meydana 
çıxmışdır ki,  bunlar yalnız canlı  orqanizmdə yaşamaq  xüsusiyy­
əti  qazanmışdır.  Bu  qrupa  misal  olaraq  virusları,  rikketsiyaları, 
xlamidiyaları  və  mikoplazmaları  göstərmək  olar.  Belə  mütləq 
parazitizm xüsusiyyətə malik olan  mikroorqanizmlər oblikat pa­
razit mikroblar adlanır.
Patogen  mikroarqanizmlərdən  əlavə  bir  qrup  mikroorqa- 
nizmlərdə vardır ki, bunlara şərti və ya potensial patogen mikro­
orqanizmlər deyilir.  Bu qrup mikroorqanizmlər insan, heyvan və 
quşların  dəri  səthində  həzm,  tənəffüs  və  sidik-cinsiyyət  üzvlə­
8
rində yaşayır.  Normal  həyat tərzində  bu  qrup  mikroorqanizmlər 
sahib orqanizmində xəstəlik törətmir.  Ancaq  bəzi  faktorların  tə­
sirindən  orqanizmin  immunobioloji  reaktivliyi  aşağı  düşdükdə 
bu  qrupun  nümayəndələri  öz potogenlik  xüsusiyyətlərini  artıra­
raq  xəstəlik  törədir.
Məlumdur  ki,  infeksion  xəstəliyin  baş  verməsi  üçün  3  ele­
ment  lazımdır:  patogen  mikrob,  həssaz  heyvan  və  ya  quş  orqa­
nizmi  və  kecirici  amillər.
Xəstəliyin  baş  verməsində  patogen  mikrob  əsas  elementdir. 
Patogenlik  mikrobun  növ  əlaməti  olub  onun  xəstəlik  törətmə 
qabiliyyətinə  deyilir  və  spesifik  irsi  bir  xüsusiyyəti  təşkil  edir. 
Spesifiklik  infeksion  prosesin  əsas  xüsusiyyətlərindən  biridir, 
yəni  hər bir xəstəliyin  özünə  məxsus  törədicisi  olmalıdır.
Mikrobun  patogenlik  əlaməti  irsi  xarakter  daşıyaraq,  nəsil­
dən  nəsilə  verilir.  Ancaq  mikrobun  patogenlik  qabiliyyəti  sabit 
bir əlamət olmayıb,  şəraitdən  asılı  olaraq  zəifləyir və  ya  güclə­
nir.  Mikrobun patogenlik dərəcəsi virurentlik / virulentus-zəhər- 
li/ adlanır.  Virulentlik  mikrob ştamına məxsus olan  fərdi  bir əla­
mətdir.
Patogen  mikrobların  virulentlik  dərəcəsini  artırmaq  və  ya 
azaltmaq  mümkündür.  Virurentliyi  zəif  olan  mikrobların  bu 
xüsusiyyətini  artırmaq  üçün  onu  münasib  qida  mühitində  yetiş­
dirmək,  xəstəlik  törədicisini  həssaz  heyvan  və  ya  quş  orqaniz­
mindən  bir  neçə  dəfə  keçirmək  lazımdır.  Əksinə  verulentliyi 
yüksək olan  mikrobları  onun  üçün  əlverişli  olmayan  qida  mühi­
tinə  yetişdirdikdə  onların  virulentilyi  zəifləyir.
Mikrobların  patogenlik  dərəcəsini  müəyyən  etmək  üçün  vi­
rulentlik  vahidi  təyin  olunub,  buna  da  DLM/  dosis  letalis  mini­
ma/ ən  kiçik  ölüm  dozası  deyilir.  Yəni  təcrübə  heyvanlarının  80 
%-ni  öldürən  mikrobun  ən  kiçik  dozası  minimum  ölüm  dozası 
adlanır.
Mikrobların  viruleniiyini  müəyyən  etmək  üçün  həmçinin
9

50% letal /LD50/ və yoluxduran /YD50/ dozadan da istifadə edi­
lir ki,  bu  da  təcrübə  üçün  götürülmüş  heyvan  və  quşların  50%  - 
ni  öldürən  doza hesab  edilir.
Müxtəlif amillərin təsirindən mikrobların virulenliyi  dəyişilir.
Mikrobların  2  mühüm  patogenlik  əlaməti:  invazivlik/ aqres- 
sivlik/ və  toksigenlik  əlaməti  qeyd edilməlidir.
İnvazivlik-təbii  şəraitdə  mikrobun  dəri  örtüyündən  və  selikli 
qişalardan toxuma və orqanların daxilinə keçmək orada çoxalmaq 
və  makroorqanizmin  qoruyucu  qüvvələrini  dəf etmək  qabiliyyə­
tinə deyilir.  Bu xüsusiyyət mikrobun kapsula  əm ələ gətirmək qa­
biliyyəti, müxtəlif maddələri /polisaxaridlər,  M-protein/ enzimlə- 
ri,  aqressinləri  istehsal etmək qabiliyyəti  ilə həyata keçirir.
Patogen  mikroblar  toksigenlik  xüsusiyyətinə,  yəni  zəhərli 
maddələri -toksinləri  istehsal  etmək qabiliyyətinə malikdir.  Ek- 
zo  və  endotoksinlər vardır.
Ekzotoksinlər  mikrob  metobolizmi  məhsulları  olub  yüksək 
molekulyar  kütləyə  malik  zülallardır.  Bunları  mikrob  kulturala- 
rını  süzməklə,  sonra  çökdürmə,  elektrodializ  və  ultrasüzmə  ilə 
əldə etmək  mümkündür.  Mikrobun virolentliyi  kimi  onun  toksi- 
ninin  zərərli  xüsusiyyəti  də  minimal  ölüm  dozası  ilə  /DLM/ 
müəyyən olunur.
Ekzotoksinlər yüksək toksiklik  xüsusiyyətinə  malikdir.  M ə­
sələn:  I  mq  kristal  dovşancıq  toksini  75  mln  ağ  siçanı  öldürür. 
Bunların  təsiri  yüksək  dərəcədə  spesifikliyi  ilə  səciyyələnir. 
Məslən:  dovşancıq  toksini  onurğa  beyininin  hərəkəti  neyronla- 
rına,  botulizm  toksini  hərəkəti  sinirlərin  sonluqlarına  təsir edir. 
Elə toksinlər də vardır ki, onların təsiri  çoxtərəflidir /C1  perfrin- 
qens-toksini/.
Ekzotoksimlər  termiki  təsirlərə  davamsızdır.  Bundan  əlavə 
işığın,  sərbəst oksigenin, turşu  və gələvilərin təsirindən tez par­
çalanır.  Botulizm  və  stafılokokk  ekzotoksinlərdən  başqa  dikər- 
ləri  həzm  fermentlərinin  təsirindən  parçalanır.  Ekzotoksinlərin
10
ən vacib xüsusiyyəti antigenlik xüsusiyyətini saxlamaqla onların 
formalinin  təsirindən  toksiki  xüsusiyyətini  itirməsidir.  Toksin- 
lərin  belə  zərrəsizləşdirilmiş preparatları  anatoksinlər adlanır.
Endotoksinlər  hüceyrə  strukturunun  bir  hissəsi  olub  yalnız 
mikrob  hüceyrəsinin  ölümündən  sonra  ondan  ayrılır.  Endotok- 
sinlərin əldə edilməsi  üçün dondurma, əritmə, turşularla təsir et­
mə  və  s.  üsullardan  istifadə edilər.
Ekzotoksinlərə  nisbətən onların toksiki  xüsusiyyəti  zəyifdir. 
Bunların  orqanizmə  təsiri  spesifik  deyil  və  mikrobun  növündən 
asılı  olmadan  eyni  tip  baktereoloji  proses  törədirlər.  Endotoksi- 
nin  öldürücü  dozasını  heyvanlara  inyeksiya  etdikdə  tənginəfəs- 
lik,  diareya,  hipertermiya  nəzərə  çarpır  və  bir  neçə  saata  ölüm 
qeyd  olunur.
Endotoksinlər mürrəkəb qlusid-lipid-polipeptid  komplekslə­
rindən  ibarət  olub  termostabildilər  və  onların  çox  növünü  ana- 
toksinə çevirmək  mümkün  deyil.
Endotoksin  və  ekzotoksinlərin  arasında  keçid  toksiki  məh­
sullar da aşkar edilmişdir.  Bunlar mikrobun  toksini  yox  xəstəlik 
törədicilərinin  fermentlərinin  təsirindən  makroorqanizmlərin 
bəzi  substratlarının  parçalanması  nəticəsində  yaranan  toksiki 
maddələrdir.
V irusların  patogen  təsirinin  xü susiyyətləri.
Viruslar  yüksək  genetik  səviyyəli  obliqat  hüceyrədaxili  pa- 
razit  olub,  həyatın  qeyri-hüceyrəvi  formasından  ibarətdir. 
Müəyyən  olunmuşdur  ki,  virusların  parazitizm  xüsusiyyətləri 
hüceyrə-virus  kompleksi  sistemində  müşahidə  edilir.  Virusla 
hüceyrələrin  qarşılıqlı  əlaqəsində  xarici  mühit  şəraiti  mühüm 
rol  oynayır.  Belə  ki,  əgər  mühit  infeksiyanın  baş  verməsinə  şə­
rait yaradırsa, bu zaman hüceyrə daxilində çoxlu miqdarda yetiş­
miş  virus  hüceyrələri  yaranır və  hüceyrə  məhv  olur.  Bəzən  isə

əksinə  hüceyrə  daxilində  virusların  biosintezi  axıra  qədər  da­
vam  etmir,  virus  məhv  olir,  hüceyrənin  özü  isə  normal  şəkildə 
fəaliyyətini  davam  etdirir.  Onu  da  göstərmək  lazımdır  ki,  orta 
variantlar yeni  virusla  hüceyrənin  bir-birinə  uyğunlaşması  -   vi- 
rogeniya hadisəsi  də  baş verir.  Bundan  başqa virusun  təsirindən 
sahib hüceyrənin transformasiyası, yəni nəhayətsiz böyüməsi və 
bölünməsi  prosesi  də  meydana  çıxır  ki,  onkogen  viruslar  məhz 
bu  xüsusiyyətə  malikdirlər.
Virusla  hüeyrənin  qarşılıqlı  əlaqəsi  zamanı  əvvəlcə  virusun 
hüceyrə  səthinə  adsorbsiyası  baş  verir.  Bu  fıziki-kimyəvi  pro­
ses,  müxtəlif elektrik  yükləri  ilə  yüklənmiş  reseptorların  qarşı­
lıqlı  əlaqəsindən  ibarət olub,  infenksion  prosesin  ilkin  m ərhələ­
sini  təşkil  edir.  Viruslar  hüeyrənin  üzərinə  adsopsiya  olunduq­
dan sonra onun daxilinə keçir.  Virusların əksəriyyəti  viropeksis, 
az hissəsi  isə yapışma, bəziləri  isə hər iki  yolla hüceyrəyə  daxil 
olur.  Virus  hüceyrəyə  daxil  olduqdan  sonra orada  hidrolitik  fer- 
mentlərin  təsirindən  onun nuklein turşusu  zülal  təbəqədən  ayrı­
lır.  Bu  prosesə  virusun  deproteinizasiyası  deyilir.  Nəticədə, 
deproteinizasiya  olunmuş  nuklein  turşusu  hüceyrələrin  maddə­
lər mübadiləsini dəyişdirir, özünə lazım olan kompanentləri  sin­
tez edir,  beləliklə  də  yeni  virus  hissəciyinin yaranması  başlanır. 
Viruslar hüceyədaxili  parazi olduqları üçün öz kompanentlərinin 
sintezində  hüceyrənin  həm  fermentlərindən,  həm  də  üzvi  və 
qeyri-üzvi  birləşmələrindən  istifadə edir.
Virusların  növündən  asılı  olaraq  onun  formalaşması  ya 
hüceyrənin  sitoplazmasında,  ya da nüvəsində gedir,  formalaşma 
başa  çatdıqdan  sonra  onun  hüceyrədən  azad  olunması  prosesi 
başlayır ki, bu da «partlayışlı» yaxud  litik və tədricən, yaxud  ləng 
yolla  baş  verir.  Virusun  hüceyrə  ilə  qarşılıqlı  əlaqəsi  zamanı 
hüceyrələrdə  funksional,  biokimyəvi  və  struktur  dəyişiklikləri 
müşahidə  edilir.
12
Patogen  m ikroorqanizm lərin  quş  orqanizm ində  yayılm ası 
yolları  v ə   infeksiyanın  növləri.
Hər hansı  bir  infeksion  xəstəliyin  patogenezi  həmin  xəstəlik 
törədicisinin  spesifik  təsiri  və  orqanizmin  cavab  reaksiyası  ilə 
təyin  olunur ki,  bu  da xarici  mühit şəraitindən  asılıdır.
Patogen  mikroorqanizmin orqanizmə daxil  olduğu yer infek- 
siyanın  giriş  yolu  adlanır.  Dəri,  konyunktiva,  həzm  və  tənəffüs 
orqanları və sidik-cinsiyyət orqanları, embrional dövrdə isə embrion 
gişaları  infeksiya törədicilərinin giriş  yolları  hesab  olunur.
Qeyd  etmək  lazımdır  ki,  təkamül  dövründə  hər  bir  xəstəlik 
törədicisi özünün çoxalması və yayılması üçün əlverişli giriş yo­
luna  malik olmuşdur.
Xəstəlik  törədicilərinin  orqanizmə  daxil  olma  yollarına  gö- 
rə-alimentar,  respirator və  ya aerogen,  yara,  transmissiv,  transo- 
varial  və  kontakt  inveksiya  növləri  mövcuddur.  Əgər  mikroor- 
qanizmin  orqanizmə daxil  olma yolu müəyyən  edilməyibsə,  be­
lə  infeksiya  kriptogen  infeksiya adlanır.
İnfeksiya  törədicisinin  yem  və  su  vasitəsi  ilə  həzm  orqanla­
rına düşməsi  nəticəsində  baş  verən  infeksiyaya alimentar  infek­
siya  deyilir.  Əgər  infeksiyanın  baş  verməsi  havanın  tənəffüs 
üzvlərinə  düməsi  ilə  əlaqədardırsa,  belə  infeksiya  aerogen,  ya­
xud  respirator  infeksiya  adlanır.  Xəstə  heyvan  və  ya  quşların 
sağlam  heyvan  və  quşlarla  kontaktı  yolu  ilə  baş  verən  infeksi- 
yalara  kontakt  infeksiyalar deyilir.
Giriş yolundan  xəstəlik  törədiciləri  hemotogen,  limfogen  və 
bəziləri  isə  neyrogen  yolla  orqanizmə  yayılır.
İlkin  ocaqdan  mikrobun  onun  qan  dövranına  düşüb orqan  və 
toxumasına  yayılmasına  Bakterimiya,  müvafiq  şəkildə  virusun 
qanla  yayılmasına -   virusemiya,  rikketsiyaların  yayılması  -   rik- 
ketsemiya  və  s.  adlanır.
Bir  çox  infeksion  xəstəliklərdə  qanın  bakterisit  xüsusiyyəti
13

kəskin  şəkildə aşağı  düşdüyünə görə mikrobların  çoxalması  y ə­
ni  septisemiya baş verir.
Streptokokk və stafılokokk infeksiyalannda törədici  ilkin ocaq­
dan  limfa  yolu,  ən  çox  isə  hemotogen  yolla  yayılaraq  m üxtəlif 
orqanlarda  irinli  ocaqlar yaradır ki,  buna  piemiya  deyilir.  Septi­
semiya və piesiyanm  birlikdə getməsi  septikopiyemiya  adlanır.
İnfeksiya spontan /təbii/ və süni/ ekspeimental/ ola bilər.  Tə­
bii  şəraitdə  patogen  amillə,  həssas  makroorqanizmin  müəyyən 
şərait  daxilində  qarşılıqlı  əlaqəsi  zamanı  yaranan  infeksiyaya 
spontan  infeksiya deyilir.
Xəstəlik  törədicilərinin  kulturaları  və  ya  patoloji  materialın 
ekstraktının  heyvanlara  və  quşlara  müxtəlif  üsullarla  yeritmə 
yolu  ilə  əldə  edilən  infeksiyaya süni  infeksiya deyilir.
Əgər  spesifik  xəstəlik  törədicisi  heyvan  və  ya  quş  orqaniz­
minə xarici  mühitdən daxil olursa, belə infeksiya ekzogen  infek­
siya adlanır.  Əgər müəyyən  amillərin  təsirindən  makroorqaniz­
min ümumi  rezistentliyi  aşağı  düşürsə  və  bu zaman  orqanizmdə 
olan  potensial  patogen  mikrobların  fəallaşması  nəticəsində  in­
feksiya  baş  verirsə,  buna endogen,  yaxud  autoinfeksiya deyilir.
Yalnız bir mikrob  növünün  təsirindən  baş  verən  infeksiyaya 
sadə və ya monoinfeksiya, bir neçə növ mikrobun assosiasiyala­
rının  orqanizmə  daxil  olması  ilə  yranan  infeksiyaya  assasiativ 
infeksiya  deyilir.  Eyni  vaxtda  bir heyvan  və  ya  quş  növündə  iki 
müxtəlif xəstəliyin  baş verməsinə qarışıq  infeksiya deyilir.
İlkin  infeksiya  fonunda  orqanizmin  zəifləməsi  ilə  əlaqədar 
olaraq  ikinci  növ  mikrobun  təsirindən  baş  verən  infeksiyaya  se- 
kundar infeksiya deyilir.
Qarışıq,  sekundar  və  assosiativ  ifeksiyalar  problemi  iri  quş­
çuluq fabrikləri və təsərrüfatlarında, xüsusilə aktuallığı  ilə səciy­
yələnir.  Belə  şəraitdə  quş  orqanizminin  mikrob  peyzajı  mürək­
kəb olur.
İnfeksion  xəstəliyin  ləğvi  və  orqanizmin  həmin  xəstəliyin
14
törədicisindən azad olduqdan sonra yenidən həmin mikrobla yo­
luxması  baş  verirsə -  bu  reinfeksiya  adlanır.  Əgər mikrob  orqa­
nizmdən azad olmadan  həmin mikrob növü ilə yenidən yoluxur­
sa,  buna  superinfeksiya  deyilir.  Kliniki  sağalmadan  sonra  infek­
sion  xəstəliyin  yenidən  təkrarlanması  və  kliniki  əlamətlərin 
meydana çıxmasına residiv deyilir.
  1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə