9081
İlham Məmmədov, Aydın Əhmədov
Nəcməddin Məmmədov
Ч&
M-ГУ
Epizootologiya
və quşların infeksion
xəstəlikləri
2
I
~2
[A jarbaycan Respublikası Preıideulinin
İşlər İdarəsinin
K İ T A B X A N A S I
Bakı - Qismət - 2003
ВВК 37.5.1
М-52
Rəy verənlər: N.M.Şirinov
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun
direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının və
Rusiya Kənd Təsərrüfatı Akademiyasının müxbir üzvü,
baytarlıq elmləri doktoru, professor
İ.M.Əzimov
Azərbaycan Dövlət Baytarlıq preparatlarına Elmi Nəzarət
İnstitutunun direktoru, baytarlıq elmləri doktoru, professor
M-52
İlham Məmmədov, Aydın Əhmədov, Nəcməddin Məmmədov
“Epizootologiya və quşların infeksion xəstəlikləri”,
Bakı, Qismət,
2003, 352 səh. (şəkilli)
Bu kitabda hər bir xəstəliyin qısa inkişaf tarixi, onun törədicisi və
törədicisinin əsas xüsusiyyətləri, epizootologiyası, xəstəliyin patogenizi,
xəstəliyin gedişi və kliniki əlamətləri, diaqnozu, müalicəsi, profilaktikası
ətraflı şəkildə verilmişdir. Bu kitab quşçuluq sahəsində çalışan baytar
həkimlərin və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytarlıq
fakültəsinin tələbələri üçün qiymətli bir dərslikdir.
3705010000
M-085-15-2003
© Qismət, 2003
ON SOZ
Quşların bioloji xüsusiyyətlərindən ən əsası onların yüksək
məhsuldarlığı, tez yetişkənliyi və intensiv inkişafı ilə yanaşı
həm də bitki mənşəli proteinləri sintetik amin turşuları və ya mi-
krobioloji sənayenin analoji məhsulları ilə birlikdə insnlar üçün
oduqca zəruri olan tam keyfiyyətli zülallara çevirmək qabiliyyə
tidir. Quşların mühüm xüsusiyyətlərindən biri də onların inten
siv əsasda saxlanmaya tez uyğunlaşmasıdır ki, bu da kənd tə
sərrüfatı heyvanları içərisində onun üstünlüyü təmin edir. Hey
van mənşəli ərzaq məhsulları içərisində süd və ətdən əlavə yu
murta və quş ətidə yüksək dərəcədə keyfiyyətli yeyinti məhsu
ludur və insanların əvəz olunmaz qida məhsullarına olan tələba
tın ödənilməsində böyük əhəmiyyətə malikdir.
Respublikamızda son zamanlar kənd təsərrüfatının quşçuluq
sahəsi surətlə inkişaf etdirilir. Burada yumurtalıq, yumurtalıq-
ətlik və ətlik cinsli quşlar yetişdirilir və bu işdə bir çox xarici öl
kələrin ən müasir məhsuldar texnologiyasından və qabaqcıl
təcrübələrdən istifadə edilir.
Sənaye təməli əsasında intensiv quşçuluqda təbii şəraitdə
yetişdirilməkdən fərqli olaraq quşların orqanizmində və o
cümlədən müxtəlif maddələr mübadiləsində əsaslı dəyişikliklər
baş verir. Orqanizm hipodinamiya vəziyyətində olduğu üçün və
intensiv yemləmə ilə əlaqədar olaraq quşlarda fizioloji proseslər
dəyişikliyə uğrayır.qısa zaman kəsiyində nəzərdə tutulan çəki
əldə edilir. Ancaq belə şəraitdə vahid sahədə daha çox quş cəm
ləndiyi və onlar həmişə qapalı şraitdə olduqarı üçün bunlar ara
sında kontakt çoxalır, xarici mühit faktorları ilə əlaqəli bir sıra
xəstəliklər yox dərəcəsinə çatdırıldığı halda, potensial patogen-
liyə maik mikrobların belə şəritdə fəallaşması, yüksək dərəcə
də virulentlik xüsusiyyətli qazanması nəticəsində yeni xəstəlik
lər meydana çıxır.
3
İnfeksion xəstəliklərin patogenezində, gedişində, klinikasın
da patoliji-anatomiyasında dəyişikliklər baş verir.
Çox vaxt bəzi xəstəliklərin yaranmasında mikrob assosiasiy
aları iştirak edir ki, şübhəsiz belə xəstəliklərə diaqnoz qoymaq
da çətinləşir. Son zamanlar xəstəliklərin müalicəsi və spesifik
profilaktikası üçün kifayyət qədər bioloji preparatlar və müalicə
vasitələri əldə edilmişdir. Bütün bu məsələlərin baytar həkim
lərinə və quşçuluqda işləyən mütəxəsislərə çatdırılması dövrün
tələbindən irəli gəldiyi üçün müvafiq dərsliyn yazılması çox
vacibdir.
Bu cəhətdən “Epizootologiya və quşların infeksion xəstəlik
ləri” adlı kitab öz aktuallığı ilə səciyyələnir. Çünki axırıncı 30-
35 il ərzində Azərbaycan dilində quşların xəstəliklərinə dair ay
rıca olaraq kitab yazılmamışdır.
Təqdim olunan kitabda epizootologiyanın bəzi məsələləri
əks edilmiş və quşların xəstəlikləri ən yeni məlumatlar əsasın
da yazılmışdır. Burada quşların bakteriozları, virozları, mikozla-
rı, xlamidiozları və digər qrup xəstəlikləri haqqında quşçuluqda
çalışan mütəxəssislərə və tələbələrə məlumat verilir.
Burada infeksion xəstəliklərin epizootoloji xüsusiyyətləri,
patogenezi, kliniki əlamətləri, patoloji-anatomiq dəyişiklikləri,
diaqnozu, təfriqi diaqnozu müalicəsi, prafılaktikası və mübarizə
tədbirləri əks etdirilir.
M üəlliflərdən
4
İNFEKSİYA VƏ İNFEKSİON
XƏSTƏLİKLƏR
Patogen mikroorqanizmlərlə insan, heyvan və quşların qarşı
lıqlı yaşayış tərzi zamanı baş verən mürəkkəb bioloji hadisə in
feksion proseslə nəticələnir.
İnfeksiya/infectio-yoluxturmaq, zəhərləmək-mürəkkəb bio
loji proses olmaqla müəyyən xarici mühit şəraitində insan, hey
van və quş orqanizmi ilə patogen mikroorqanizmin qarşılıqlı
münasibətində ibarətdir. Bu zaman mikro və makroorqanizmlə-
rin müxtəlif xüsusiyyətlərindən asılı olaraq infeksion proses in
feksion xəstəlik, mikrob daşıyıcılıq və immunoloji subinfeksiya
şəklində özünü göstərir.
Xarici mühitin müəyyən şəraitində mikrorqanizmlərlə mak-
roorqanizm lərin qarşılıqlı təsirindən orqanizmdə yaranan
mürəkkəb bioloji prosesə infeksion proses deyilir.
Bioloji baxımdan infeksiya simbiozun və ya parazitizmin bi
formasıdır.
Bioloji prosesin bir növü kimi infeksiyanın öyrənilməsi yalnız
XIX əsrin ikinci yarısında yəni patogen mikroorqanizmlərin aşkar
edilməsindən sonra başlamışdır. Əvvəllər belə güman edilirdi ki,
infeksion prosesin baş verilməsində heyvan orqanizmi və xarici
mühit şəraiti elə bir əhəmiyyətə malik deyil. Sonralar əksər alim
lərin tədqiqatları nəticəsində məlum olmuşdur ki, infeksion pro
ses tək patogen mikrobdan yox həm də həmin patogen mikrorqa-
nizmə həssas heyvan və quş orqanizminin qoruyucu gücündən
asılıdır. İnfeksion prosesin baş verməsində makro və mikroorqa-
nizmlə bərabər həm də xarici mühit amilləri iştirak etməlidir.
Patogen mikrobların və makroorqanizmlərin fərdi xüsusiy
yətlərindən asılı olaraq infeksion proses müxtəlif tərzdə meyda
na çıxır. Belə ki, konkret şəraitdə bezən müxtəlif gedişli və for
5
malı infeksion xəstəliklər baş verir. Digər hallarda kliniki əla
mətlər aydın şəkildə meydana çıxmır, bəzən isə orqanizmdə elə
dəyişikliklər baş verir ki, bunları yalnız mikrobioloji və iınmu-
noloji diaqnostika üsulları ilə müəyyən etm ək olar. Belə vəziy
yət orqanizmə daxil olmuş xəstəlik törədicisini virulentlik dərə
cəsindən və miqdarından, xarici mühit şəraitindən və makroor-
qanizmin ümumi rezistentlik dərəcəsindən asılı olaraq meydana
çıxır.
İnfeksiya törədicisi ilə heyvan və quş orqanizminin qarşılıq
lı təsirinin xarakterindən asılı olaraq infenkiyanın üç forması
müşahidə edilir.
İnfeksiyanın birinci və ən aydın forması infeksion xəstəlik
dir. Bu forma orqanizmin normal həyat fəaliyyətinin pozulması
nı göstərən əlam ətlərlə, orqan və toxumaların funksional po
zğunluğu və morfoloji zədələnmələri ilə səciyyələnir.
İnfeksion xəstəliklərinin çoxu müəyyən kliniki əlam ətlərlə
özünü göstərir. Bəzən infeksion xəstəliklər kliniki əlam ətlərlə
özünü nəzərə çarpdırmır. İnfeksiya gizli gedir və belə vəziyyət
simptomsuz, latent və inapparant infeksiya adlanır. Belə xəstə
likləri aşkar etmək üçün laboratoriya müayinələri / bakterioloji,
virusoloji, mikoloji və s. / və immunoloji diaqnostika üsulların
dan istifadə edilir.
İnfeksiyanın ikinci forması mikrobdaşıyıcılıqdır. Bu formada
xəstəlik törədicisi orqan və toxumalarda patoloji vəziyyət və
immunoloji proseslər törətmir. İnfeksianın bu formasını mikro-
biloji müayinə üsulları ilə aşkar etmək mümkündür. Təbiətdə
mikrobdaşıyıcıhğın digər formaları, yəni xəstəliyi keçirmiş və
rekonvalisent heyvanların sərbəst bir forması olan sağlam hey
vanların mikrobdaşıyıcılığından fərqləndirmək lazımdır.
İnfeksianın üçüncü forması immunlaşdırıcı subinfeksiya he
sab edilir. Belə forma zamanı mikrobun təsirindən heyvan və quş
orqanizmində spesifik dəyişikliklər və immunitet yaranır, ancaq
6
mikrobun özü isə tələf olur. Orqanizmdə fuksional dəyişikliklər
baş vemir və bu infeksiya törədicisinin mənbəyinə çevrilmir.
Makroorqanizmlə mikroorqanizmin təbiətdə bir sıra bioloji
əlaqələri mövcuddur. Bunlardan əsası mutualizm, kommensa-
lizm və parazitizmdir ki, buda I saylı sxemdə göstərilir.
S xem I. M akro və mikroorqaııiznılərin qarşılıqlı əlaqə form aları
Mutualizm elə yaşayış tərzidir ki, bir-biri ilə əlaqədar olan
makro və mikrooranizm öz yaşama proseslərində bir-birindən
qarşılıqlı surətdə fayda görür. Məsələn: bir qrup mikroorqa-
nizmlər mədə-bağırsaq sisteminin əsas xüsusiyyətlərinə uyğun
laşaraq orada olan yem qalıqları ilə qidalanır və hasil etdikləri
vitaminləri isə makrooranizm mənimsəyir.
Kommensalizm yaşama tərzində qarşılıqlı münasibətdə olan
orqanizmlərdən biri digərini hesabına yaşamaqla ona heç bir
ziyan vermir. Buna insan, heyvan və quşların orqanizminin nor
mal mikroflorasını göstərmək olar.
Parazitizm yaşama tərzində mikrooqrqanizm sahib orqanz-
minə daxil olaraq onun hesabına yaşayır və həyat fəaliyyəti ilə
makroorqanizmin məhvinə səbəb olur. Belə mikroorqanizmlər
7
patogen mikrooqraqanizlər adlanır.
Patogen mikroorqanizmlərə misal olaraq bakteriyaları, mik-
roskopik köbələkləri, mikoplazmaları, xlamidiyaları, rikketsiya-
ları və virusları göstərmək olar. Mikroblarda parazitizm təkamül
nəticəsində baş vermiş və inkişaf etmişdir. Təkamül əsasında
mikroblar müxtəlif qidalanma xüsusiyyəti əldə etmişdir.
Belə güman edilir ki, təkamülün birinci mərhələsində proto-
troflar /aftototroflar/ meydana çıxmışdır. Bunlar sərbəst həyat
tərzinə malik olub, özləri üçün zəruri olan qida maddələrini sa
də qeyri-üzvi birləşmələrdən əldə edir.
Təkamülün ikinci mərhələsi m etatrof mikroflarının meyda
na çıxması ilə əlaqədardır. Belə mikrobların bir qismi qidalan
ma məqsədilə ölü üzvü substratlardan istifadə edir və onlara
saprofıt mikroblar deyilir. Digər bir qismi isə yarımsaprofit
xüsusiyyətə malik olub təbiətdə geniş şəkildə yayılmışdır və
bunlara fakiiltətif parazit mikroblar deyilir. Bu qrupun nümay
əndələrinə anaerobları, eşerixiyaları, salmonellaları, kokk in-
feksiya törədicilərini misal göstərm ək olar. Metatrofların
ikinci qrupunda parazitizm xüsusiyyəti daha aydın nəzərə çar
pır. Bunlara paratroflar da deyilir və əsas nümayəndələri lep-
tospirozun, listeriozun, qızılyelin, tulyaremiyanın törədiciləri
hesab edilir.
Təkamülün üçüncü mərhələsində heteporofroflar meydana
çıxmışdır ki, bunlar yalnız canlı orqanizmdə yaşamaq xüsusiyy
əti qazanmışdır. Bu qrupa misal olaraq virusları, rikketsiyaları,
xlamidiyaları və mikoplazmaları göstərmək olar. Belə mütləq
parazitizm xüsusiyyətə malik olan mikroorqanizmlər oblikat pa
razit mikroblar adlanır.
Patogen mikroarqanizmlərdən əlavə bir qrup mikroorqa-
nizmlərdə vardır ki, bunlara şərti və ya potensial patogen mikro
orqanizmlər deyilir. Bu qrup mikroorqanizmlər insan, heyvan və
quşların dəri səthində həzm, tənəffüs və sidik-cinsiyyət üzvlə
8
rində yaşayır. Normal həyat tərzində bu qrup mikroorqanizmlər
sahib orqanizmində xəstəlik törətmir. Ancaq bəzi faktorların tə
sirindən orqanizmin immunobioloji reaktivliyi aşağı düşdükdə
bu qrupun nümayəndələri öz potogenlik xüsusiyyətlərini artıra
raq xəstəlik törədir.
Məlumdur ki, infeksion xəstəliyin baş verməsi üçün 3 ele
ment lazımdır: patogen mikrob, həssaz heyvan və ya quş orqa
nizmi və kecirici amillər.
Xəstəliyin baş verməsində patogen mikrob əsas elementdir.
Patogenlik mikrobun növ əlaməti olub onun xəstəlik törətmə
qabiliyyətinə deyilir və spesifik irsi bir xüsusiyyəti təşkil edir.
Spesifiklik infeksion prosesin əsas xüsusiyyətlərindən biridir,
yəni hər bir xəstəliyin özünə məxsus törədicisi olmalıdır.
Mikrobun patogenlik əlaməti irsi xarakter daşıyaraq, nəsil
dən nəsilə verilir. Ancaq mikrobun patogenlik qabiliyyəti sabit
bir əlamət olmayıb, şəraitdən asılı olaraq zəifləyir və ya güclə
nir. Mikrobun patogenlik dərəcəsi virurentlik / virulentus-zəhər-
li/ adlanır. Virulentlik mikrob ştamına məxsus olan fərdi bir əla
mətdir.
Patogen mikrobların virulentlik dərəcəsini artırmaq və ya
azaltmaq mümkündür. Virurentliyi zəif olan mikrobların bu
xüsusiyyətini artırmaq üçün onu münasib qida mühitində yetiş
dirmək, xəstəlik törədicisini həssaz heyvan və ya quş orqaniz
mindən bir neçə dəfə keçirmək lazımdır. Əksinə verulentliyi
yüksək olan mikrobları onun üçün əlverişli olmayan qida mühi
tinə yetişdirdikdə onların virulentilyi zəifləyir.
Mikrobların patogenlik dərəcəsini müəyyən etmək üçün vi
rulentlik vahidi təyin olunub, buna da DLM/ dosis letalis mini
ma/ ən kiçik ölüm dozası deyilir. Yəni təcrübə heyvanlarının 80
%-ni öldürən mikrobun ən kiçik dozası minimum ölüm dozası
adlanır.
Mikrobların viruleniiyini müəyyən etmək üçün həmçinin
9
50% letal /LD50/ və yoluxduran /YD50/ dozadan da istifadə edi
lir ki, bu da təcrübə üçün götürülmüş heyvan və quşların 50% -
ni öldürən doza hesab edilir.
Müxtəlif amillərin təsirindən mikrobların virulenliyi dəyişilir.
Mikrobların 2 mühüm patogenlik əlaməti: invazivlik/ aqres-
sivlik/ və toksigenlik əlaməti qeyd edilməlidir.
İnvazivlik-təbii şəraitdə mikrobun dəri örtüyündən və selikli
qişalardan toxuma və orqanların daxilinə keçmək orada çoxalmaq
və makroorqanizmin qoruyucu qüvvələrini dəf etmək qabiliyyə
tinə deyilir. Bu xüsusiyyət mikrobun kapsula əm ələ gətirmək qa
biliyyəti, müxtəlif maddələri /polisaxaridlər, M-protein/ enzimlə-
ri, aqressinləri istehsal etmək qabiliyyəti ilə həyata keçirir.
Patogen mikroblar toksigenlik xüsusiyyətinə, yəni zəhərli
maddələri -toksinləri istehsal etmək qabiliyyətinə malikdir. Ek-
zo və endotoksinlər vardır.
Ekzotoksinlər mikrob metobolizmi məhsulları olub yüksək
molekulyar kütləyə malik zülallardır. Bunları mikrob kulturala-
rını süzməklə, sonra çökdürmə, elektrodializ və ultrasüzmə ilə
əldə etmək mümkündür. Mikrobun virolentliyi kimi onun toksi-
ninin zərərli xüsusiyyəti də minimal ölüm dozası ilə /DLM/
müəyyən olunur.
Ekzotoksinlər yüksək toksiklik xüsusiyyətinə malikdir. M ə
sələn: I mq kristal dovşancıq toksini 75 mln ağ siçanı öldürür.
Bunların təsiri yüksək dərəcədə spesifikliyi ilə səciyyələnir.
Məslən: dovşancıq toksini onurğa beyininin hərəkəti neyronla-
rına, botulizm toksini hərəkəti sinirlərin sonluqlarına təsir edir.
Elə toksinlər də vardır ki, onların təsiri çoxtərəflidir /C1 perfrin-
qens-toksini/.
Ekzotoksimlər termiki təsirlərə davamsızdır. Bundan əlavə
işığın, sərbəst oksigenin, turşu və gələvilərin təsirindən tez par
çalanır. Botulizm və stafılokokk ekzotoksinlərdən başqa dikər-
ləri həzm fermentlərinin təsirindən parçalanır. Ekzotoksinlərin
10
ən vacib xüsusiyyəti antigenlik xüsusiyyətini saxlamaqla onların
formalinin təsirindən toksiki xüsusiyyətini itirməsidir. Toksin-
lərin belə zərrəsizləşdirilmiş preparatları anatoksinlər adlanır.
Endotoksinlər hüceyrə strukturunun bir hissəsi olub yalnız
mikrob hüceyrəsinin ölümündən sonra ondan ayrılır. Endotok-
sinlərin əldə edilməsi üçün dondurma, əritmə, turşularla təsir et
mə və s. üsullardan istifadə edilər.
Ekzotoksinlərə nisbətən onların toksiki xüsusiyyəti zəyifdir.
Bunların orqanizmə təsiri spesifik deyil və mikrobun növündən
asılı olmadan eyni tip baktereoloji proses törədirlər. Endotoksi-
nin öldürücü dozasını heyvanlara inyeksiya etdikdə tənginəfəs-
lik, diareya, hipertermiya nəzərə çarpır və bir neçə saata ölüm
qeyd olunur.
Endotoksinlər mürrəkəb qlusid-lipid-polipeptid komplekslə
rindən ibarət olub termostabildilər və onların çox növünü ana-
toksinə çevirmək mümkün deyil.
Endotoksin və ekzotoksinlərin arasında keçid toksiki məh
sullar da aşkar edilmişdir. Bunlar mikrobun toksini yox xəstəlik
törədicilərinin fermentlərinin təsirindən makroorqanizmlərin
bəzi substratlarının parçalanması nəticəsində yaranan toksiki
maddələrdir.
V irusların patogen təsirinin xü susiyyətləri.
Viruslar yüksək genetik səviyyəli obliqat hüceyrədaxili pa-
razit olub, həyatın qeyri-hüceyrəvi formasından ibarətdir.
Müəyyən olunmuşdur ki, virusların parazitizm xüsusiyyətləri
hüceyrə-virus kompleksi sistemində müşahidə edilir. Virusla
hüceyrələrin qarşılıqlı əlaqəsində xarici mühit şəraiti mühüm
rol oynayır. Belə ki, əgər mühit infeksiyanın baş verməsinə şə
rait yaradırsa, bu zaman hüceyrə daxilində çoxlu miqdarda yetiş
miş virus hüceyrələri yaranır və hüceyrə məhv olur. Bəzən isə
əksinə hüceyrə daxilində virusların biosintezi axıra qədər da
vam etmir, virus məhv olir, hüceyrənin özü isə normal şəkildə
fəaliyyətini davam etdirir. Onu da göstərmək lazımdır ki, orta
variantlar yeni virusla hüceyrənin bir-birinə uyğunlaşması - vi-
rogeniya hadisəsi də baş verir. Bundan başqa virusun təsirindən
sahib hüceyrənin transformasiyası, yəni nəhayətsiz böyüməsi və
bölünməsi prosesi də meydana çıxır ki, onkogen viruslar məhz
bu xüsusiyyətə malikdirlər.
Virusla hüeyrənin qarşılıqlı əlaqəsi zamanı əvvəlcə virusun
hüceyrə səthinə adsorbsiyası baş verir. Bu fıziki-kimyəvi pro
ses, müxtəlif elektrik yükləri ilə yüklənmiş reseptorların qarşı
lıqlı əlaqəsindən ibarət olub, infenksion prosesin ilkin m ərhələ
sini təşkil edir. Viruslar hüeyrənin üzərinə adsopsiya olunduq
dan sonra onun daxilinə keçir. Virusların əksəriyyəti viropeksis,
az hissəsi isə yapışma, bəziləri isə hər iki yolla hüceyrəyə daxil
olur. Virus hüceyrəyə daxil olduqdan sonra orada hidrolitik fer-
mentlərin təsirindən onun nuklein turşusu zülal təbəqədən ayrı
lır. Bu prosesə virusun deproteinizasiyası deyilir. Nəticədə,
deproteinizasiya olunmuş nuklein turşusu hüceyrələrin maddə
lər mübadiləsini dəyişdirir, özünə lazım olan kompanentləri sin
tez edir, beləliklə də yeni virus hissəciyinin yaranması başlanır.
Viruslar hüceyədaxili parazi olduqları üçün öz kompanentlərinin
sintezində hüceyrənin həm fermentlərindən, həm də üzvi və
qeyri-üzvi birləşmələrindən istifadə edir.
Virusların növündən asılı olaraq onun formalaşması ya
hüceyrənin sitoplazmasında, ya da nüvəsində gedir, formalaşma
başa çatdıqdan sonra onun hüceyrədən azad olunması prosesi
başlayır ki, bu da «partlayışlı» yaxud litik və tədricən, yaxud ləng
yolla baş verir. Virusun hüceyrə ilə qarşılıqlı əlaqəsi zamanı
hüceyrələrdə funksional, biokimyəvi və struktur dəyişiklikləri
müşahidə edilir.
12
Patogen m ikroorqanizm lərin quş orqanizm ində yayılm ası
yolları v ə infeksiyanın növləri.
Hər hansı bir infeksion xəstəliyin patogenezi həmin xəstəlik
törədicisinin spesifik təsiri və orqanizmin cavab reaksiyası ilə
təyin olunur ki, bu da xarici mühit şəraitindən asılıdır.
Patogen mikroorqanizmin orqanizmə daxil olduğu yer infek-
siyanın giriş yolu adlanır. Dəri, konyunktiva, həzm və tənəffüs
orqanları və sidik-cinsiyyət orqanları, embrional dövrdə isə embrion
gişaları infeksiya törədicilərinin giriş yolları hesab olunur.
Qeyd etmək lazımdır ki, təkamül dövründə hər bir xəstəlik
törədicisi özünün çoxalması və yayılması üçün əlverişli giriş yo
luna malik olmuşdur.
Xəstəlik törədicilərinin orqanizmə daxil olma yollarına gö-
rə-alimentar, respirator və ya aerogen, yara, transmissiv, transo-
varial və kontakt inveksiya növləri mövcuddur. Əgər mikroor-
qanizmin orqanizmə daxil olma yolu müəyyən edilməyibsə, be
lə infeksiya kriptogen infeksiya adlanır.
İnfeksiya törədicisinin yem və su vasitəsi ilə həzm orqanla
rına düşməsi nəticəsində baş verən infeksiyaya alimentar infek
siya deyilir. Əgər infeksiyanın baş verməsi havanın tənəffüs
üzvlərinə düməsi ilə əlaqədardırsa, belə infeksiya aerogen, ya
xud respirator infeksiya adlanır. Xəstə heyvan və ya quşların
sağlam heyvan və quşlarla kontaktı yolu ilə baş verən infeksi-
yalara kontakt infeksiyalar deyilir.
Giriş yolundan xəstəlik törədiciləri hemotogen, limfogen və
bəziləri isə neyrogen yolla orqanizmə yayılır.
İlkin ocaqdan mikrobun onun qan dövranına düşüb orqan və
toxumasına yayılmasına Bakterimiya, müvafiq şəkildə virusun
qanla yayılmasına - virusemiya, rikketsiyaların yayılması - rik-
ketsemiya və s. adlanır.
Bir çox infeksion xəstəliklərdə qanın bakterisit xüsusiyyəti
13
kəskin şəkildə aşağı düşdüyünə görə mikrobların çoxalması y ə
ni septisemiya baş verir.
Streptokokk və stafılokokk infeksiyalannda törədici ilkin ocaq
dan limfa yolu, ən çox isə hemotogen yolla yayılaraq m üxtəlif
orqanlarda irinli ocaqlar yaradır ki, buna piemiya deyilir. Septi
semiya və piesiyanm birlikdə getməsi septikopiyemiya adlanır.
İnfeksiya spontan /təbii/ və süni/ ekspeimental/ ola bilər. Tə
bii şəraitdə patogen amillə, həssas makroorqanizmin müəyyən
şərait daxilində qarşılıqlı əlaqəsi zamanı yaranan infeksiyaya
spontan infeksiya deyilir.
Xəstəlik törədicilərinin kulturaları və ya patoloji materialın
ekstraktının heyvanlara və quşlara müxtəlif üsullarla yeritmə
yolu ilə əldə edilən infeksiyaya süni infeksiya deyilir.
Əgər spesifik xəstəlik törədicisi heyvan və ya quş orqaniz
minə xarici mühitdən daxil olursa, belə infeksiya ekzogen infek
siya adlanır. Əgər müəyyən amillərin təsirindən makroorqaniz
min ümumi rezistentliyi aşağı düşürsə və bu zaman orqanizmdə
olan potensial patogen mikrobların fəallaşması nəticəsində in
feksiya baş verirsə, buna endogen, yaxud autoinfeksiya deyilir.
Yalnız bir mikrob növünün təsirindən baş verən infeksiyaya
sadə və ya monoinfeksiya, bir neçə növ mikrobun assosiasiyala
rının orqanizmə daxil olması ilə yranan infeksiyaya assasiativ
infeksiya deyilir. Eyni vaxtda bir heyvan və ya quş növündə iki
müxtəlif xəstəliyin baş verməsinə qarışıq infeksiya deyilir.
İlkin infeksiya fonunda orqanizmin zəifləməsi ilə əlaqədar
olaraq ikinci növ mikrobun təsirindən baş verən infeksiyaya se-
kundar infeksiya deyilir.
Qarışıq, sekundar və assosiativ ifeksiyalar problemi iri quş
çuluq fabrikləri və təsərrüfatlarında, xüsusilə aktuallığı ilə səciy
yələnir. Belə şəraitdə quş orqanizminin mikrob peyzajı mürək
kəb olur.
İnfeksion xəstəliyin ləğvi və orqanizmin həmin xəstəliyin
14
törədicisindən azad olduqdan sonra yenidən həmin mikrobla yo
luxması baş verirsə - bu reinfeksiya adlanır. Əgər mikrob orqa
nizmdən azad olmadan həmin mikrob növü ilə yenidən yoluxur
sa, buna superinfeksiya deyilir. Kliniki sağalmadan sonra infek
sion xəstəliyin yenidən təkrarlanması və kliniki əlamətlərin
meydana çıxmasına residiv deyilir.
Dostları ilə paylaş: |