İlk proqram. Idle örtük mühiti idle mühitində ilk proqramımızı yazaq. Python proqramı yükəndikdən sonra ilk açılan interfeys Idle örtük mühitidir



Yüklə 14,74 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü14,74 Kb.
#41186
növüYazı
1   2   3
proqramlasdirma dilleri

Dəyişənlər

Python proqramlaşdırma dilinin əsas güclü tərəflərindən biri dəyişənlərlə işləmək imkanıdır. Dəyişən qiymətə müraciət edənə addır.

Mənimsətmə cümləsi yeni dəyişən yaradır və ona qiymət verir. Qiymətin özü dəyişən ola bilər. Məsələn: a=5; b=3; c = a ; >>> message = “'Salam' de” >>>k = 23 >>> pi = 3.14159

Bu misalda üç mənimsətmə əmri var. Birincisi message adlı yeni dəyişənə “‘Salam’ de” qiymətini mənimsədir. İkinci k dəyişəninə 23 qiymətini, üçüncü isə pi dəyişəninə sürüşkən vergüllü 3.14159 ədədini mənimsədir.

Mənimsətmə əməlini (=) bərabərlik ilə qarışdırmaq olmaz. Mənimsətmə əməliyyatı işarədən solda duran dəyişəni sağda duran qiymətlə əlaqələndirir. Adi riyaziyyatda 21=gun qəbul ediləndirsə, Python dilində bu səhv verəcək. Çünki mənimsətmə işarəsindən solda mütləq dəyişən olmalıdır.

print əmri də dəyişənlərlə işləyir. >>> print message # və ya print (message) 'Salam' de >>> print k # və ya print (k) 23 >>> print pi # və ya print (pi) 3.14159



Hər üç halda print əmrinin yerinə yetməsinin nəticəsi dəyişənin qiymətinin çapıdır. Dəyişənlərin də tipləri olur. >>> type(message) >>> type(k) >>> type(pi)
Yüklə 14,74 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin