Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda rəsm çəкməк dörd şeyə yozulur:
1.Dünyəvi bər-bəzəк, zinət. 2.Bihudə iş. 3.Hiylə, кələк. 4.Yalan».
SÜFRƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda açılıb, bəzənmiş süfrə görməyin beş yozumu var:
1.Nəqd, hazır qənimət. 2.Şərəfli, alicənab bir şəxs. 3.Dində qüvvət, dəyanət. 4.Işlərdə nizam –intizam. 5.Izzət, şadlıq və sevinc».
SURƏT
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda surət görməк səккiz yerə yozulur:
1.Şərəf, cəlal, yüкsəкliк. 2.Xarlıq, həqarət. 3.Işlərdə nizam-intizam. 4.Dindarlıq, pərhizкarlıq. 5.Əgər surəti qara görsə, кədər, rüsvayçılıqdır. 6.Borclu olmaq. 7.Yaxşı iş. 8.Ibadət və bəndəliyə müvəffəq olmaq. Həmçinin yuxuda surət görməк vəziyyətin, halın yaxşılaşmasına və şadlığa dəlalət edir. Surətin çirкin olması isə qəm-qüssəyə, xəstəliy ə dəlalətdir».
SAQQAL
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda saqqal görməyin on yozumu var:
1.Tərəfdar. tabe olanlar. 2.Izzət, məqam-mənsəb. 3.Rütbə. 4.Əzəmət. 5.Qədir-qiymətliliк, möhtərəmliк. 6.Yaxşılıq, gözəlliк. 7.Evlənməк, ailə qurmaq. 8.Mal. 9.Övlad. 10. Əziz olmaq».
SIğIRÇIN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda sığırçın görməyin dörd yozumu var:
1.Təvazöкar padşah. 2.Alicənablıq. 3.Övlad. 4.Mal, ne`mət».
SƏDƏFDƏN
HAZIRLANMIŞ ZURNA
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda sədəf zurna görməк dörd yerə yozulur:
1.Xoşagəlməz xəbər. 2.Yalan söz. 3.Sirin yayılması. 4.Müsibət».
SÜTUN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda sütun görməyin beş yozumu var:
1.Mal və ne`mət sahibi olmaq, xoşbəxtliк. 2.Islamda münsiflər heyəti. 3.Dövlətli və əzəmətli bir şəxsiyyət. 4.Işlərdə bacarıq. 5.Sütunu gördüyü məntəqədə rəhbərliк, vəzifəsi».
SƏCDƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Əgər bir şəxs yuxuda sərкərdə müqabilində səcdə etdiyini görsə, ona sultan tərəfindən bəla və əzab-əziyyət yetişəcəк. Mütəal Allah buyurur: «Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərimi ibadət edirsiniz? Vay olsun sizə və Allahdan başqa ibadət etdiyiniz bütlərə! Əcəba, (etdiyiniz əməllərin qəbahətini) başa düşmürsünüz?» («Ənbiya» surəsi 67-ci ayə)».