İmmunitet və immunologiya haqqında anlayış Plan



Yüklə 17,49 Kb.
səhifə2/3
tarix07.01.2024
ölçüsü17,49 Kb.
#211744
1   2   3
immunologiya1

Orqanizmin immun sistemi
Orqanizmdə genetik yad substansiyalara qarşı cavab reaksiyalarını həyata keçirəcək hüceyrə, toxuma və orqanlar toplusu orqanizmin immun sistemi təşkil edir.
Orqanizm mikroorqanizm yaxud patogenlərdən özünü müdafiə etməyə qadirdir. İlk müdafiə sərhədi dəri və selikli qişalardır. Dərinin ust təbəqəsinni biraz yağlı və biraz asidik olması burada bakteriya və digər patogenlərin inkişafı üçün əlverişsiz mühit yaradır. Normal insan dərisi əsasən 4.5 ilə 6 arasında bir Ph dəyərinə malikdir. Həmçinin selikli qişalar yəni mukoz təbəqə tənəffüs yolları , mədə və s. yerlərdə təsadüf edilir. Mukoz təbəqəsinin ifraz etdiyi mukus adlanan maye də mikroorqanizmləri məhv edir.
Orqanizmin ikinci müdafiə sərhədi isə limfositlər və faqositlərdir.
Limfositlər qanyaradıcı toxumada polipotent kök hüceyrələrindən əmələ gəlir. Postnatal dövrdə hemopoez və limfopoez toxumanın kök hüceyrələri və limfositlərin sələfləri ancaq sümük iliyində əmələ gəlir.
Yetkin limfositlər B- və T- olmaqla iki növ populyasiyaya bölünürlər. B-limfositlər polipotent kök hüceyrələrdən antigendən asılı olmadan differensiasiya olunmaqla əmələ gəlirlər. T- limfositlər antigendən asılı olmayan differensiasiya nəticəsində timus vəzdə sələf hüceyrələrdən formalaşırlar.
İmmun sistemin hüceyrələri heterogen və çox funksiyalıdır. İmmunokompetent hüceyrələrə makrofaqlar, B- və T- limfositlər aiddir. Bu hüceyrələr öz növbəsində yetkinləşmə səviyyəsinə və ifadə etdikləri funksiyalara görə subpopulyasiyalara bölünürlər.B- və T- limfositlər yalnız immun müdafiədə iştirak etmirlər, onlar həmçinin endokrin və sinir sisteminin fəaliyyətinə, sümük iliyinə və orqanizmin immun cavab reaksiyalarından kənarda görünən bir sıra digər funksiyalarına belə təsir göstərir.
T- və B- limfositləri morfoloji cəhətdən fərqlənməsədə səthindəki reseptorlara görə fərqlənirlər. B- limfositlərin səthində antigen üçün reseptorlar əsasən immunoqlobulinlərdən ibarətdir Bunlar quruluşlarına görə qan zərdabında olan immunoqlobulinlərdən qismən fərqlənirlər. Lakin T-limfositlərin səthində olan antigenbirləşdirici reseptorlar immuniqlobulinlər olmayıb, digər zülallardan ibarətdir. Funksiyalarına nəzər saldıqda isə B-limfositlər humoral immun cavab reaksiyasınnı formalaşmasını təmin edir. T- limfositlər isə antigen stimulunun təsirindən hüceyrəvi immun reaksiyaları təmin edən hüceyrələrə çevrilirlər.
Hazırda T-limfositlərn bir neçə subpopulyasiyası ayırd edilir:

  1. Effektor T-limfositlər- yad hüceyrələri parçalamaq, öldürmək qabiliyyətinə malikdirlər. Məhz buna görə onlar öldürücü (killer) limfositlər adlandırılır.

  2. T-limfositlərin digər populyasiyası immun cavabda tənzimedici funksiya daşıyır : bu limfositlər immun sistemin müxtəlif hüceyrələrinə təsir edən həll olan xüsusi maddələr-limfokinlər hasil etməklə B- hüceyrələrin və effektor T-limfositlərin aktivliyini tənzim edir.

Faqositlər də immun sistemində xüsusui əhəmiyyət kəsb edirlər. Xüsusilədə makrofaq və neytrofilləri vurğulamaq olar. İ.İ.Meçnikov makrofaqların başlıca funksiyasını orqanizmdə mikrobları və öldürülmüş hüceyrələri həzm etməsi kimi qiymətləndirirdi. Lakin hazırda bu hüceyrələrin funksiyaları daha ətraflı öyrənilmişdir. Məlum olmuşdur ki, makrofaqlar orqanizmə daxil olan yad maddələrin tanınmasında, orqanizmdə immun reaksiyalarının formalaşmasında mühüm rol oynayır.

Yüklə 17,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin