Qarayev Z. və Qurbanov A. “Tibbi mikrobioogiya və İmmunologiya” . Bakı-2010
Mənşəyinə və formalaşma xüsusiyyətlərinə görə immuniteti iki yerə bölmək
olar:
Anadangəlmə immunitet
Qazanılmış immunitet
Anadangəlmə immunitet hər hansı bir antigenə, yaxud mikroorqanizmə qarşı
qeyri-həssaslıq olub, irsi olaraq nəsildən-nəslə ötürülür. İnsanlar heyvanların bəzi xəstəliklərinə, məsələn, toyuq vəbasına qarşı qeyri-həssasdırlar. Eləcə də heyvanlar insanların bəzi xəstəliklərinə (vəba, difteriya, sifilis və s.) yoluxmurlar.
Qazanılmış immunitet orqanizmin bütün həyatı boyu mikroorqanizmlərlə, yaxud digər antigenlərlə təmasından sonra formlaşır, bir qayda olaraq nəsildən-nəsilə ötürülmür. Qazanılmış immunitet təbii və süni olmaqla ikiyerə bölünür.
Təbii qazanılmış immunitet aktiv və passiv ola bilər. Aktiv immunitet orqanizmin bilavasitə iştirakı ilə, keçirilmiş xəstəlikdən sonra formalaşır, ona görə də onu bəzən postinfeksion immunitet də adlandırılır. Qızılca, su çiçəyi tərzi bəzi infeksiyalardan sonra ömürlük immunitet əmələ gəlir. Lakin bir çox infeksiyalardan sonra əmələ gəlmiş immunitet qısamüddətli olur. Bəzi hallarda immunitet törədicilərin orqanizmə kiçik dozalarda – böhran dozadan daha az dozalarda daxil olması nəticəsində də formalaşa bilər(məişət immunizasiyası). Aktiv immunitetin başlıca üstünlüyü davamlı olmasıdır. Əsas çatışmazlığı isə immun cavabın, xüsusilə də birincili cavabda tədricən, yavaş-yavaş formalaşmasıdır. Passiv immunitetin formalaşmasında orqanizm bilavasitə iştirak etmir və ana bətnində olarkən yenidoğulmuşlara plasenta vasitəsilə ötürülür. Ona görə buna bəzən transplasentar immunitet də deyilir. İmmunitetin bu növü çox davamlı olmayıb adətən 6-8 ay davam edir. Haqqında danışdığımız bu immunitet növü həmçinin ana südü vasitəsilə də ötürülür.
Süni qazanılmış immunitet dəorqanizmin iştirakından asılı olaraq aktiv və pasiv ola bilər. Aktiv immunitet öldürülmüş, zəiflədilmiş və ya canlı mikroorqanizmlərə, yaxud onların antigenlərilə,başqa sözlə vaksinlərlə immunizasiya nəticəsində süni olaraq formalaşdırılır. Bu zaman orqanizmdə güclü immun reaksiyalar-anticisimlərin sintezi müşahidə olunur. Passiv immunitet orqanizmə hazır anticisimlərin yeridilməsi nəticəsində formalaşır. Bu zaman immunitet müvafiq anticisimlərin orqanizmə yeridilməsindən dərhal sonra formalaşır, lakin nisbətən qısa bir müddətdə, adətən 15-20 glaşdün müddətində mövcüd olur. Belə ki, yeridilmiş anticisimlər parçalanır və orqanizmdən kənarlaşdırılır.
Yönəldiyi obyektlərə görə isə immunitetin aşağıdakı formaları məlumdur. Mikroorqanizmlərə qarşı antimikrob (antibakterial, antivirus, göbələk əleyhinə,antiparazitar) onların toksinlərinə qarşı- antitoksik, transplantasiya olunmuş toxuma və hüceyrələrə qarşı – transplantasiya və şiş əleyhinə immunitet fərqləndirilir.
Yuxarıda göstərilənlərdən başqa steril və qeyri steril immunitet məvhumları da mövcüddur. Steril immunitet törədiciləron orqanizmdən tamamilə kənarlaşdırılmasını təmin edir. Qeyri-steril immunitet isə törədicilərin orqanizmdən tamamilə kənarlaşdırılmasını təmin edə bilmir.
Son olaraq amillərindən asılı olaraq qeyri-spesifik və spesifik immunitet fərqləndirilir. Qeyri-spesifik müdafiə amilləri orqanizmə daxil olmuş antigenlərin növündən asılı olmayaraq daim fəaliyyət göstərir. Qeyri-spesifik mexanizmlər kənar, yad maddələrlə təkrar görüşmələrdə daha qüvvətli cavab vermək üşün xatırlamaq qabiliyyətinə malik deyil. Spesifik amillərin fəaliyyəti isə orqanizmə daxil olmuş antigenlərin növündən asılı olur. Spesifik amillər yad maddəni tanıyır, onunla anticisimlər, yaxud hüceyrələr vasitəsilə spesifik əlaqədə olur. Bu amillər antigenlə görüşəndən sonra yaddaş hüceyrələrin əmələ gəlməsilə uzun müddət onu xatırlayır və eyni antigenlə təkrar təmas zamanı daha tez və aktiv cavab verir. Qeyd etmək lazımdır ki, qeyri-spesifik və spesifik müdafiə mexanizmləri bir-birilə sıx əlaqəli fəaliyyət göstərirlər.