333) Pollinoz zamanı allergik anticisim bilavasitə hansına aiddir?
A) IgM
B) IgG
C) IgE, qismən IgG
D) IgG,IgA
E) IgA
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
334) Pollinoz zamanı allergik anticisim harada yerləşən hüceyrə-hədəfə fiksə olur?
A) Mədə-bağırsaq traktında
B) Sadalananların hamısı
C) Dəridə
D) Xırda qan damarlarının yaxınlığında
E) Konyuktivanın və respirator aparatın selikli qişasında
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
335) Pollinoz zamanı burun-udlağın selikli qişasında formalaşan allergik iltihabın əsas mediatoru hansıdır?
A) Polipeptid B
B) Serotonin
C) Asetilxolin
D) Sadalananların heç biri
E) Histamin
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
Dostları ilə paylaş: |