364) Qida allergiyasının inkişafına hansı endogen faktor meyilli deyildir?
A) Sadalananların heç biri
B) Həzm traktının fermentlər sisteminin çatışmazlığı
C) Tranzitor immundefisit
D) Atopiyaya irsi meyillik
E) Həzm orqanlarının xroniki xəstəlikləri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188
365) Qida allergiyasına daha çox nə vaxt rast gəlinir?
A) Qoca yaşlarında
B) Doğulduqdan sonra ilk aylarda və illərdə
C) Ahıl yaşlarında
D) Yeniyetmə yaşlarında
E) Yetkin yaşda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
366) Uşaqlarda qida allergiyasının inkişafına hansı faktor meyilli deyil?
A) Mədə-bağırsaq traktının fermentlər sisteminin çatışmazlığı
B) Süni qidalanmanın artım tezliyi
C) Uzun müddət döşlə əmizdirmə
D) Sadalananların heç biri
E) Atopiyaya genetik meyillik
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
Dostları ilə paylaş: |