51) İnsanda olan immunoqlobulinlərin neçə tipi vardır?
A) 4
B) 7
C) 6
D) 3
E) 5
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.100
52) Tez tipli hiperhəssaslığın inkişafında aparıcı rol oynayan əsas hədəf -hüceyrə hansıdır?
A) Neytrofillər
B) Limfositlər
C) Makrofaqlar
D) Tosqun hüceyrələr
E) Eritrositlər
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.73
53) Ləng tipli hiperhəssaslığın əmələ gəlməsində iştirak edən əsas hüceyrə hansıdır?
A) Bazofil
B) T-limfosit
C) Monosit
D) B-limfosit
E) Makrofaq
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.82
54) Allergiyanın diaqnostikası üçün hansı üsuldan istifadə olunur?
A) T- və B-limfositlərin təyini
B) Dəri-allergik sınaqlar; Ig E-nin qanda miqdarı; Radioallerqosorbent test
C) Komplementin birləşmə reaksiyası
D) Neytrofillərin faqositozu
E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
Dostları ilə paylaş: |