724) HİV-yoluxmuş şəxslərdə hansı autoimmun xəstəliklərin simptomu inkişaf etmir?
A) Sistem Qırmızı Qurdeşənəyi
B) Şeqren sindromu
C) Sadalananların hamısının
D) Sistem sklerodermiyası
E) Sistem vaskulitləri
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.225
725) HİV yoluxmuş və Sistem Qırmızı Qurdeşənəyi olan xəstələrdə müşahidə olunan hansı laborator göstərici əsas deyildir?
A) Kardiolipinə anticisim
B) Limfositlərin miqdarının artması
C) Antinuklear faktor
D) CD4\CD8 nisbətinin azalması
E) Trombositopeniya
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.240
726) Revmatik qızdırmanın diaqnostikası zamanı bunlardan hansı streptokokk infeksiyasını təsdiq etmir?
A) Antistreptokokk anticisminin yüksək titri: antistreptolizin-0 (ASLO), antistreptogialuronidaza,antistreptokinaza, antidezoksiribonukleaza B
B) Sadalananların hamısı
C) Əsnəkdən müsbət kultura(A qrupu streptokokku)
D) Qızılazarı(skarlatina) yeni keçirmiş
E) C-reaktiv zülal
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.136
Dostları ilə paylaş: |