978) İrsi angionevrotik ödemin inkişaf mexanizminə hansı daxildir?
A) Serum IgA səviyyəsinin azalması
B) Sadalananların hamısı
C) C1-ingibitorunun defisiti
D) Komplementin C3- komponentinin defisiti
E) İL-1 sintezinin artması
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.190
979) Qlükokortikosteroidləri inqalyasiya yolu ilə tətbiq edərkən hansı xoşagəlməyən effektlər olur?
A) Sadalananların hamısı
B) Baş ağrıları
C) Ürəkbulanma
D) Sadalananların heç biri
E) Disfoniya , öskürək, ağız boşluğunda kandidoz
Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.195
980) Atopik bronxial astması olan uşaqların vaksinasiyası zamanı nəzərdə tutulan qaydalar hansıdır?
A) İnfeksion-allergik bronxial astmalı uşaqlar immunizə olunmur
B) Atopik bronxial astmalı uşaqlar immunizə olunmur
C) Yüngül və orta-ağır astmalı uşaqları, epidgöstərişə görə - ağır astmalı uşaqlar immunizə olunur
D) Sadalananların hamısı
E) Sadalananların heç biri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
981) Bunlardan hansı Sistem Qırmızı Qurdeşənəyinin xarakter laborator meyarı deyil?
A) Sadalananların hamısı
B) Revmatoid faktoru
C) Təbii 2-spirallı DNT-yə anticisim
D) Kardiolipinə anticisim
E) Nüvə əleyhinə anticisim
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.240
Dostları ilə paylaş: |