171) Bunlardan hansı qeyri-spesifik müdafiənin bəzi mexanizmlərinə aid deyil?
A) Komplementar lizis
B) Sadalananların heç biri
C) Həssaslaşmış T-killerlərin sitotoksikliyi
D) Faqositoz
E) İnterferonun virusəleyhinə aktivliyi
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.16
172) Hansı hüceyrələr faqositar sistemə aid deyil?
A) Polimorfnüvəli leykositlər
B) Təbii killerlər
C) Sadalananların hamısı
D) Makrofaqlar
E) Monositlər
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.35
173) Sadalanlardan hansı faqositozun göstəricilərinə aid deyil?
A) Leykositlərin miqrasiyasının ləngimə göstəricisi
B) Faqositə edən neytrofillərin faizi
C) Udulan mikrobların orta sayı
D) Faqositozun başaçatma indeksi(FBÇİ)
E) Mütləq faqositar göstərici(MFG) – 1 litr qanda faqositlərin uda bildiyi mikrobların miqdarı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.184
Dostları ilə paylaş: |