. Latent EBV infeksiyası olan B hüceyrələrində poliklonal ir aktivasiya və proliferasiya gözlənilir.Bunlar EBV tərəfindən kodlanan müxtəlif polipeptidlərin təsiri altında inkişaf edirlər.Bu hüceyrələr qan dövranında yayılıb, dəyişik xüsusiyyətlərə malik anticisimlər ifraz edirlər.Bunlar arasında yaxşı bilinən və İnfeksion mononuleoz diaqnostikasında istifadə edilən heterofil anti-qoyun eritrosit anticismi də vardır. Erkən dövr kəskin infeksiya sırasında, virus yoluxmuş hüceyrələr içərisində çoxalaraq ağız suyu ilə atılır.Bu virionların qaynağının orofaringeal epitel hüceyrələrmi olduğu bilinməməktədir