İmtahan həyəcanının yoxlanılması testi Təlimat



Yüklə 16,16 Kb.
səhifə2/3
tarix14.03.2022
ölçüsü16,16 Kb.
#53757
1   2   3
Imtahan həyəcanının yoxlanılması testi

Nəticə:

Oğlanlarda:

Aşağı səviyyə həyəcanlılıq-0 bal

Orta səviyyə 1-4 bal

Yüksək səviyyə 5-6 bal

Ən yüksək səviyyə 7-10 bal

Qızlarda:

Aşağı səviyyə 0-1 bal

Orta səviyyə 2-6 bal

Yüksək səviyyə 7-8 bal

Ən yüksək səviyyə 9-10 bal

Nəticələrin interpritasiyası

Aşağı səviyyə. Biliklərin yoxlanılması zamanı sizdə heç bir həyəcan hissi müşayiət olunmur. Bilik və bacarıqlarınızın, nailiyyətinizin nümayiş olunması sizi heç narahat etmir. Əksinə, siz ətrafdakı insanlarda təəccüb hissi yaradırsınız. Ətrafdakılarda hansı təəssüratı yaratmağınızdan asılı olmayaraq, heç nəyə baxmayaraq üzdə olmağı xoşlayırsınız. Prioritetlər siyahısında sizin üçün təhsil və ona münasibət birinci yerdə deyil. Görünür bu fəaliyyət növü ilə rəqabətdə olan digər fəaliyyətə daha çox üstünlük verirsiniz. Sizdə yüksək özünüqiymətləndirmə, özünəinam, sərbəstlik və davranışda emosiyaların sərbəst, müstəqil təzahürünü görmək olar. Ola bilər ki, testə də səmimi cavab verməyə həvəsiniz olmasın.

Orta səviyyə. Biliklərin yoxlanılması zamanı tələb olunan adaptasiya və məhsuldar fəaliyyət üçün həyəcanlılıq normal səviyyədir. Sizin emosional həyəcanınız adekvat xarakter daşıyır. Siz situasiyalara kifayət qədər məsuliyyətlə yanaşır və öz imkanlarınızı obyektiv qiymətləndirməyi bacarırsınız. Sizə adekvat özünüqiymətləndirmə, davranışda tarazlıq, yüksək həssaslığın, sosial asılılığın, yüksək özününəzarətin olmaması kimi keyfiyyətlər xarakterikdir. Davranışlarınızda özünəinam, qərarlılıq, müstəqillik xüsusiyyətlərini müşahidə etmək olar. Siz lövhə qarşısında öz bilik və bacarıqlarınızı nümayiş etdirərkən özünüzü kifayət qədər sərbəst, rahat hiss edirsiniz.



Yüksək səviyyə. Siz öz biliklərinizin nümayişinə neqativ münasibət göstərə və yazılı cavaba üstünlük verərək, şifahi fənnləri sevməyə bilərsiniz. Sınaqlar zamanı, xüsusilə də sizə tanış olmayan və ya sizin üçün əhəmiyyətli auditoriya qarşısında çıxış etmək sizdə həyəcan yaradır. Təhsil sizə çətinlik yaratmır, lakin siz təqdim etməkdən çəkinir, özünüzü itirir və bildiklərinizi unudursunuz. Kütlə qarşısında biliklərinizi nümayiş etdirmək qorxusu sizdə həyəcan və özünüzə qarşı inamsılığın yaranmasına səbəb olur. Bununla yanaşı siz yazılı tapşırıqlarda, kütlə qarşısında qiymətləndirmə tələb etməyən yazılı sınaqlarda kifayət qədər uğurlu nəticələr göstərirsiniz.


Yüklə 16,16 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin