Ən yüksək səviyyə. Biliklərin yoxlanılması zamanı kütlə qarşısında olduğu kimi, fərdi və yazılı işlərin yerinə yetirilməsində də həyəcanlılığın ən yüksək səviyyəsi təzahür olunur. Siz öz biliklərinizin nümayişinə sərt neqativ münasibət bəsləyir, sinif qarşısında, xüsusilə də löhvə qarşısında cavab verməyə qorxursunuz. Bəzən sınaqlar, bilik və bacarıqların (xüsusilə kütlə qarşısında) yoxlanılması zamanı təşviş həddi qeyri-adekvat dərəcədə güclü ola bilir. Bəzən sizdə zəiflik yaranır, əllərinizdə və ayaqlarınıda titrəmə, əsmə baş verir, hətta əlaqəli bir söz belə ifadə edə bilmirsiniz. Sizdə özünüzə qarşı yüksək mənəvi və etik tələbkarlıq, məsuliyyət və borc hissi tez formalaşa bilər. Məhz özünüzdə çox sayda nöqsanlar tapırsınız. Sizi öz davranışınıza detallı analiz etməyə meyillilik və onlar üzərində yüksək intellektual nəzarət fərqləndirir. Bu kimi xüsusiyyətlər diqqətin cəmlənməsi və keçirilməsində zəiflik, əsas məsələni ikinci dərəcəlidən ayıra bilməkdə çətinlik kimi dəyişiklikliyə səbəb ola bilər.