İşgüzar yazının janrları.İşgüzar yazı və yazışma sənədləri,35 bal
CAVAB:İşgüzar yazının janrları çox zəngindir və gündəlik fəaliyyətimizdə tez-tez rastlaşdığımız sənədləri əhatə edir.Bu janrlar kiçik və iri həcmli olmaqla iki hissəyə bölünə bilər.Kiçik həcmli işgüzar yazı janrlarına ən tanınmış nümunə ərizəni,arayışı göstərə bilərəm.Daha böyük həcmli işgüzar yazı nümunələri protokal,xasiyyətnamə,tərcümeyi-hal və.s misal göstərə bilərəm.İşgüzar yazı və yazışma sənədləri hər ikisi rəsmi üsluba aid nümunələrdir.Lakin bunlar arasında bir böyük fərq var.Adından göründüyü kimi işgüzar yazı bir nəfər tərəfindən hazırlanan və cavab tələb etməyən sənədlərin adıdır.Məsələn:Tərcümeyi-hal yazıb müvafiq təşkilata göndərdikdə biz ondan yazılı cavab gözləmirik.Ancaq hər hansı bir şirkət başqa bir şirkətə məktub yazır,yaxud bir şəxs digər şəxsə ictimai məktub yazıb göndərirsə,ondan cavab gözləyirsə belə sənədlər işgüzar yazışma sənədləri adlanır.Cavab tələbedən sənədlər işgüzar yazışma sənədləri adlanır.Məsələn:İşgüzar sənədlərin arasında təqdimat adlanan işgüzar sənəd var yəni nəylə bağlıdı.Tutaqki,fikirləşəkki hər hansı bir tələbə müəyyən bir problemlə bağlı məsələn,təhsil haqqının ödənməsi ilə bağlı əziyyət çəkir və o dekanlığa,qrup rəhbərinə yazılı və ya şifahi şəkildə müraciət edərək onun müəyyən imtiyazlardan istifadə etməsinə köməklik göstərməsini xahiş edir.Belə olduqda əgər bu qanuna uyğundursa,təbiki tələbə haqqında dekanlıq tərəfindən rektora təqdimat yazılır.Və bu təqdimat artıq cavab tələb edir.Çünki struktur bölmə digər rəhbər bölməyə müraciət edir.Və onun müraciət cavablanmalıdır.Biz bunu işgüzar yazışma sənədləri adlandırırıq.Amma statistik araşdırma aparılsa işgüzar yazı sənədləri üstünlük təşkil edir.Məsələn:protokol,xasiyyətnamə.