Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin məqsədi,vəzifələri ,25 bal
CAVAB:Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənni Nitq mədəniyyəti fənni ilə sıx bağlıdır və dövrün tələblərindən zəruriyyətlər yaranan bir fəndir.Çünki hazırda kadrlar,mütəxəssislər daha çox işgüzar planda və elmi mühitdə özünü daha çox təqdim edir və xüsusi ilə gənclər işgüzar üslubda yığcam,qısa,dəqiq danışmaqda müəyyən məsələləri öyrənməlidirlər.Eyni zamanda elmi mühitdə iri həcmli əsərlər yazmaq üçün tələbələrin yəni bizim daim təhsil boyu bizi müşayiət edən təqdimatların hazırlanması,bizim Akademik kommunikasiyaya dərindən bələd olmağımızı tələb edir.Bu fənnin məqsədi dil daşıyıcılarının Azərbaycan dilinin rəsmi və elmi üslubdakı məsələlərə dərindən yiyələnməsini məqsəd kimi qoyur.Bu fənnin əsas məqsədi budu.Bu məqsədə çatmaq üçün müəyyən zəruri vəzifələrin icrası zəruridir.Bu vəzifələr ilk növbədə işgüzar üsluba xas dil vahidlərinin öyrənilməsi,dil vahidlərindən istifadə qaydaları və elmi üslubun bir istiqaməti olan akademik kommunikasiya üçün zəruri olan dil vahidlərinin işlənmə qaydalarını öyrətməkdir.Burda eyni zamanda nitqin düzgünlüyü,dəqiqliyi və yığcamlığı əsas kriteriya kimi götürülür.İstənilən həm işgüzar,həm də akademik kommunikasiyada janr üzrə müəyyən əsərlərin,müəyyən təqdimatın hazırlanmasında bu parametrlərin qorunması vacib şərt kimi ortaya qoyulur.Hal-hazırda müasir dövrümüzdə mütəxəssisin müxtəlif bacarıq,zəruri bacarıq və keyfiyyətlərə yiyələnməsi çox vacib bir şərtdir.Məsələn:Biz universiteti bitirəndən sonra peşakar kadr kimi işə başlayanda bizim həm peşə biliklərimizlə bərabər,digər keyfiyyətlərimizdə yoxlanılacaq.Bunlarında arasında ünsiyyət qurma bacarığı,müsahibi yormamaq,müsahib üçün maraqlı olmaq,eyni zamanda pozitivlik,müasirlik,yeri gələndə yumor hissinin olması,hazırcavablıq,əməkdaşlıq və digər keyfiyyətlərdə tələb olunur.Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin bir məqsədidə gənclərdə bu cür bacarıqların formalaşdırılmasıdır.