Şəbəkə körpüləri (ing. bridge) isə lokal şəbəkələrin seqmentlərini birləşdirir.
İnternetdə əsas protokol TCP/IP protokoludur. Bu protokol əslində aşağıdakı 2 protokoldan ibarətdir:
IP (Internet Protokol) – şəbəkə protokolu – informasiyanın İnternet vasitəsilə hərəkət etdirilməsi üçün istifadə olunur. Bu protokol ötürülən informasiyanı ayrı paketlərə bölür, onları nömrələyir. Bu zaman kiçik informasiya panelində həmin panelin ünvanlandığı kompyuterin IP-ünvanları göstərilir ki, bunun köməyi ilə informasiya müəyyən olunmuş ünvana çatdırılır. IP-ünvan bir-birindən nöqtələr ilə ayrılan 4 nömrədən ibarətdir. Məs: 123.75.112.8 . Bu ünvanlarda istifadə edilə biləcək ən kiçik rəqəm 0, ən böyüyü isə 255-dir. IP-ünvanlar üçün yaddaşda 32 bit sahə ayrılır.
TCP (Transmission Control Protocol) – verilənlərin ötürülmə protokolu isə paketlərin lazımi nöqtəyə düzgün çatdırılmasına xidmət edir. Bu protokollar steki aşağı səviyyədə fiziki və kanal səviyyələrinin, yuxarı səviyyədə isə tətbiqi səviyyənin protokollarını (FTP, Telnet, poçt protokolu SMTP, WWW hipermətn xidməti və s.) təşkil edir.
Aşağıdakı şəbəkə protokollarından da istifadə edilir:
ARP (Address Resolution Protocol, ünvanların müəyyən edilməsi protokolu): 32-mərtəbəli IP-ünvanları, loakl şəbəkələrin ünvanlasrına, məsələn, Ethernet ünvanlarına çevirir.
FTP (File Transfer Protocol, faylların ötürülmə protokolu): faylların bir kompyuterdən digər kompyuterə ötürülməsinə xidmət edir.
SMTP (Simple Mail Transfer Protocol, elektron poçtla mübadilənin sadə protokolu): Bu protokoldan məktubun istifadəçidən serverlərə göndərilməsi üçün və məktubun bir serverdən digərinə göndərilərək alıcıya çatdırılması üçün istifadə olunur. Məktubların qəbulu üçün isə poçt müştərisi POP3 (Post Office Protocol Version 3) və ya IMAP (Internet Message Access Protocol) protokollarından istifadə etməlidir. Poçt müştərisi (poçt proqramı) – elektron poçtla işləmək üçün istifadəçinin kompyuterində quraşdırılmış proqram təminatıdır. Məsələn, Microsoft Outlook, Outlook Express, Mozilla Thunderbird, The Bat!, Kmail və s.
ICMP (Internet Control Message Protocol): IP-marşrutizatorlara və şəbəkənin əsas kompyuterlərinə səhvlər haqqında məlumatların, idarəedici informasiyanın göndərilməsinə xidmət edir.
İnternet qlobal şəbəkədə birləşmiş milyonlarla kompyuterləri, proqramları, verilənlər bazalarını, fayl və insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkədir.
1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatları İnternetin əsasını qoydu. Bu zaman bir qrup alim kompyuterlərin şəbəkələrə birləşdirilməsi üzrə tədqiqatlara başlamışdır. Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency (ARPA-Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir. Şəbəkə bir tərəfdən hərbi-sənaye sahəsində elmi tədqiqatlara təkan verməli, digər tərəfdən, məsələn, aviasiya bombardmanı zamanı zədələnməyə dayanıqlı və bu şəraitdə normal fəaliyyətini davam etdirmək gücünə malik olan şəbəkələrin qurulması idi. Bu layihə ARPANET adlandırıldı.
ARPANET layihəsi çərçivəsində iş paketlərin kommutasiyası ilə şəbəkələrin yaradılmasına əsaslanır. Bu şəbəkə növündə informasiya (məsələn, xəbər) böyük olmayan paketlərə bölünür, həmin paketlər təyin olunmuş yerə çatana qədər səmərəli marşrut seçərək bir-birindən asılı olmayaraq müxtəlif şəbəkələrdə yerini dəyişir. Sonda bütün paketlər son nöqtəyə çataraq yenidən birləşərək ilkin formanı alır. Bütün kompyuterlərin eyni hüquqlu olması informasiyanın konkret bir kompyuterdən asılılığını aradan qaldırır. Bu texnologiya hətta müharibə vaxtı belə kommunikasiyaların işinin kəsilməməsinə təminat verirdi. Əgər kommunikasiya xəttinin bir hissəsi sıradan çıxarsa, böyük olmayan paketlər digər işləyən xətlərə ötürülə bilər.
ARPANET sistemi uzaq məsafədə olan kompyuter mərkəzləri ilə əlaqələri yaradırdı. Bu sistem informasiya mübadiləsi üçün istifadə olunurdu. Sistem inkişaf edərək, 1983-cü ildə iki şəbəkəyə – ARPANET və MİLNET şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər, ARPANET şəbəkəsi isə elmi tədqiqatlar üçün nəzərdə tutulurdu. İki şəbəkə arasında informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə İnternet adı ilə tanınır. 1980-ci ildə yeni şəbəkələr meydana gəldi. Məsələn, BITNET (Because It’s Time Network), CSNET (Computer Science Network) şəbəkəsi hesablama texnikası və proqramlaşdırma üzrə tədqiqatçıları birləşdirirdi. 1985-ci ildə ABŞ Elmi Fondu (NFS) tərəfindən NFSNet yaradıldı. Bu şəbəkə 5 superkompyuteri əlaqələndirirdi. 1990-cı ildə ARPANET öz fəaliyyətini dayandırdı, onun funksiyalarını NSFNET yerinə yetirirdi. Praktik olaraq NSFNet şəbəkəsi bir çox şəbəkəni birləşdirərək indiki İnterneti yaratmışdır. Bununla əlaqədar olaraq İnternet-provayderlərin (ISP – İnternet Service Provider) sayı getdikcə artmağa başladı. İlk kommersiya məqsədli İnternet-provayder “The World” olmuşdur.
Sonralar şəbəkəyə Avstriya, Argentina, Belçika, Braziliya, Yunanıstan, İrlandiya, Hindistan, İspaniya, Çili, İsveçrə və Cənubi Koreya və digər ölkələr qoşuldu.
Sual 3.
Proqram pəncərəsinin sol yuxarı küncündə başlıq sətri yerləşir. Başlıq sətrinə proqramın adı, Cari faylın adı və Excel proqramında yaradılan faylın genişlənməsini əvəz edən nişan yerləşir.
EXCEL-də işə başlayan kimi boş cədvəli yaddaşa yazmaq lazımdır. Bunun üçün ünvan təyin edib məsələyə (fayla, kitaba) unikal ad vermək lazımdır. Sonrakı iş prosesində müəyyən vaxt intervalı ilə avtomatik yaddaşa yazılma əməliyyatı aparılacaq. Bunu etməklə məlumatın itmə təhlükəsini aradan qaldırılmasını təmin etmiş olursunuz. (misal üçün iş prosesində işıq sönə bilər və yaddaşa yazılmayan məlumat itir)
nişanı (piktoqramı) üzərində mausun sol düyməsini vurduqda proqramın sistem menyusu açılır. Sistem menyusunun 6 əmri var:
Proqram pəncərəsinin ölçüsünü bərpa etmək
Proqram pəncərəsinin yerini dəyişmək
Proqram pəncərəsinin ölçüsünü dəyişmək
Proqram pəncərəsini bükmək
Proqram pəncərəsinin ölçüsünü maksimuma çatdırmaq
Proqram pəncərəsini bağlamaq
Proqram pəncərəsinin sağ yuxarı küncündə ekranı idarə edən və sistem menyusunun 4 əmrini yerinə yetirən 3 düymə yerləşir.
- bükmək
- böyütmək
- bərpa etmək
- bağlamaq.
Məsələ məsələlər panelindən götürülür.
Birinci düymə bükmək əmrini yerinə yetirir və məsələni qeyri-aktiv edərək məsələlər panelində “piktoqram” şəklində “gizlədir”. Məsələni aktivləşdirmək üçün piktoqram üzərində mausun sol düyməsini vurmaq kifayətdir. Hal-hazırda işlənən proqram aktiv proqram adlanır.
Başlıq sətrinin altında Baş menyu və ya horizontal menyu yerləşir.
Bu menyuda MS Office üçün vacib kateqoriyalar yerləşir. (, , ,). Onların arasında Excel üçün spesifik olan əmrlər daxil olan kateqoriyalar yerləşir. (, , , , ).
Baş menyunun hər bir kateqoriyasının açılan alt (vertikal) menyusu vardır. Misal üçün kateqoriyasının açılan alt menyusunun bir hissəsi:
Baş menyunun altında Standart panel və ya alətlər paneli yerləşir:
Standart paneldəki nişanlar(piktoqramlar) baş menyunun tez-tez istifadə olunan əmrlərini əvəz edir. Və ya baş menyunun tez-tez istifadə olunan əmrləri nişan (piktoqram) şəklində standart panelə çıxarılmışdır. Şəkildə göründüyü kimi alt menyuda uyğun əmrlərin qarşısında standart paneldəki piktoqramlar yerləşir. Standart paneldəki əmrlər natamamdır, tam mənada imkanlar baş menyuda yerləşir. Standart paneldəki nişanlar yığımı şərtidir, yəni istifadəçinin istəyindən asılı olaraq lazımi əmrlərin nişanlarını standart panelə əlavə etmək, lazım olmayanları isə standart paneldən çıxarmaq olar. Bundan əlavə, nişanların görünüşünü, rəngini hətta şəklini dəyişmək olar. (/ əmrinin köməyi ilə)
Standart panelin altında Formatlaşdırma paneli yerləşir:
Formatlaşdırma nədir? Formatlaşdırma sənəddəki mətnin görünüşünün yaxşılandırılmasıdır. Formatlaşdırma iki cür olur: simvolların və abzasların. Simvolların formatlanmasına daxildir: yazı şriftləri, yazı stilləri, simvolların ölçüsü, rəngi, simvollar arasında məsafələr, effektlər, yazı istiqamətləri və s. Abzasların formatlanmasına daxildir: sağ və sol məsafələr, abzasın ölçüsü, abzaslar və sətirlər arasında məsafələr, yazının səhifədə (oyuqda) vəziyyəti və s.
Formatlaşdırma panelinin altında Düstur sətri yerləşir:
Bu sətirdə seçilmiş oyuğun ünvanı və oyuğun tərkibi göstərilir.
Excel proqramında 5-ci sətirdən aşağı işçi sahə adlanır. Latın hərfləri ilə adlandırılmış sütunlardan və nömrələnmiş sətirlərdən ibarətdir. Sətir və sütunların kəsişməsi oyuq adlanır.
Aşağıdakı şəkildə işçi sahənin fraqmenti göstərilib:
İşçi sahənin altında səhifələrə müraciət yerləşir. Exceldə yaradılan sənəd Book (kitab) adlanır. Müxtəlif kitablarda fərqli sayda səhifələr ola bilər. Bir kitabda səhifələrin sayını artırıb azaltmaq olar. Səhifələri adlandırmaq olar.
Müraciət sətrində səhifələrin nömrələri və ya adları yerləşir. Mausun sol düyməsi ilə lazımi səhifəyə keçid təyin olunur. Mausun sağ düyməsini səhifənin adı üzərində vurmaqla onun kontekst asılı menyusunu açmaq olar. Bu menyudan görünür ki, səhifələrin adlarını dəyişmək, səhifəni silmək, səhifənin yerini dəyişmək, kopyalamaq olur.
Səhifələrin adlarını dəyişdikdən sonra pəncərə fraqmenti aşağıdakı şəkildə göstərilib.
Bu sətirdən aşağıda çox zaman rəsm alətləri yerləşir.
Ən aşağıda Excel-in vəziyyət sətri yerləşir.
Sual 5.
B) Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir. Mərkəzi qovşaq kimi hub, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər.
Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhəti komputerlərarası mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır.
Əgər şəbəkədə bir neçə seqmenti birləşdirmək lazımdırsa “ulduz” tipli topologiyadan istifadə edilir. Bu halda mərkəzi qovşaqda bütün istiqamətli antenna, uzaqda olan qovşaqlarda isə istiqamətlənmiş antenna quraşdırılır. quraşdırılır.
Qeyd etmək lazımdır ki, simsiz şəbəkə magistrallarından istifadə aşağı sürətlə işləyən modemlərdən istifadədən imtinaya imkan verir.
Dostları ilə paylaş: |