329) İnfeksion mononukleozda hemoqramda olan dəyişikliklər hansıdır?
A) leykopeniya
B) limfomonositoz, atipik mononuklearlar
C) eritrositlərin çökmə sürətinin ləngiməsi və ya yüksəlməsi
D) qanda Hb və eritrositlərin miqdari dəyişiklikləri
E) eozinofiliya
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
330) İnfeksion mononukleozun qızğın dövründə əsas klinik simptomlar hansılardır?
A) diarreya sindromu
B) hepatolienal sindrom, limfadenopatiya, angina
C) xolestaz sindromu
D) hemorragik sindrom
E) kataral sindrom
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
331) İnfeksion mononukleozda limfadenopatiyanın xüsusiyyətləri hansıdır?
A) limfa düyünləri hissiyatca yumşaq
B) daha çox ənsək, boyunarxası və çənəaltı limfa düyünlərinin zədələnməsi
C) limfa düyünlərinin hərəkətliliyi saxlanılmayıb
D) limfa düyünləri bir-biri ilə biləşir
E) böyümüş limfa düyünləri simmetrik deyil
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
Dostları ilə paylaş: |