405) Legionellyozun hansı klinik forması pnevmoniya olmadan keçir?
A) Pontiak qızdırması
B) Ford-Brak qızdırması
C) Ekzantema ilə keçən qızdırma
D) Legionerlər xəstəliyi
E) Kəskin respirator legionellyoz
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
406) Legionellyozda təsadüf edilən hansı klinik əlamətlər bakterial pnevmoniyalarda müşahidə olunmur?
A) meningeal sindromlar,şüurun pozulması
B) təngnəfəslik
C) pnevmoniya
D) döş qəfəsində ağrı
E) irinli bəlğəmlə öskürək
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
407) Qanda olan hansı dəyişikliklər ilk günlərdə ornitoz və legionelyozda eynidir?
A) leykopeniya
B) limfositoz
C) eozinofiliya
D) leykositoz, sola meyllik, EÇS yüksəlməsi
E) monositozlu normositoz
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
408) Legionellyoz və ornitozun diferensial diaqnostikasında hansı məlumatlar daha informativdir?
A) fizikal müayinə
B) immunoloji göstəricilər
C) Epidemioloji anamnez
D) laborator müayinə
E) klinik mənzərə
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
Шаханина И.Л. руководство по эпидемиологии инфекционных болезней, М., Медицина, 1993, т.1, 192 с.
Dostları ilə paylaş: |