İnformasiya anlayışı, ölçü vahidləri və informasiyanın xassələri məlumat İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio»


ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit



Yüklə 17,79 Kb.
səhifə3/3
tarix27.11.2022
ölçüsü17,79 Kb.
#70837
1   2   3
ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir.
Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir. Kompyuterdə informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur.
Kodlaşdırma üçün ikilik say sistemindən – binar koddan(ikilik koddan) istifadə olunur. İkilik kod dedikdə “0” və ya “1” rəqəmlərindən hansısa biri nəzərdə tutulur. Bir ikilik kod yəni 0 və ya 1 kompyuterin yaddaşında 1 bit yer tutur.
Mətn tipli informasiyanın kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş ASCII (American Standard Code or Information Interchange) standartı olmuşdur. ASCII-da 256 kod var. Hər bir kod yaddaşda 1 bayt (yəni 8 bit) yer tutur. ASCII cədvəlindən başqa digər kodlaşdırma sistemləri də mövcuddur. Bunlara misal olaraq Windows 1251, КОИ-8, UTF və s. sistemlərini göstərmək olar. Bu sistemlərdə də ASCII-da olduğu kimi 1 simvolun kodlaşdırılması üçün 8 bit və ya 1 bayt istifadə olunur.
Bu sistemlərdən fərqli olaraq Unicode (Yunikod) sistemində hər bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir. Sistemdə 65536 kod var. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. ASCII sistemində “Ə” hərfinə yer yox idi, ona görə də əvvələr “Ə” əvəzinə “A” üstündə iki nöqtə yazırdılar. Bu 65536 kodun arasında “Ə”, “ə” hərfi üçün də yer tapıldı.
ASCII-də 1 hərf, 1simvol, 1 nöqtə, 1 vergül, 1 rəqəm, hətda bir boşluq da (probel) 1 bayt yer tutur. Məsələn: “Kitab” sözü yaddaşda 5 bayt yer tutar çünki 5 hərfdən ibarətdir. Qeyd: tərkibində ə hərfi olan sözlər ancaq UNİCODE sistemi ilə hesablanır.ASCII-daƏ hərfi ola bilməz.

Yüklə 17,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin