26. Verilənlərin axtarışı, çeşidlənməsi və süzülməsi Verilənlər bazası informasiyaların saxlanılması üçün nəzərdə tutulub. Lakin verilənlər
bazasının idarəolunma sistemi elə üstünlüklərə malik olmalıdır ki, adi kartotekada həmin
imkanlar olmasın. Yəni lazım olan məlumatı tapmaq üçün çox böyük miqdarda
informasiyanı ani olaraq “gözdən keçirsin”. Verilənlər bazasının əsas üstünlüyü çox
böyük həcmdə informasiyanı saxlamaqda deyil, məhz lazım olan məlumatları ani olaraq
tapmaqda, onları emal etməkdədir. Bu məqsədlə Access-də bir neçə komanda nəzərdə
tutulub:
Arama (Поиск-Find), Çeşidləmə (Сортировка-Sort), Süzmə (Филüтраöия- Filter). Arama aləti verilənlər bazasında istifadəçinin göstərdiyi nümunəyə uygun gələn
məlumatları tapmağa imkan verir. Bunun üçün Edit → Find menyu komandası vasitəsilə
açılan dialoq pəncərəsində axtarış üçün nümunə daxil edilir. Find komandası həm cədvəl,
həm də forma rejimində işləyir. Adətən verilənlər bazasında yüzlərlə, minlərlə yazı olur.
Çox zaman onları nizamlamağa, yəni müəyyən ardıcıllıqla düzməyə ehtiyac yaranır.
Verilənlər bazasında yazıların nizamlanmasına
çeşidləmə deyilir.
Çeşidləmə verilənlərin hər hansı əlmətlərə görə nizamlanmasıdır. Bu, verilənlərə tez və
səmərəli baxmağa imkan verir. İki növ çeşidləmə mövcuddur:
artma sırasıyla çeşidləmə və
azalma sırasıyla çeşidləmə . Ədədi sahələr üçün artma və ya azalma
qiymətə görə, mətn
sahələri üçün isə
əlifbaya görə sıralamadır.
Əgər sahədə təkrarlanan qiymətlər varsa, çeşidləmə zamanı yazılar eyni qiymətlərə görə
qruplara bölünür. Belə növ çeşidləməyə
yazıların qruplaşdırılması deyilir. Lakin bəzən
yazıları eyni zamanda bir neçə sahəyə görə çeşidləmək lazım gəlir. Buna o zaman ehtiyac
yaranır ki, bəzi sahələrdə eyni qiymətlər olur.
Verilənlər bazasının idarə olunması cürbəcür axtarış və seçim meyarları ilə sıx bağlıdır.
İstifadəçinin tələbatını ödəyən verilənlər bazadan seçilməsi süzgəc vasitəsilə həyata
keçirilir.
Süzgəc - yazıların axtarışı və seçilməsi üçün istifadə olunan şərtdir. Süzgəc tələblərə
cavab verən yazıları “buraxır”, qalan yazıları isə “tutub saxlayır” (gizlədir). MS Access
bir necə növ süzgəc təklif edir:
“Formaya görə” süzgəc (Филüтр по “форме” - Filter By Form )