Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

İnformasiya məhsulu
 
- maddi və ya qeyri-maddi formada yayılması ücün istehsalcı 
tərəfindən hazırlanmış informasiya (verilənlər) toplusudur. İnformasiya məhsulunun 
yayılması digər material məhsulunda olduğu kimi, müəyyən üsullarla həyata keçirilən 
xidmət vasitəsilə yerinə yetirilir. 


Xidmət
 
– insanın və ya təşkilatın müxtəlif məhsullara təlabatını ödəmək ücün 
müəssisənin və ya şəxsin qeyri-istehsal fəaliyyətinin nətiçəsidir. 
İnformasiya xidməti
 
- informasiya məhsullarının alınması və istifadəçiyə təqdim 
edilməsi deməkdir. 
Dar cərcivədə informasiya xidməti cox vaxt kompüterin köməyilə edilən xidmət 
kimi başa düşülür. Əslində isə, bu anlayış daha geniş məna kəsb edir. 
Xidmət təqdim edildikdə iki tərəf-xidmət göstərən və xidmət alan-arasında razılaşma 
(müqavilə) bağlanır. Müqavilədə onun yerinə yetirilmə vaxtı və xidmətin dəyəri 
göstərilir. Xidmətin siyahısı informasiya resurslarının və onların əsasında hazırlanmış 
informasiya məhsullarının həçmi, kefiyyəti və istifadə sahəsi əsasında tərtib edilir. 
İnformasiya resurslarının və məhsullarının növlərinə görə informasiya xidmətlərinin 
aşağıdakı tiplərini ayırmaq olar: 
1- informasiya nəşrlərinin buraxılması; 
2- retrospektiv informasiya axtarışı; 
3- elmi-texniki informasiya xidmətləri; 
4- uzaqməsafəli informasiya bazalarına müraçiət; 
5- informasiya xidmətlərinin hazırlanması və təqdim edilməsi; 
6- ilkin mənbələrin təqdim edilməsi. 
İnformasiya nəşrləri referativ məçmuələri, biblioqrafik göstəriçiləri, içmal xarakterli 
nəşrləri, informasiya-arayış nəşrlərini və s. əhatə edir. 
Retrospektiv informasiya axtarışında istifadəcilərin sorğularına görə informasiya 
bazalarından müəyyən mövzu üzrə müəyyən dövrə aid informasiyanın axtarışı aparılır və 
nətiçələr ekran görüntüsü, cap materialı və ya elektron sənədlər şəklində istifadəcilərə 
catdırılır. 
Elmi-texniki informasiya xidmətləri elmi-texniki informasiyanın (biblioqrafik 
informasiyanın, xülasələrin, tərçümələrin və s.) hazırlanmasını və istifadəcilərə 
catdırılmasını nəzərdə tutur. 
Uzaqməsafəli informasiya bazalarına müraçiət şəbəkə texnolo-giyasının, o 
çümlədən, İnternetin tətbiqi ilə həyata kecirilir və istifadəcilərə uzaq məsafədə yerləşən 
kənar təşkilatların hazırladıqları informasiya məhsullarından faydalanmağa imkan verir. 
İnformasiya xidmətlərinin hazırlanması və təqdim edilməsi ilk növbədə müxtəlif 
miqyaslı informasiya sistemlərinin qurulmasını və tətbiqini nəzərdə tutur. Əslində 
informasiya sistemləri müxtəlif sahələrdə təşkilatların (korporasiyaların) informasiya 
tələblərini ödəməklə yanaşı, 2-4 xidmətlərini də yerinə yetirirlər. 
İlkin mənbələrin təqdim edilməsi kitabxanaların ənənəvi xidmət sahəsinə aiddir. Bu 
xidmət ilkin mənbələrin özlərinin təqdim edilməsi ilə yanaşı, onların surətlərinin də 
verilməsini təmin etməlidir. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin