11.
Verilənlər modellərinin növləri
Verilənlərin struktur modelləşdirməsində aşağıdakı tip modellərdən istifadə olunur:
iyerarxik, şəbəkə, relyasiya və obyektyönlü.
İyerarxik model
verilənlərin qraf şəklində təsvirinə əsaslanır.
Sxemin qraf
diaqramında təpələr (düyünlər) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı
əlaqələri göstərir. Əsas daxili məhdudluqlar bunlardır:
Əlaqələrin bütün tipləri funksional xarakterlidir və yalnız aşağıdakı
əlaqələr
mümkündür: “birin – birə” (1:1), “birin - çoxa” (1:M), “çoxun – birə ” (M:1);
Əlaqələr ağacvarı struktura mikdirlər.
VB sxemi üçün qraf-diaqrama təyinat ağacı deyilir. Əgər verilənlər təbii olaraq ağacvarı
struktura malikdirsə, iyerarxik modelin tətbiqi heç bir problem yaratmır. Lakin ağacvarı
strukturlardan fərqli strukturların təsviri üçün modelə əlavə vasitələr daxil edilməlidir.
Iyerarxik modelli sxemdə struktur dəyişikliklərinin aparılmasında (ələxüsus altağacların
ağacdan kənarlaşdırılması və ya ağaca əlavə edilməsi) böyük çətinliklərlə əlaqədardır.
Iyerarxik modelli VBİS-ə misal olaraq 1970-1990-cı illərdə geniş tətbiq tapmış İMS
sistemini və onun əsasında keçmiş SSRİ-də yaradılmış OKA sistemini göstərmək olar.
Dostları ilə paylaş: