Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

5.
 
Verilənlərin təhlükəsizliyinin təmin edilməsi. Verilənlərin təhlükəsizliyi 
dedikdə, bir tərəfdən onların təhriflərdən və zədələnmələrdən qorunması, digər tərəfdən, 
səlahiyyətsiz müraciətlərdən mühafizə edilməsi nəzərdə tutulur. Bunun üçün VB-ə lazımi 
metodlar və vasitələr nəzərə alınır. 
6.
 
Verilənlərdən müxtəlif məqsədlərlə istifadə olunması. Mərkəzləşdirilmiş 
idarə olunma verlənlərin müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün 
istifadə olunmasına zəmin yaradır. 
7.
 
Optimallaşdırma və standartlaşdırma imkanları. Müasir proqramlaşdırma 
texnologiyaları yaddaş sərfinin və informasiya axtarış vaxtının minimallaşdırılmasını 
təmin edən strukturların və metodların seçilməsinə və tətbiqinə imkan yaradır. 
Verilənlərin və sorğuların təsviri üçün standart üsullardan və dillərdən istifadə 
olunduğundan, İS-in istismarı və digər sistemlərlə verilənlər mübadiləsi sadələşir, 
verilənlərin yoxlanması və bərpası əməliyyatları asanlaşır. 


8.
 
Xərclərin minimallaşdırılması. Sübut edilmişdir ki, VB konsepsiyası ilə 
qurulan İS faylların fərdi emalı ilə qurulan sistemlərdən təxminən 1,5 dəfə ucuz başa 
gəlir.

Istifadəçilərin İS ilə əlaqə yaratması üçün 3 cür dildən istifadə olunur: sorğu dili, 


menyu dili və təbii dil. Sorğu dilində istifadəçinin informasiya tələbi təbii dilə yaxın, lakin 
ciddi formal qaydalarla qurulan dildə ifadə olunur. Bir çox hallarda bu dildə verilənlər 
üzərində əməliyyat aparmaq üçün vasitələr də nəzərə alınır. Son illər sorğu dillərinin 
standartlaşdırılması sahəsində işlər görülür. Bu iş beynəlxalq miqyasda geniş tətbiq tapan 
SQL dilinin əsasında aparılır. 1999-cu ildə bu dilin təkmilləşdirilmiş variantı SQLS 
relyasiya modelli verilənlər bazaları əsasında qurulmuş İS-də standart dil kimi qəbul 
olunmuşdur. Sorğu dilinin imkanları geniş olduğundan, ondan həm reqlamentli, həm də 
ixtiyari sorğuları ifadə etmək üçün istifadə oluna bilər. lakin bu dildə işləmək 
istifadəçilərdən xüsusi hazırlıq tələb olunur.
Hazırlıqsız istifadəçilər üçün İS ilə ən əlverişli ünsiyyət vasitəsi menyu dilidir. 
Əvvəlcədən planlaşdırılmış sorğular menyuya salınır və sistem həmin sorğuların emalı 
üçün hazırlanır. Istifadəçi yuxarı səviyyədən başlayaraq sonuncu səviyyəyədək seçmə 
prinsipi ilə informasiya tələbini sistemə çatdırır. Menyu dili istifadəçilər üçün sadə və 
əlverişli olmasına baxmayaraq, ixtiyari sorğuların emalı üçün yaramır. Belə hallarda 
menyu dili təbii dilin elementləri ilə zənginləşdirilir.
Təbii dil İS ilə ünsiyyət üçün ideal vasitədir. Lakin təbii dilin mürəkkəbliyi, eyni 
fikirlərin müxtəlif ifadə üsulları, vahid terminologiyanın olması və s. onun 
reallaşdırılmasını xeyli çətinləşdirir və bu səbəbdən də indiyənədək İS-də ünsiyyət 
vasitəsi kimi təbii dildən istifadə olunması problemi həll olunmamışdır. Intellektual 
interfeysin yaradılmasını nəzərdə tutan bu sahədə geniş elmi – tədqiqat işləri aparılır və 
bu günkü mahiyyət ondan ibarətdir ki, təbii dilin mövzu sahəsinə uyğun 
məhdudlaşdırılmış variantdan istifadə olunur.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin