9.
Verilənlər bazası layihələndirilməsi
Istifadəçilərin informasiya tələblərinin tam təmin edilməsi üçün verilənlər bazasının
layihələndirilməsi zamanı 2 cəhəti nəzərə almaq lazımdır:
1)
mövzu sahəsinin sərhədlərini müəyyənləşdirmək və mövzu sahəsinin informasiya
modelini yaratmaq;
2)
istifadəçi sorğularına tam və dəqiq cavab verən verilənlər bazasını daima aktual
vəziyyətdə saxlayan idarəetmə sisteminin yaradılması və ya seçilməsi.
Verilənlər bazasının layihələndirilməsi mərhələləri və hər bir mərhələyə uyğun giriş
və çıxış informasiyanın tərkibi şəkildə göstərilmişdir.
Ümumi
informasiya
tələbləri
VB-nin məntiqi strukturu
Konseptual sxem
Tələblər
Tətbiq sahəsi
Verilənlər bazasına
qoyulan tələblərin
ifadə olunması və
təhlili
Konseptual-infoloji
layihələndirmə
VBİS-in seçilməsi
Məntiqi
layihələndirmə
Fiziki
layihələndirmə
İstifadəçilər
Dataloji
layihələndirmə
Əməliyyat sisteminin
və texniki vasitələrin
arakteristikaları
İnfoloji
layihələndirmə
Emaletmə
tələbləri
Şəkil 3. Verilənlər bazasının layihələndirilməsinin mərhələləri
İlkin mərhələdə tətbiq sahəsinin informasiya baxımından tədqiqi nəticəsində verilənlər
bazasına qoyulan tələblər müəyyənləşdirilir və təhlil edilir. Sonra tətbiq sahəsinin
informasiya-məntiq (infoloji) modeli yaradılır. Həmin modeldə tətbiq sahəsinə aid
verilənlərin strukturu və onlar arasındakı əlaqələr əks etdirilir. Bu iki mərhələ verilənlər
bazasının infoloji layihələndirməsini əhatə edir. Infoloji layihələndirmədə aşağıdakı
məsələlər həll olunmalıdır:
Tətbiqi sahəsinin hansı obyektləri və prosesləri haqqında informasiya toplanmalıdır?
Həmin obyektlərin və proseslərin əsas xarakteristikaları və onlar arasında əlaqələr.
Obyektlər və proseslər haqqında sistemə daxil edilən anlayışların, xarakteristikaların
və əlaqələrin təsvir olunması.
İnfoloji layihələndirmənin nəticəsində verilənlər bazasının konseptual sxemi yaradılır.
Bu mərhələdə həmçinin istifadəçilərin sorğuları araşdırılır və nəticədə xarici infoloji
modellər (altsxemlər) və onların konseptual infoloji modellə əlaqələri formalaşdırılır və
təsvir edilir. Bu mərhələnin əsas tələblərindən biri ondan ibarətdir ki, konseptual sxemin
və xarici modellərin təsviri konkret VBİS-lə bağlı verilənlərin təsvir metodlarından asılı
olmamalıdır. Konseptual-infoloji model bütün sistemin etibarlı və uzunmüddətli işini
təmin etməlidir. Müəyyən səbəblərdən VBİS dəyişdirildikdə konseptual-infoloji model
öz stabilliyini saxlamalıdır.
Verilənlər bazasının reallaşdırılması üçün konkret VBİS-in seçilməsi, seçilən VBİS-
lə bağlı verilənlərin məntiqi və fiziki strukturlarının təyini, verilənlərə müraciət
metodlarının seçilməsi, təminedici və servis proqram vasitələrinin qurulması VB-nın
dataloji layihələndirməsini əhatə edir. O 3 mərhələrdən ibarətdir: VBİS-in seçilməsi,
məntiqi layihələndirmə və fiziki layihələndirmə.
Konseptual-infoloji layihələndirmə səviyyəsində VBİS-in xüsusiyyətləri nəzərə
alınmır. Seçilmiş VBİS-lə bağlı amillər, kompüterin yaddaşında verilənlərin təşkilinin
xüsusiyyətləri isə fiziki layihələndirmədə nəzərə alınır. Konseptual və fiziki
layihələndirmə mərhələləri arasındakı mərhələ məntiqi layihələndirmə adlanır. Bu
mərhələdə verilənlər bazasının VBİS-lə bağlı sxemi yaradılır. Bu zaman konkret VBİS-
in və istifadəçilərin tələblərindən irəli gələn məhdudluqların ödənilməsi üçün VB-nin
strukturunda dəyişikliklər edilə bilər.
Fiziki layihələndirmədə əsas məqsəd məntiqi sxemin tələblərinə və VBİS-in
vasitələrinə uyğun olaraq verilənlərin yaddaşda saxlanmasının və onlara müraciətin
səmərəli strukturunu və metodlarını seçmək və reallaşdırmaqdan ibarətdir. Verilənlərin
fiziki təşkili VB-nın istismar xarakteristikalarına təsir edən əsas amildir.
VB-nin fiziki strukturu
Fiziki strukturda verilənlərin əsas vahidi saxlanılan fiziki yazıdır. Fiziki yazı bir və ya
bir neçə məntiqi yazıya uyğun gələ bilər. Fiziki yazılardan fayllar yaradılır. Sadə halda
fayl eyni strukturlu yazılar çoxluğudur. Fiziki verilənlər bazası bir və ya bir neçə
əlaqələndirilmiş faylda ibarət olur. Fayllar arasında əlaqə yazıların açarları vasitəsilə əldə
edilir. Beləliklə, fiziki layihələndirmədə aşağıdakı məsələlərə baxılır:
VB-yə daxil edilən fayllara uyğun yazıların formatlarının təyini;
Faylların yaddaşda təşkili;
Yazılara müraciət üsulları;
Verilənlərin tamlığı və təhlükəsizliyi;
Təminedici və servis proqramlarının yaradılması.
Fiziki layihələndirmənin parametrlərini dəyişdirmək imkanı olduğundan, layihənin bir
neçə variantı yaradıla bilər və qiymətləndirmə kriteriləri əsasında onlardan ən səmərəlisi
seçilə bilər. Qiymətləndirmə kriterilərinə aşağıdakılar daxildir: sorğulara cavabvermə
vaxtı, təshih olunmaya sərf olunan xərclər, VB-nin yenidən təşkilinin tezliyi və ona sərf
olunan xərclər, əsas və xarici yaddaşın sərfi.
|