Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

10.
 
Verilənlərin modeli və onun yaranma qaydaları 
 
Verilənlərin modeli onların necə və hansı qaydalarla strukturlaşmasını təyin edir. 
Lakin struktur xassələri verilənlərin semantikasını və onlardan istifadə üsullarını tam 
açmağa imkan vermir. Bunun üçün verilənlər üzərindəki əməliyyatlar da müəyyən 
olunmalıdır və həmin əməliyyatlar verilənlərin strukturları ilə uyğunlaşdırılmalıdır. 
Verilənlərin modelləri yüksək dərəcədə tipikləşdirilmiş modellər sinfinə aiddir. Bu o 
deməkdir ki, hər bir verilən bu və ya digər kateqoriyaya aid edilə bilər. Əgər bu mümkün 
deyilsə, veriləni süni yolla müəyyən kateqoriyaya gətirib çıxarırlar. Əksər halda 
kateqoriyalar əvvəlcədən müəyyənləşdirilir, məsələn, “mahiyyət”, “atribut”, “əlaqə” 
kateqoriyaları. Kateqoriyalar və onlar arasındakı əlaqələr birlikdə sxem adlanır. Tətbiq 
sahəsinin xüsusiyyətlərindən və istifadəçilərin tələblərindən asılı olaraq verilənlərin 
modelləri müxtəlif ola bilər. Buna baxmayaraq, bütün modellərə aid olan ümumi 
anlayışlar və təyinetmələr mövcuddur. Hər bir model real obyektlərin statik və dinamik 
xassələrini əks etdirməlidir. 
Statik xassələrə 
vaxta görə invariant olan xassələr aiddir. 
Onlar həmişə və ya müəyyən vaxt intervalında doğru və dəyişməz olur. 
Dinamik xassələr
isə obyektlərin məruz qaldıqları əməliyyatlar nəticəsində vəziyyətlərinin dəyişilmələrini 
əks etdirirlər. Statik xassələr verilənlər modelinin yaranma qaydalarını ifadə edir və 
verilənlərin təsviri dili ilə əlaqələndirilir. Burada əsas məqsəd verilənlərin mümkün 
strukturlarını və onlar arasındakı əlaqələri təyin etməkdir. Verilənlərin strukturunun 
təyini yaranma qaydalarına cavab verən uyğun kateqoriyaların müəyyənləşdirilməsi ilə 
əldə edilir. Kateqoriyaların müəyyənləşdirilməsi isə atributlar və onların mümkün 
qiymətləri vasitəsilə aparılır. Bu zaman hər bir kateqoriyaya aid edilə bilən “tamlığın 
məhdudluğu” nəzərə alınmalıdır. Məsələn, işçinin tabel nömrəsi unikal olmalıdır. Aşkar 
məhdudluqlarla yanaşı modeldə struktur spesifikasiyalarına aid olan daxili məhdudluqlar 
da göstərilə bilər. Məsələn, obyektlər arasındakı əlaqələr ağacvari strukturla məhdudlaşa 
bilər. Verilənlər modelini yaranma qaydaları (G) və əməliyyat çoxluqları (O) vasitəsilə 
təyin edirlər. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin