17.
VBİS-ın linqvistik vasitələri
VBİS-in linqvistik vasitələrinə onun fəaliyyəti üçün istifadə olunan müxtəlif
dillər və lüğətlər daxildir. VBİS-də istifadə olunan dillərə aşağıdakılar aiddir:
Verilənlərin təsviri üçün dillər;
Verilənlərə əməliyyat aparmaq üçün dillər;
Proqram təminatının yaradılması üçün işlədilən dillər.
Həm istifadəçilər, həm də VB-nin administratoru verilənlərin strukturunun təyini
və dəqiq təsviri məqsədilə verilənlərin təsviri dillərindən istifadə edirlər. Verilənlərin
təsviri üçün səmərəli dillərin yaradılması verilənlər bazalarının və onların
idarəetmə
sistemlərinin layihələndirilməsində mühüm problemlərdən biri sayılır. Bu dillər
kompüter texnologiyası ilə məşğul olan bir sıra qabaqcıl firma və müəssisələr tərəfindən
təklif olunmuş və yayılmışdır. Verilənlərin təsviri metodlarını tədqiq etmək və səmərəli
dillər yaradıb yaymaq məqsədilə, kompüter texnologiyası, o cümlədən, verilənlər bazaları
üzrə mütəxəssislər tədqiqat qrupları təşkil etmişlər. Onlara misal olaraq verilənlərin emalı
sistemləri üçün dil vasitələrinin yaradılması ilə məşğul olan komitənin (CODASYL)
verilənlər bazaları üzrə işçi qrupunu (DBTG), kompüter texnikası komitəsinin faylların
təsviri və emalı üzrə xüsusi qrupunu (ACM SIGFIDET), verilənlərin
sistemləri üzrə
tədqiqat qrupunu (ANSI/SPARC) göstərmək olar.
Təsvir səviyyəsinə uyğun olaraq verilənlərin təsviri üçün 3 tip dillərdən istifadə
olunur:
Sorğuların (xarici sxemin) təsviri üçün dil (istifadəçilərlə ünsiyyət dili);
Konseptual sxemin təsviri üçün dil;
Daxili sxemin təsviri üçün dil.
Verilənlərin təsvir səviyyələri və dilləri arasında əlaqə şəkildə göstərilmişdir.
İstifadəçi-
proqramçılar
İstifadəçi-
şəxslər
Sorğular
(xarici sxem)
Şəkil. Verilənlərin təsvir səviyyələri və dilləri arasında əlaqə
Hər istifadəçinin özünün ünsiyyət dili var. Tətbiqi proqramçılar (istifadəçi-proqramlar)
üçün bu ya proqramlaşdırma dillərindən biri (Paskal, Cobol, C, PL-1 və s.) ya baxılan
sistemin xüsusi dildir. Sonuncunu 4-cü nəsil dili də adlandırırlar.
İstifadəçi-şəxslər (sonuncu istifadəçilər) ünsiyyət dili kimi xüsusi sorğu dilindən və
xüsusi təyinatlı dildən istifadə edirlər. Sorğu dili əsasən xüsusiləşdirilmiş xarakter daşıyır,
yəni o istifadəçilərin tələblərinin ödənilməsi baxımından yaradılır. Belə sistemlərdə
istifadəçilər tətbiqı proqramçıların işlətdiyi dildən istifadə edirlər. Lakin bu dil proqramçı
olmayan istifadəçilər üçün çətinlik törədir. Bu səbəbdən də inkişaf etmiş VBİS-də
istifadəçi-şəxslər üçün xüsusi sorğu dilləri yaradılır. Bu dillərə misal olaraq QBE (
Query
By Example - nümunəyə görə sorğu dili
) və SQL (
Structured Query Language -
strukturlaşdırılmış sorğu dili
) dillərini göstərmək olar.
Müasir VBİS-də xüsusi təyinatlı sorğu dillərindən geniş istifadə olunur. Bu dillər
əsasən interaktiv rejimdə işləmək üçün nəzərdə tutulur və dialoq dili adlanır. Dialoq dili
quruluşuna və öyrənilməsinə görə daha sadə olub, təbii dilə yaxındır. Dialoq dilinin də
1. Baza dili +
verilənlərin altdili
2.
Xüsusi dil
3. Sorğu dili
Xarici təsvir
Konseptual təsvir
Konseptual dil
Daxili sxem
Daxili dil
Konseptual sxem
Daxili təsvir
müxtəlif formaları mövcuddur. Bu formalar sistemlə istifadəçi arasındakı dialoqun təşkili
üsulundan asılıdır. Istifadəçi ilə sistem arasında 3 tip dialoq mümkündür:
Təşəbbüskarı sistem olan dialoq;
Təşəbbüskarı istifadəçi olan dialoq;
Qarışıq (sərbəst) dialoq, yəni təşəbbüskarı həm sistem, həm də istifadəçi ola bilən
dialoq.
Hər 3 tip dialoq üçün yararlı olan ümumi bir dildən istifadə oluna bilər. Təşəbbüskarı
istifadəçi olan və həmçinin qarışıq tipli dialoqlarda əmrlər
dillərinin bu və ya digər
növlərindən istifadə olunur.
Təşəbbüskarı istifadəçi olan və həmçinin qarışıq tipli dialoqlarda əmrlər dillərinin bu
və ya digər növlərindən istifadə olunur. Təşəbbüskarı sistem olan dialoqlu sistemlərdə
isə ən geniş yayılmış sorğu dili “menyu” prinsipi əsasında qurulan dildir. Bu dil quruluşça
sadə və təbii dilə daha yaxın olduğundan, istifadəçilər üçün əlverişlidir. Sistem
istifadəçiyə onun informasiyaya olan sorğusunu ödəmək suallar verir. Bu suallara cavabın
verilməsini asanlaşdırmaq üçün istifadəçiyə mümkün cavabların siyahısı (menyu) təqdim
edilir.
Menyudan seçmə prinsipinə uyğun olaraq istifadəçi lazımi cavabları
seçib sistemə
çatdırır. “Menyu” dilinin elementlərindən qarışıq tipli dialoqlu sistemlərdə də işlədilə
bilər. “Menyu dili” təbii dilin normallaşdırılmış formalardan biri olduğundan, intellektual
sistemlərdə, o cümlədən, onların interfeyslərində geniş istifadə olunur.
Konseptual və daxili sxemlərin təsviri və həmçinin verilənlərlə əməliyyat aparmaq
üçün proqramlaşdırma dilindən (məsələn, C, Cobol, PL-1 və s.) və ya sistemin xüsusi
dilindən istifadə olunur. 1-ci halda dilin tərkibində faylların, yazıların və onlar arasında
əlaqələrin təsviri üçün konstruksiyalar olmalıdır. Bu məqsədlə
istifadə olunan xüsusi
dillərə misal olaraq iyerarxik modelli sistem üçün (İMS sistemi) yaradılmış DL/1 (
Data
Language/1
), şəbəkə modelli sistemlər üçün yaradılmış CODASYL, relyasiya modelli
sistemlər üçün yaradılmış SQL dillərini göstərmək olar.
Bütün bu dilləri ümumləşdirsək,
demək olar ki, onların hamısı verilənlər bazasının
obyektləri və əməliyyatları ilə bağlı konstruksiyalardan ibarət olan verilənlərin altdilinə
malikdirlər. Baza dili adlandırılan proqramlaşdırma dilində verilənlərin altdili onun
içərisinə daxil edilmişdir, yəni baza dili VB ilə bağlı olmayan konstruksiyalara da (lokal
dəyişənlər, hesab və məntiq əməliyyatları və s.) malikdir. Sistem bu neçə baza dilini və
verilənlərin altdilini reallaşdıra bilər. Lakin SQL dilindən praktik olaraq bugünkü
sistemlərin hamısında istifadə olunur. Bəzi sistemlərdə SQL ayrıca
sorğu dili kimi,
bəzilərində isə baza dilinə (C, Cobol) daxil edilmiş verilənlərin altdili kimi reallaşdırılır.
SQL dili relyasiya modelli sistemlərin standart dili kimi qəbul olunmuşdur.
Dostları ilə paylaş: