yaradılması üçün istifadə edilir. 1-ci və 2-ci qrup vasitələr əsasən sistem proqramları üçün
nəzərdə tutulur. İstifadəçilərin tətbiq proqramlarının hazırlanması üçün vasitələrə
müxtəlif proqramlaşdırma sistemləri, proqramlaşdırma dilləri üçün proqram
kitabxanaları və həmçinin CASE vasitələri aiddir. Ən çox tətbiq edilən instrumental
vasitələrə misal olaraq DELPHİ, VİZUAL BASİC, POWER BULDER, POWER
DESİGNER, SİLVERRUN, ERWİN, S-DESİGNOR və s. göstərmək olar.
Göstərilənlərdən başqa, verilənlərin idarə edilməsi və VB-yə xidmət edilməsi üçün
müxtəlif əlavə vasitələrdən, məsələn, tranzaksiyalar monitorlarından da istifadə edilir.
İstifadə edilmənin xarakterinə görə VBİS-ləri 2 sinifə bölürlər: 1) fərdi VBİS-lər; 2)
çoxistifadəçili VBİS-lər.
Fərdi VBİS-lər adətən fərdi VB-nin və onunla işləmək üçün tətbiqi proqramların
yaradılması üçün istifadə edilir. Fərdi VBİS-lərdən və ya onların vasitəsilə hazırlanan
tətbiqi proqramlardan çoxistifadəçili VBİS-lərin kliyent hissələrində geniş istifadə
olunur. Fərdi VBİS-lərə misal olaraq VİSUAL FOXPRO, ACCESS, PARADOX və s.
sistemləri göstərmək olar.
Çoxistifadəçili VBİS-lər VB serverindən və kliyent hissəsindən ibarət olub, həmcins
olmayan hesablama mühitində, yəni müxtəlif tipli kompüterlərdə və əməliyyat
sistemlərində işləyə bilirlər. Odur ki, çoxistifadəçili VBİS-in əsasında kliyent-server
texnologiyası ilə fəaliyyət göstərən informasiya sistemini yaratmaq olar. Çoxistifadəçili
VBİS-in universallığı və fəaliyyət dairəsinin genişliyi onun qiymətinin yüksək olamsında
və tələb olunan kompüter resurslarının çoxluğunda özünü göstərir. Odur ki, tanınmış
çoxistifadəçili VBİS-lərin sayı çox deyil. Bu cür VBİS-lərə misal olaraq ORACLE və
İNFORMİX sistemlərini göstərmək olar.
Dostları ilə paylaş: