Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

 


20.
 
Verilənlər bazasının administratorunun yerinə yetirdiyi funksiyalar 
 
Verilənlər bazasının layihələndirilməsinin, reallaşdırılmasının və fəaliyyətinin 
istiqamətləndirilməsinə və yerinə yetirilməsinə, həmçinin verilənlərin saxlanmasına 
cavabdehliyi VB-nın administratoru daşıyır. VBA-nın yerinə yetirdiyi funksiyalara 
baxaq. 
1.
Konseptual sistemin tətbiq edilməsi. 
Müəssisənin idarə olunmasında tələb olunan 
informasiya əsassında verilənlərin adminstratoru VB-də hansı verilənlərin saxlanmasını 
müəyyənləşdirir. Bu proses VB-nın konseptual layihələndirilməsini əhatə edir. 
Verilənlərin adminstratoru tərəfindən VB-nin tərkibi abstrakt səviyyədə təyin edildikdən 
sonra, VBA verilənlərin konseptual təsvir dilindən istifadə etməklə konseptual sxemin 
tərtibi prosesində iştirak edir. Bu sxemin obyekt forması VBİS tərəfindən istifadəçilərin 
sorğularına cavab vermək üçün istifadə olunur. Onun ilkin forması isə sistemin 
istifadəçiləri üçün arayış sənədi rolunu oynayır. Qeyd edək ki, praktikada həmişə belə 
olmur. Bəzən verilənlərin adminstratoru özü konseptual sxemi tərtib edir, bəzən isə VBA 
konseptual layihələndirmə ilə məşğul olmur.
2.
Daxili sxemin tərtib edilməsi.
Verilənlər bazasının adminstratoru həmçinin 
verilənlərin yaddaşda necə saxlanması məsələsini də həll etməlidir. Bu prosesə verilənlər 
bazasının fiziki layihələndirilməsi deyilir. Fiziki layihələndirmədə VBA verilənlərin 
daxili təsvir dilindən istifadə etməklə verilənlərin saxlanma strukturunu, yəni daxili sxemi 
təyin edir. Bu zaman o konseptual sxemlə daxili sxem arasında uyğun əksolunmanı təyin 
etməlidir. Praktikada verilənlərin konseptual və daxili təsvir dilləri bu əks olunmanı təyin 
edən vasitələrə malik ola bilərlər. lakin bu iki funksiyaya (daxili sxemin tərtibi və 
əksolunmanın təyini) ayrıca baxılmalıdır. Konseptual sxemdə olduğu kimi, daxili sxem 
və uyğun əksolunma ilkin və obyekt formalarda mövcud olur.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin