18. VBİS-ın proqram təminatı VBİS-in proqram təminatı verilənlər bazasının yaradılması və istismarı ilə əlaqədar
olan prosedurları yerinə yetirilən bir sıra proqram modullarından ibarət olan mürəkkəb
kompleksdir. Bu kompleksin yerinə yetirdiyi əsas funksiyalar aşağıdakılardır:
Verilənlər bazasının yaradılması;
Verilənlər bazasının təshih edilməsi;
Verilənlər bazasının genişləndirilməsi;
Istifadəçi sorğularının emal üçün hazırlanması;
Verilənlərin axtarışı;
Verilənlər bazası ilə istifadəçilər arasında interfeysin təşkili;
Axtarış nətiçələri üzərində sorğunun tələb etdiyi əməliyyatların yerinə yetirilməsi;
Verilənlərin tamlığının və mühafizəsinin təmin edilməsi;
Sistemin interaktiv rejiminin idarə olunması;
Teleemal rejiminin idarə olunması;
Verilənlər lüğətinin yaradılması və idarə olunması.
Göstərilən funksiyaları yerinə yetirən proqramlar VBİS-in idarəedici proqramları
sayılır. Bu proqramlardan əlavə VBİS-in tərkibinə yaddaş sərfini azaltmaq məqsədilə
verilənlərin sıxlaşdırılması və açılmasını yerinə yetirən, verilənlərin düzgünlüyünü
yoxlayan proqramlar və digər servis xarakterli proqramlar da daxil edilir.
Informasiya sistemi tətbiq edilən müəssisədə verilənlərin mərkəzləşdirilmiş emalına və
idarə olunmasına məsuliyyəti
verilənlərin adminstratoru adlanan bir və ya bir neçə
şəxsdən ibarət qrup daşıyır. Verilənlərin adminstratoru verilənləri yaxşı anlamalı və
müəssisənin idarə olunması üçün hansı verilənlərə ehtiyac olmasını bilməlidir.
Verilənlərin administratorunun vəzifələrinə aşağıdakılar aiddir:
Verilənlərin aktuallığını təmin etmək;
Verilənlərə xidmət zamanı mövcud qaydalara əməl olunmasına və istifadəçilərin
sorğularının təmin olunmasına nəzarət etmək;
Verilənlərin mühafizəsini təmin etmək.
Verilənlərin adminstratorunun tələblərinin yerinə yetirilməsi verilənlər bazasının
adminstratoru tərəfindən aparılır. Verilənlər bazasının adminstratoru bir və ya bir neçə
peşəkar mütəxəssisdən ibarət olan qrupdur. Verilənlər bazası adminstratorunun vəzifəsi
verilənlər bazasını yaratmaq, onun yeniləşdirilməsini, təshihini və istifadəçilərin
sorğularının cavablandırılmasını təmin etməkdir. O, həmçinin sistemin operativliyinə və
texniki təminatına da cavabdehlik edir.