mümkün
qiymətlər dairəsi, təsvir formatları, istifadəçilər və onların sorğuları və s.
haqqında məlumatı mərkəzləşdirilmiş şəkildə özündə saxlayır.
Hər bir müəssisə və təşkilatlarda verilənlər bazasının tətbiqi uzun vaxt tələb edir.
Tətbiq proqramlarının yaradılması və inteqrallaşdırılması ilə
əlaqədar olaraq verilənlər
bazası genişləndirilir. Yeni verilənlər daxil edilir, köhnələri isə silinir və ya dəyişdirilir.
Verilənlərin lüğəti bütün bu dəyişikliklər və ümumiyyətlə, verilənlər ehtiyatları haqqında
informasiyanı özündə saxlayır.
Verilənlərin lüğəti istifadəçilərə və adminstratora aşağıdakı funksiyaların
yerinə
yetirilməsində kömək edir:
Istifadəçilər haqqında məlumatın əldə edilməsi və onlar arasında əlaqə yaradır.
Sistemə eyni verilənlərin daxil edilməsi və ya mövcud
verilənlərin təsvirinin
dəyişdirilməsi ilə əlaqədar olaraq məlumatın alınması.
Verilənlərdə təkrarlanmaların azaldılması və ziddiyyətlərin aradan qaldırılması.
Tipik sorğular, menyular və çıxış sənədləri haqda məlumatın əldə edilməsi .
Verilənlərdə edilən dəyişikliklərin bütövlükdə VB-yə təsir dərəcəsinin təyini.
VB-nın yaradılması və genişləndirilməsini sadələşdirmək
məqsədilə verilənlərin
idarə olunmasının mərkəzləşdirilməsi.
Göründüyü
kimi,verilənlərin
lüğətinin
əsas
vəzifəsi
verilənlərin
sənədləşdirilməsindən ibarətdir. Metaverilənlər bazasının təşkili və istismarı da müəyyən
dil, proqram və təşkilatları tələb edir. Metaverilənlər bazasının yaradılması və istismarı
VB-nın adminstratorunun funksiyalarına daxildir.
Çoxbazalı sistemlərdə metaverilənlər bazasında həmçinin verilənlər bazaları və onlar
arasındakı əlaqələr haqqında da məlumat olur.
Bundan əlavə, hansı proqramın və ya
istifadəçinin hansı verilənlər bazasından
istifadə etdiyi, verilənlərin
mühafizə kodu və
onlara müraciətin məhdudluğu haqqında informasiya da qeyd olunur.