Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

24.
 
Sorğu və onun növləri 
 
Verilənlərə müraciət etmək üçün adətən 
sorğulardan 
(cапросы - query) istifadə olunur. 
Sorğularla işləmək sürətlidir və onlar təhlükəsizlik baxımından etibarlıdır.
Bir cədvəl üçün bir neçə sorğu formalaşdırmaq olar. Hər bir sorğu cədvəldə saxlanılan 
informasiyanın yalnız ona lazım olan hissəsini seçib götürə bilər. Sorğu nəticəsində ilkin 
verilənlər bazasının əsasında 
yekunlaşdırıcı cədvəl
yaradılır.
 
Bu cədvəldə yalnız sorğuya 
uyğun olan verilənlər toplanır.
Sorğular xüsusi qaydalara uyğun yazılır. Bu qaydaların toplusuna 
sorğu dili
 
(query 
language)
 
deyilir.
Cədvəldə lazım olan verilənləri tez tapmaq üçün süzgəc , xüsusən genişləndirilmiş 
süzgəc gözəl bir vasitədir. Ancaq təkcə verilənlərə baxmaq deyil, eyni zamanda onları 
hər hansı qaydada emal etmək zərurəti yarandıqda süzgəc yetərli olmur. Bu cəhətdən 
sorğuların bir sıra üstünlükləri var: 

Sorğunu eyni zamanda bir neçə cədvələ tətbiq etmək olar; 

Ekrana yalnız lazım olan sahələri çıxarmaq olar; 

Sorğu nəticəsində alınan yekun cədvəldə sahələrin ardıcıllığını dəyişmək olar; 

Ekrana yalnız zəruri olan sayda yazı çıxarmaq olar. 
Aşağıdakı sorğu növlərini yaratmaq mümkündür: 

Seçim – bu sorğu bir və ya bir neçə informasiya mənbəyindən – cədvəldən və ya 
sorğudan yalnız tələb olunan informasiyanın baxış üçün əldə olunmasını təmin edir.

Kəsişən – praktikada informasiyanın analizi məqsədilə verilənləri bir neçə əlamətə 
görə qruplaşdırmaq və nətiçənin xüsusi şəkildə əks olunması tələb oluna bilər. Məhz bu 
məqsədlə MS Access-də kəsişən sorğular nəzərdə tutulmuşdur.

Dəyişdirici – bu sorğular bir neçə yerə ayrılır: cədvəl yaradan və əlavə edən sorğular, 
ləğv edən sorğular, yeniləşdirən sorğular və s.

Parametrik – praktikada oxucuların tələbatından asılı olaraq müxtəlif illərdə nəşr 
olunana kitablar haqqında informasiya tələb olunur. Hər tələbata uyğun isə sorğu 
yaratmaq qeyri mümkündür. Bu çətinlik parametrik sorğular vasitəsilə aradan qaldırıla 
bilər.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin