2.
Records → Filter → Filter By Selection
menyu komandasını seçmək,
yaxud alətlər
zolağındakı uyğun düyməni çıqqıldatmaq;
3.
Yenidən bütün yazıları əks etdirmək üçün
Records → Remove Filter/Sort
komandasını
yerinə yetirmək, yaxud alətlər zolağındakı
Remove Filter
düyməsini basmaq lazımdır.
“Seçilmişin inkarı” süzgəçi əks əməliyyat aparır, yəni belə yazıları nəzərə almır.
Genişləndirilmiş süzgəc
daha mürəkkəb seçim şərtləri verməyə, eləcə də bir neçə
parametr üzrə çeşidləmə aparmağa imkan verir.
Bütün növ süzgəcləri, istər verilənlər
bazasını bütövlükdə, istərsə də müəyyən şərtlə seçilib ayrılmış yazılara tətbiq etmək olar.
27.
Hesabatların hazırlanması və makrosların yaradılması
Hesabatlar verilənlər bazasının obyekti olub, informasiyanın çıxışı üçün nəzərdə tutulub.
Hesabata formanın analoqu kimi baxmaq olar, ancaq burada verilənlər ekrana deyil, çapa
çıxarılır. Hesabatın işinin nəticəsi printer üçün hazırlanmış kağız sənəddir.
Hesabatların
yaradılması demək olar ki, formanın yaradılması kimidir. Yeni hesabat yaratmaq üçün ilk
növbədə
Verilənlər bazası (Баcа данных)
pəncərəsinin
Hesabatlar (Отчеты)
bölməsinin
Yaratmaq (Соcдатü)
düyməsini sıxmaq, açılan pəncərədə hesabat
yaradılması rejimlərindən birini və informasiya mənbəyini seçib, OK düyməsini sıxmaq
lazımdır. Yeni hesabatların yaradılması üçün aşağıdakı rejimlər nəzərdə tutulmuşdur:
Konstruktor
rejimi – formada olduğu kimi idarəetmə
elementləri panelinin
elementlərini bu rejimi seçdikdə açılan boş hesabat üzərində yerləşdirməklə yeni
hesabatın yaradılmasını və digər rejimlərdə yaradılmış hesabatları redaktə etməyə imkan
verir.
Hesabat ustası
(Мастер отчета) rejimi – bunun vasitəsilə hesabat yaratmaq üçün ilk
növbədə Hesabat ustası rejimini və informasiya mənbəyini seçib, OK düyməsini sıxdıqda
açılan ilk pəncərədə, hesabat yaradılmasında iştirak edən sahələri və əgər hesabat bir neçə
informasiya mənbəyi əsasında yaradılırsa digər informasiya mənbələrini və ona uyğun
əlavə sahələri müəyyən etmək və
Davamı (Далее)
düyməsini sıxmaq lazımdır.
Avtohesabat: lentşəkilli
(Автоотчет: ленточный)
və
Avtohesabat: sütunvari
(Автоотчет: в столбеö)
rejimləri – avtomatik olaraq lentşəkilli və sütunvarı sadə,
yalnız bir informasiya mənbəyi əsasında hesabatların yaradılmasını təmin edir.
Poçt nakleykaları (Почтовые наклейки)
rejimi – bazadakı informasiya əsasında
poçt nakleykalarının yaradılmasını və çapını təmin edir.
Diaqram ustası (Мастер диаграмм)
rejimi – diaqram tipli hesabatların
yaradılmasını təmin edir.
Makroslar müəyyən əməliyyatlara uyğun makroəmrlər siyahısından
ibarət olub, çox
istifadə olunana bir və ya bir neçə əməliyyatların təkrar və avtomatik yerinə yetirilməsini
təmin edir. O, ardıcıl yerinə yetirilmiş əməliyyatları bir əməliyyat vasitəsilə və müəyyən
hadisə hər dəfə baş verdikdə avtomatik yerinə yetirilir. Yeni makrosu yaratmaq üçün
Verilənlər bazası pəncərəsinin Makroslar bölməsinin Yaratmaq düyməsini sıxmaq
lazımdır. Bu zaman açılan pəncərə adətən Makroəmrlər və Qeyd sütunlarından ibarət
cədvəldən və Makroəmrlərin arqumentləri sahəsindən ibarətdir.
Makroəmrlər sütunun
açılan makroəmrlər siyahısından müvafiq makroəmr seçilir. Qeyd sütununda isə ehtiyac
duyularsa seçilmiş makroəmrin yerinə yetirilməsinə dair izahedici şərh və ixtiyari qeyd
yazılır. Bundan sonra Makro əmrlərin arqumentləri bölməsində makroəmrin müvafiq
arqumentləri müəyyən olunmalıdır. Bir ad altında saxlanmış bir neçə makrosu –
makroslar qrupunu yaratmaq üçün Görünüş menyusunun Makrosların adları əmrini
yerinə yetirmək və cədvələ əlavə olunana Makrosların adları
bölməsində makroslar
qrupunun hər birinə konkret ad vermək lazımdır.