23. Access proqramında cədvəllərin yaradılması. Cədvəllərarası əlaqələr Cədvəl verilənlər bazasının əsas obyekti olub, informasiya məhz onda saxlanılır.
MS Excel əlavəsində olduğu kimi cədvəl sətirlərdən və sütunlardan ibarətdir və onların
kəsişməsindən xana yaranır. MS Access-də cədvəlin sətrini yazı, sütununu isə sahə
adlandırmaq qəbul edilmişdir. Yeni cədvəlin yaradılmasının aşağıdakı rejimləri vardır:
Cədvəl rejimi (Режим таблиöы) – bu rejim sadə cədvəllərin yaradılmasına xidmət
edir. Verilənlər müvafiq xanalara daxil olunur. Sahələrdəki informasiyaya uyğun olaraq
proqram cədvəlin sahələrinin tipini, formatını və əlavə xassələrini müəyyən edir.
Cədvəl konstruktoru (Конструктор таблиöы ) – yalnız cədvəlin strukturunu
müəyyən edir.
Cədvəl ustası (Мастер таблиöы) – bu rejim MS Access-də nəzərdə tutulmuş bir
sıra cədvəl nümunələri əsasında yeni cədvəlin yaradılmasını təmin edir.
Cədvəl idxal ustası (Мастер импорта таблиö) – cədvəl idxal rejimi vasitəsi ilə
digər verilənlər bazasının cədvəlinin, MS Excel, Lotus 2-3 elektron cədvəllərinin, HTML
mətn fayllarının surətinin yeni cədvəl şəklində cari bazada yaratmaq mümkündür.
Cədvəllərarası əlaqə ustası (Мастер свяcи с таблиöами) – bu rejim digər
verilənlər bazasının, verilənlər bazasının idarəetmə sistemlərinin cədvəlləri, MS Excel,
Lotus 1-2-3 elektron cədvəlləri, mətn və HTML faylları ilə əlaqəli yeni cədvəlin
yaradılmasını təmin edir.
Verilənlər bazası ilə iş cədvəllərin yaradılması ilə başlayır. Cədvəlin yaradılması iki
mərhələdə aparılır:
cədvəlin strukturunun yaradılması;
cədvəlin verilənlərlə doldurulması.
Cədvəlin strukturu konstruktor rejimində yaradılır.
Konstruktor reyimində cədvəlin
strukturunun blankı açılır.
Cədvəlin strukturunun yaradılması üçün:
1. Sahələrin adlarını
Field Name sütununa daxil etmək.
2.
Date Type sütunda siyahıdan sahələrdəki verilənlərin tipini seçmək.
3. Açar sahəni qeyd etmək.
4. Sahələrin əlavə xassələrini
General vərəqəsində göstərmək lazımdır.
Bu sistemdə verilənlərin aşağıdakı tiplərini təyin etmək olar: Mətn, Memo, Ədəd,
Tarix/Zaman, Pul , Sayğac, Məntiqi, OLE obyekti, Hiperistinad.
Cədvəli nəzərdən kecirmək və dəyişdirmək üçün də konstruktor rejimindən istifadə
edilir. Cədvəli doldurmaq üçün isə cədvəl rejiminə keçmək lazımdır.