Obyektyönlü model
iki modeli özündə birləşdirir (relyasiya və şəbəkə modellərini)
və mürəkkəb strukturlu böyük VB-lərin qurulması üçün istifadə olunur. Obyektyönlü
modeldə obyektyönlü proqramlaşdırma prinsiplərindən istifadə olunur. Lakin burada
istifadəçilərin aparat və proqram anlayışları (bayt, yazı və s.) ilə deyil, real aləmin
strukturuna uyğun anlayışlarla, başqa sözlə, obyektlər və onlar üçün təyin olunmuş
əməliyyatlarla işləyirlər. Obyektyönlü yanaşmada abstraksiya səviyyəsi daha yüksək
olur. Bu tip modeldə relyasiya konsepsiyası domenlərə (cədvəlin sütunları) əsaslanır.
Yəni obyekt sinfi kimi domen götürülür. Belə hibrid sistem relyasiya əsaslı olduğundan,
relyasiya modelinin üstünlüklərini saxlayır, yəni bu cür sistem relyasiya sistemləri ilə
uyuşur.
12.
Verilənlərin relyasiya modeli
Relyasiya modeli (RM) mövzu sahəsini əhatə edən nisbətləri və onlar arasındakı
əlaqələri əks etdirir. Relyasiya modelində VB-in məntiqi sxemi nisbətləri sxemi şəklində
təsvir olunur. Həmin sxemdə ayrı-ayrı nisbətlər və oxlu xidmətlərlə onlar arasından
əlaqələr göstərir. Relyasiya modelinin elementləri bunlardır: nisbət, mahiyyət, atribut,
nisbətin sxemi, relyasiya sxemi, domen, açar, verilənlərin tipi.
Nisbət
– hər hansı mahiyyət haqqında verilənləri VB-da saxlayan cədvəlin başlığını
təşkil edir.
Mahiyyət
– verilənləri nisbətdə saxlanan istənilən təbiətli informasiya obyektidir.
Atribut
– mahiyyəti xarakterizə edən xassədir.
Relyasiya modelinin elementləri
Relyasiya modelinin elementləri
Təsvir forması
Nisbət
Cədvəl (fayl)
Nisbətin sxemi
Nisbətin adı və atributların siyahısı
Relyasiya sxemi
VB-dakı nisbətlərin sxemləri və onlar
arasındakı əlaqələr
Mahiyyət
İnformasiya obyekti
Kortej
Cədvəlin sətri (yazı)
Atribut
Cədvəlin sütununun başlığı (adı)
Domen
Cədvəlin sütunu
Açar
Bir və bir neçə atribut
Verilənlərin tipi
Domendəki elementlərin
qiymətlərinin tipi
Relyasiya modelinin riyazi əsası sonlu riyaziyyatın bölməsi olan nisbətlər (relyasiya)
cəbrindən götürülmüşdür. Nisbəti riyazi olaraq belə şərh etmək olar: tutaq ki, n sayda
𝐷
1
, 𝐷
2
, … , 𝐷
𝑛
çoxluqları var. Onda R nisbəti nizamlanmış
< 𝑑
1
, 𝑑
2
, … , 𝑑
𝑛
>
kortejlərinin
(cədvəlin sətirlərinin) çoxluğudur. Burada
𝑑
𝑖
𝜖𝐷
𝑖
və
𝐷
1
, 𝐷
2
, … , 𝐷
𝑛
R nisbətinin
domenləridir.
Nisbətin kortejlərinə, başqa sözlə, faylın yazılarına birbaşa etmək üçün açardan
istifadə olunur.
Açar – elə atribut və ya atributlar birləşməsidir ki, onun qiyməti ilə nisbətin hər bir
korteji (faylın yazısı) birmənalı təyin olunur. Nisbət bir neçə açara malik ola bilər. Onlara
mümkün və ya potensial açarlar deyilir. Baxılan halda onlardan biri seçilir və ona birinci
və ya əsas açar deyilir. Açarlardan aşağıdakı məqsədlər üçün istifadə edilir:
Nisbətin kortejlərinə (yazılara) müraciəti sürətləndirmək;
Nisbətlər arasında əlaqələri təşkil etmək;
Açar atributlarda qiymətlərin təkrarlanmasını aradan qaldırmaq;
Kortejləri nizamlamaq. Kortejləri açara daxil olan bütün atributların qiymətlərinin
artma və ya azalma ardıcıllığı ilə və ya qarışıq (birinin artması, digərinin isə azalması)
nizamlamaq mümkündür.
Relyasiya modeli nəzəriyyəsində xarici açar anlayışı da var. Fərz edək ki,
𝑅
1
nisbətində açar olmayan A atributu var və həmişə atribut
𝑅
2
nisbətində əsas açar rolunda
çıxış edir. Onda
𝑅
1
nisbətinin A atributuna xarici açar deyilir. Xarici açarlar vasitəsilə
nisbətlər arasında əlaqələr yaradılır.
Məsələn , İŞÇİ nisbəti ilə VƏZİFƏ-MAAŞ (vəzifə-maaş) nisbəti arasında əlaqə
“vəzifə” atributu vasitəsilə qurulur. Burada “vəzifə” atributu İŞÇİ nisbətində xarici açar,
vəzifə-maaş nisbətində isə əsas açar kimi çixiş edir.
İŞÇİ
Tabel nömrəsi Soyadı-İnisialı
Şöbə
Vəzifə Doğum tarixi
VƏZİFƏ-MAAŞ
Vəzifə
Maaş
Şəkil. Nisbətlərin əlaqələndirilməsi
|