Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

Yaranma qaydaları
verilənlər modelinin statik xassələrini ifadə edir və 
verilənlərin təsviri dili ilə təyin olunur. Verilənlərin strukturunun təyini yaranma 
qaydalarına cavab verən uyğun kateqoriyaların müəyyənləşdirilməsi ilə əldə edilir. 
Kateqoriyaların müəyyənləşdirilməsi isə atributlar və onların qiymətləri vasitəsilə 
aparılır. Mahiyyət və əlaqələrin mümkün reallaşdırılmasının seçilməsi hər bir kateqoriya 
üçün təyin olunan “tamlığın məhdudluğu” nəzərə alınmaqla aparılır.Tamlığın 
məhdudluğu aşkar və ya qeyri- aşkar şəkildə verilə bilər. 
Əməliyyat çoxluğu
verilənlər 
modelinin dinamik xassələrini ifadə edir. Bu çoxluq verilənlərlə əməliyyat dili vasitəsilə 
əlaqələndirilir.
 
Əməliyyat çoxluğu verilənlər bazasının D
i
reallaşdırılması üzərində onun 
D
c
reallaşdırılmasına çevrilməsi üçün aparılan əməliyyatları təyin edir. Çoxluğun hər bir 
əməliyyatı verilənlər bazasını bir vəziyyətdən digərinə gətirir. Bu halda verilənlər 
bazasının strukturu dəyişə bilər. Lakin daxili məhdudluqların pozulmasına icazə verilmir.


11.
 
Verilənlər modellərinin növləri 
 
Verilənlərin struktur modelləşdirməsində aşağıdakı tip modellərdən istifadə olunur: 
iyerarxik, şəbəkə, relyasiya və obyektyönlü. 
İyerarxik model 
verilənlərin qraf şəklində təsvirinə əsaslanır. Sxemin qraf 
diaqramında təpələr (düyünlər) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı 
əlaqələri göstərir. Əsas daxili məhdudluqlar bunlardır: 

Əlaqələrin bütün tipləri funksional xarakterlidir və yalnız aşağıdakı əlaqələr 
mümkündür: “birin – birə” (1:1), “birin - çoxa” (1:M), “çoxun – birə ” (M:1); 

Əlaqələr ağacvarı struktura mikdirlər.
VB sxemi üçün qraf-diaqrama təyinat ağacı deyilir. Əgər verilənlər təbii olaraq ağacvarı 
struktura malikdirsə, iyerarxik modelin tətbiqi heç bir problem yaratmır. Lakin ağacvarı 
strukturlardan fərqli strukturların təsviri üçün modelə əlavə vasitələr daxil edilməlidir. 
Iyerarxik modelli sxemdə struktur dəyişikliklərinin aparılmasında (ələxüsus altağacların 
ağacdan kənarlaşdırılması və ya ağaca əlavə edilməsi) böyük çətinliklərlə əlaqədardır. 
Iyerarxik modelli VBİS-ə misal olaraq 1970-1990-cı illərdə geniş tətbiq tapmış İMS 
sistemini və onun əsasında keçmiş SSRİ-də yaradılmış OKA sistemini göstərmək olar.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin