Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

9.
 
Verilənlər bazası layihələndirilməsi 
 
Istifadəçilərin informasiya tələblərinin tam təmin edilməsi üçün verilənlər bazasının 
layihələndirilməsi zamanı 2 cəhəti nəzərə almaq lazımdır: 
1)
mövzu sahəsinin sərhədlərini müəyyənləşdirmək və mövzu sahəsinin informasiya 
modelini yaratmaq; 
2)
istifadəçi sorğularına tam və dəqiq cavab verən verilənlər bazasını daima aktual 
vəziyyətdə saxlayan idarəetmə sisteminin yaradılması və ya seçilməsi. 
Verilənlər bazasının layihələndirilməsi mərhələləri və hər bir mərhələyə uyğun giriş 
və çıxış informasiyanın tərkibi şəkildə göstərilmişdir. 
Ümumi
informasiya
tələbləri 
VB-nin məntiqi strukturu
Konseptual sxem
Tələblər
Tətbiq sahəsi 
Verilənlər bazasına 
qoyulan tələblərin 
ifadə olunması və 
təhlili 
Konseptual-infoloji 
layihələndirmə 
VBİS-in seçilməsi 
Məntiqi 
layihələndirmə 
Fiziki 
layihələndirmə 
İstifadəçilər 
Dataloji 
layihələndirmə
Əməliyyat sisteminin 
və texniki vasitələrin 
arakteristikaları
İnfoloji 
layihələndirmə
Emaletmə 
tələbləri


Şəkil 3. Verilənlər bazasının layihələndirilməsinin mərhələləri 
İlkin mərhələdə tətbiq sahəsinin informasiya baxımından tədqiqi nəticəsində verilənlər 
bazasına qoyulan tələblər müəyyənləşdirilir və təhlil edilir. Sonra tətbiq sahəsinin 
informasiya-məntiq (infoloji) modeli yaradılır. Həmin modeldə tətbiq sahəsinə aid 
verilənlərin strukturu və onlar arasındakı əlaqələr əks etdirilir. Bu iki mərhələ verilənlər 
bazasının infoloji layihələndirməsini əhatə edir. Infoloji layihələndirmədə aşağıdakı 
məsələlər həll olunmalıdır: 

Tətbiqi sahəsinin hansı obyektləri və prosesləri haqqında informasiya toplanmalıdır? 

Həmin obyektlərin və proseslərin əsas xarakteristikaları və onlar arasında əlaqələr.

Obyektlər və proseslər haqqında sistemə daxil edilən anlayışların, xarakteristikaların 
və əlaqələrin təsvir olunması. 
İnfoloji layihələndirmənin nəticəsində verilənlər bazasının konseptual sxemi yaradılır. 
Bu mərhələdə həmçinin istifadəçilərin sorğuları araşdırılır və nəticədə xarici infoloji 
modellər (altsxemlər) və onların konseptual infoloji modellə əlaqələri formalaşdırılır və 
təsvir edilir. Bu mərhələnin əsas tələblərindən biri ondan ibarətdir ki, konseptual sxemin 
və xarici modellərin təsviri konkret VBİS-lə bağlı verilənlərin təsvir metodlarından asılı 
olmamalıdır. Konseptual-infoloji model bütün sistemin etibarlı və uzunmüddətli işini 
təmin etməlidir. Müəyyən səbəblərdən VBİS dəyişdirildikdə konseptual-infoloji model 
öz stabilliyini saxlamalıdır. 
Verilənlər bazasının reallaşdırılması üçün konkret VBİS-in seçilməsi, seçilən VBİS-
lə bağlı verilənlərin məntiqi və fiziki strukturlarının təyini, verilənlərə müraciət 
metodlarının seçilməsi, təminedici və servis proqram vasitələrinin qurulması VB-nın 
dataloji layihələndirməsini əhatə edir. O 3 mərhələrdən ibarətdir: VBİS-in seçilməsi, 
məntiqi layihələndirmə və fiziki layihələndirmə. 
Konseptual-infoloji layihələndirmə səviyyəsində VBİS-in xüsusiyyətləri nəzərə 
alınmır. Seçilmiş VBİS-lə bağlı amillər, kompüterin yaddaşında verilənlərin təşkilinin 
xüsusiyyətləri isə fiziki layihələndirmədə nəzərə alınır. Konseptual və fiziki 
layihələndirmə mərhələləri arasındakı mərhələ məntiqi layihələndirmə adlanır. Bu 
mərhələdə verilənlər bazasının VBİS-lə bağlı sxemi yaradılır. Bu zaman konkret VBİS-
in və istifadəçilərin tələblərindən irəli gələn məhdudluqların ödənilməsi üçün VB-nin 
strukturunda dəyişikliklər edilə bilər. 
Fiziki layihələndirmədə əsas məqsəd məntiqi sxemin tələblərinə və VBİS-in 
vasitələrinə uyğun olaraq verilənlərin yaddaşda saxlanmasının və onlara müraciətin 
səmərəli strukturunu və metodlarını seçmək və reallaşdırmaqdan ibarətdir. Verilənlərin 
fiziki təşkili VB-nın istismar xarakteristikalarına təsir edən əsas amildir.
VB-nin fiziki strukturu


Fiziki strukturda verilənlərin əsas vahidi saxlanılan fiziki yazıdır. Fiziki yazı bir və ya 
bir neçə məntiqi yazıya uyğun gələ bilər. Fiziki yazılardan fayllar yaradılır. Sadə halda 
fayl eyni strukturlu yazılar çoxluğudur. Fiziki verilənlər bazası bir və ya bir neçə 
əlaqələndirilmiş faylda ibarət olur. Fayllar arasında əlaqə yazıların açarları vasitəsilə əldə 
edilir. Beləliklə, fiziki layihələndirmədə aşağıdakı məsələlərə baxılır: 

VB-yə daxil edilən fayllara uyğun yazıların formatlarının təyini; 

Faylların yaddaşda təşkili; 

Yazılara müraciət üsulları; 

Verilənlərin tamlığı və təhlükəsizliyi; 

Təminedici və servis proqramlarının yaradılması. 
Fiziki layihələndirmənin parametrlərini dəyişdirmək imkanı olduğundan, layihənin bir 
neçə variantı yaradıla bilər və qiymətləndirmə kriteriləri əsasında onlardan ən səmərəlisi 
seçilə bilər. Qiymətləndirmə kriterilərinə aşağıdakılar daxildir: sorğulara cavabvermə 
vaxtı, təshih olunmaya sərf olunan xərclər, VB-nin yenidən təşkilinin tezliyi və ona sərf 
olunan xərclər, əsas və xarici yaddaşın sərfi.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin