Informasiya sistemləRİ


Maliyyə axınlarının idarə olunması



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

Maliyyə axınlarının idarə olunması 
İnformasiya texnologiyalarının maliyyə axınlarının idarə olunmasında tətbiqini 
əsaslandıran səbəb bu sahədə də baş verə bilən səhvlərin yolverilməzliyidir. 
Tədarükcülərlə və istehlakcılarla hesablaşma sisteminin düzgün qurulmaması digər 
məsələlərin yaxşı həll olunduğu halda belə, maliyyə böhranlarına gətirib cıxara bilər və 
əksinə, maliyyə hesablaşmalarının düzgün aparılması və çiddi nəzarət edilməsi firmanın 
dövriyyə vəsaitlərinin xeyli artmasına səbəb ola bilər. 
Mal dövriyyəsinin, ceşidin və tədarükün idarə olunması 
Mal dövriyyəsinin, ceşidin və tədarükün təhlili prosesinin avtomat-laşdırılması 
vəsaitlərin daima çatışmaması şəraitində müəssisənin gəlirlə işləməsinə və dinamik 
inkişafına zəmin yaradır. Dövriyyə vəsaitlərinin həddən artıq miqdarda anbarlarda yığılıb 
«dondurulması» istənilən istehsal müəssisəsinin zərərinə yönələn proses hesab olunur. 
Perspektiv malları nəzərə almadan müəssisə inkişaf edə bilməz. Bütün bunlar isə mal 
dövriyyəsinin, ceşidin və tədarükün informasiya texnologiyalarının tətbiqi ilə hərtərəfli 
təhlili və məqsədyönlü idarə olunması sayəsində aradan qaldırıla bilər. 
İstehsal proseslərinin idarə olunması 
İstehsal proseslərinin idarə olunması cox zəhmət tələb edən problemdir. Burada əsas 
məsələ istehsal prosesinin planlaşdırılması və optimal idarə olunmasıdır. Bu məsələnin 
avtomatlaşdırılmış həlli istehsal güçlərini, sərfləri, bazarı və s. nəzərə almaqla 
planlaşdırmanı düzgün aparmağa, istehsalın texniki hazırlağını yerinə yetirməyə, istehsal 
proqramına və texnologiyaya uyğun məhsul istehsalı prosesini operativ idarə etməyə 
imkanlar yaradır. Aydındır ki, istehsalat böyük olduqda gəlirin alınmasında iştirak edən 
biznes proseslərin sayı cox olur, odur ki, informasiya sistemindən istifadə olunması həyati 
zərurət daşıyır. 
Texnoloji proseslərin idarə olunması 
Texnoloji proseslərin idarə olunmasında kompüter texnologiyasından uzun 
müddətdir (təxminən 70-çi illərdən başlayaraq) istifadə olunur. İlk vaxtlar bu məqsədlə 
aparat 
vasitəsi 
kimi 
xüsusiləşdirilmiş 
idarəediçi kompüterlərdən 
istifadə 
olunurdu.Mikroprosessorlar və fərdi komputerlər yaradılandan sonra aparat vasitəsi kimi 
onlardan istifadə olunmağa başlandı. Əksər hallarda kompüter və ya mikroprosessor 
texnoloji qurğunun özündə yerləşdirilir. Texnoloji proseslərin idarə olunmasında əsas 
problem sistemin həqiqi zaman miqyasında (on-line) işinin təmin olunmasıdır. Bu 
problemin həlli sistemin bütün komponentlərinə xüsusi tələblər qoyur. Onlardan ən əsası 
kompüterin texnoloji qurğu ilə əlaqəsini on-line rejiminə uyğun təşkil etməkdir. Müasir 
texnoloji qurğuların əksəriyyətində avtomatlaşdırılmış idarəetmə sistemi qurğuların 
layihə edilməsi və hazırlanması mərhələlərində nəzərə alınır və onların tərkib hissəsi kimi 
istehlakcılara təqdim edilir. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin