Informasiya sistemləRİ


Gücləndirilmiş 3 nf və ya Boys – Kodd normal forması (bknf)



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

Gücləndirilmiş 3 nf və ya Boys – Kodd normal forması (bknf).
Əgər nisbət 3 nf-ə 
malikdirsə və tərkibli açarın atributları açar olmayan atributlardan asılı deyilsə, nisbət 
gücləndirilmiş 3 nf-də hesab olunur. Fərz edək ki, sifarişlərə görə partiyalarla mal 
göndərilməsini əks etditən SİFARİŞ – MAL (Sifariş, Partiya, Mal) nisbətinə baxılır. Hər 
partiya bir neçə sifarişə məxsus ola bilər. hər bir mal yalnız bir sifarişə və bir partiyaya 
daxil ola bilər. bir partiyada müxtəlif sifarişlərə məxsus bir neçə mal ola bilər. baxılan 
nisbətdə açar rolunda “Sifariş” və “Partiya” atributları çıxış edə bilər. tutaq ki, açar kimi 
həmin atributların birləşdirilməsindən istifadə olunur. Bu halda nisbətdə “Sifariş - 
Partiya”

“Mal” asılılığı ilə bərabər “Mal”

“Partiya” asılılığı da mövcuddur. Sonuncu 
asılılıq aşağıdakı anomaliyalara səbəb olur: 

Verilənlərdə ziddiyyətliyin olması ehtimalı yaranır. Odur ki, “Mal” atributunun 
qiymətlərində aparılan dəyişiklik nisbəti bütün kartejlərinə baxmağı tələb edir.

Mal və onun daxil olduğu partiya haqqında verilənlər sifariş təyin olunana qədər 
daxil edilə bilməz və əksinə, əgər sifariş nisbətdən xaric edilirsə, onda həmin sifarişə 
uyğun mal haqqında verilənlər bazasından xaric olunacaq.
Həmin anomaliyaların aradan qaldırılması tərkibli açara daxil olan atributun 
(“Partiya”) açar olmayan atributdan (“Mal”) asılılığını yox etməklə mümkündür. Bunun 
üçün ilkin “Sifariş - Mal” nisbəti 2 nisbətə ayrılır: “SİFARİŞ - PARTİYA” və “MAL - 
PARTİYA”.


16.
 
Verilənlər bazasının idarəetmə sistemləri (VBİS) 
 
Verilənlər bazasının mərkəzləşdirilmiş idarə olunmasını və verilənlərə müraciəti 
təmin etmək üçün linqvistik və proqram vasitələrindən ibarət xüsusi kompleks yaradılır 
ki, onun da adına verilənlər bazasının idarəetmə sistemi (VBİS) deyilir. VBİS 
informasiya sisteminin mərkəzi hissəsini təşkil edir. Verilənlərin təsvir edilməsi üçün 
seçilən modeldən asılı olmayaraq, verilənlər VB-də əlaqələndirilmiş fayllar şəklində 
saxlanılır. Odur ki, VBİS-in əsas funksiyalarına aşağıdakılar aiddir: 

VB-nin fayllarını, aralarındakı əlaqələri nəzərə almaqla, təşkil etmək; 

VB-də lazımi düzəlişləri – verilənlərin əlavə edilməsi, dəyişdirilməsi və 
silinməsi – təmin etmək; 

Sorğulara görə verilənlərə müraciəti yerinə yetirmək.
Bu əsas funksiyalardan əlavə müasir VBİS-lər də sorğuya görə seçilən 
verilənlərin emalı (onlar üzərində hesab və məntiq əməllərinin aparılması) və çıxış 
sənədlərinin (hesabatların) lazımi formaya salınıb, əks etdirilməsi də nəzərə alınır. VBİS-
in əsas komponentləri olan verilənlər bazası, proqram təminatı, linqvistik təminat və VB-
nin adminstratoru.

Verilənlərə müraciətin VBİS tərəfindən idarə olunması aşağıdakı kimi aparılır: 


1.
VBİS sorğunu qəbul edərək onun təhlil edir. 
2.
Müəyyən dildən (məsələn SQL dilindən) istifadə etməklə istifadəçi öz 
sorğusunu sistemə daxil edir.
3.
Sonra VBİS tərəfindən həmin sorğuya uyğun xarici sxem, onun konseptual 
sxemdə əksi (xarici - konseptual), konseptual sxem, konseptual sxemin daxili sxemdə 
əksi araşdırılıb, tələb olunan verilənlərin daxili strukturları təyin olunur.
4.
VBİS saxlanan verilənlər üzərində tələb olunan əməliyyatları aparır.
Fərz edək ki, istifadəçinin sorğusuna görə xarici yazının müəyyən nüsxəsinin 
seçilməsi tələb olunur. Ümumi halda tələb olunan verilənlərin seçilməsi üçün konseptual 
yazıların bir neçə nüsxəsinin seçilməsi lazım gəlir. Bu isə öz növbəsində fiziki səviyyədə 
saxlanılan yazıların bir neçə nüsxəsindən müəyyən sahələrin seçilməsini tələb edir. 
Əvvəlcə VBİS saxlanan yazıların tələb olunan nüsxələrini seçməli, konseptual yazıların 
tələb olunan nüsxələrini qurmalı və nəhayət, xarici yazının nüsxəsini formalaşdırmalıdır. 
Hər mərhələdə verilənlərin tipinin çevrilməsi və ya başqa çevrilmələr tələb oluna bilər.
VBİS verilənlərin bütün səviyyələrdə (xarici, konseptual, daxili və uyğun 
əksolunmalar) təyinini və bu təyinlərin uyğun formalara çevrilməsini təmin etməlidir. 
Bunun üçün onun tərkibində linqvistik vasitələr (verilənlərin təsvir dilləri) və linqvistik 
prosessor olmalıdır.
VBİS verilənlərin seçilməsi, dəyişdirilməsi, yeniləşdirilməsi və silinlməsi 
əməliyyatlarını təmin etməlidir. Bunun üçün o verilənlərin emalı dilinə və prosessora 
malik olmalıdır. Həmin prosessor həm reqlamentli (planlaşdırılmış), həm də təsadüfi 


(planlaşdırılmamış) sorğuların emalını təmin etməlidir. Təsadüfi sorğuların emalı xüsusi 
problem olduğundan, o, VBİS-in və ona əlavə olunan üsqurum proqram vasitələrinin 
köməkliyi ilə həll olunur. Reqlamentli sorğular adətən əməliyyat xarakterli tətbiq üçün 
(məsələn, standart formalarda müxtəlif hesabat cədvəllərinin qurulması), təsadüfi 
sorğular isə qərarların qəbulunun informasiya təminatı üçün nəzərdə tutulur. Reqlamentli 
sorğuların emalı əvvəlcədən hazırlanmış proqramlarla, təsadüfi sorğuların emalı isə 
təyinat üzrə interaktiv aparılır. 
VBİS-in vacib tərkib hissələrindən biri də verilənlər lüğətidir. Verilənlər lüğətinə 
sistemin metaverilənlər bazası kimi baxmaq olar. Burada “verilənlər haqqında verilənlər”
(“metaverilənlər”), o cümlədən hər səviyyəyə uyğun sxemlərin (xarici, konseptual, daxili) 
təsviri, sxemlərin bir-birində əksləri,standart sorğular, həmin sorğularla onları emal edən 
proqramlar arasında əlaqələr, sorğulara uyğun hesabat formaları, istifadəçilər, 
verilənlərin alınma mənbələri, sistemə qoşulan terminallar və s. haqqında məlumat 
saxlanır. Metaverilənlər bazasının idarə olunması, yəni onun yaradılması, verilənlərin 
seçilməsi və dəyişikliklər aparılması üçün də ayrıca proqram təminatı hazırlanır. 
Verilənlər lüğətinə bəzə direktoriya və ya kataloq deyilir. 
Bəzi hallarda, istifadəçilər sistemdən uzaq məsafədə olanda, sorğular VB-ya 
kommunikasiya məlumatı formasında ötürülür (istifadəçinin işçi stansiyasından birbaşa 
və ya əməliyyat məntəqəsi vasitəsilə VBİS-ə). İstifadəçilərə cavablar da VBİS-dən 
birbaşa və ya əməliyyat məntəqəsi vasitəsilə bu cür məlumat formasında çatdırılır. Bu 
prosesin idarəolunması “verilənlərin ötürülməsi dispetçeri” adlanan proqram kompleksi 
vasitəsilə aparılır. Adətən bu proqram kompleksi VBİS-dən ayrı yaradılır və özünün 
hüquqi əsaslarına malik olur. Bu cür sistemlərə paylanmış verilənlər bazaları deyilir. Bu 
tip sistem son illərdə geniş yayılan kliyent-server arxitekturası ilə qurulur.
Beləliklə, VBİS-in əsas vəzifəsi VB ilə istifadəçi arasında interfeysin təmin 
edilməsidir. İstifadəçi interfeysi istifadəçinin sistemlə əlaqəsini təmin edir.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin