13. Relyasiya modelində nisbətə qoyulan tələblər Relyasiya modelində nisbətə müəyyən tələblər qoyulur. Odur ki, cədvəlin nisbət hesab
olunması üçün o, aşağıdakı şərtlərə və məhdudluqlara cavab verməlidir:
1.
Cədvəldə təkrarlanan sətirlər ola bilməz, başqa sözlə eyni qiymətli əsas açara malik
bir neçə sətir ola bilməz.
2.
Cədvəldə təkrarlanan adla sütunlar ola bilməz.
3.
Cədvəlin bütün sətirləri eyni struktura malik olmalıdır.
4.
Cədvəlin sütunları tərkibli ola bilməz.
5.
Cədvəldə sətirlərin ardıcıllığı istənilən qaydada ola bilər.
Nisbətlər üzərində əməliyyat aparmaqla digər nisbətləri almaq olar. Məsələn,
relyasiya VB-yə verilən sorğunun nəticəsi kimi bazada saxlanan nisbətlər əsasında
hesablanmış yeni nisbət almaq olur. Odur ki, emal olunan verilənləri saxlanan və
hesablanan hissələrə ayırmaq olar.
Relyasiya modelli VB-lərin əksəriyyətində verilənlərin emalının əsas vahidi ənənəvi
proqramlaşdırma dillərində olduğu kimi, kortej (yazı) yox, nisbət qəbul olunmuşdur.
Nisbətlər üzərində aparılan əməliyyatları 2 qrupa bölmək olar. 1-ci qrupa çoxluqlar
üzərində aparılan əməliyyatlar aiddir: toplama, kəsişmə, çıxma, bölmə, dekart hasil. 2-ci
qrupa nisbətlər üzərində aparılan xüsusi əməliyyatlar aiddir: proyeksiya, birləşdirmə,
seçmə. İmkanlarından və mürəkkəb sorğulara cavab vermək qabiliyyətindən asılı olaraq,
müxtəlif VBİS-lərdə bu əməliyyatların hamısı və müəyyən hissəsi reallaşdırılır.
Relyasiya VBİS-lərdə nisbətlər üzərində əməliyyatların aparılması üçün 2 qrup
dillərdən istifadə olunur. 1-ci qrup dillər relyasiya cəbrinə, 2-ci qrup dillər isə relyasiya
hesablamalarına əsaslanır. Relyasiya cəbrində operandlar və əməliyyatların nəticələri
nisbətlər olur. Sorğunun nəticəsi olan nisbət saxlanan nisbətlər üzərində ardıcıl aparılan
əməliyyatlardan alınır. Bu cür dillər əsasən prosedur dillər olur. Bu dillərə misal olaraq
dBase dilini göstərmək olar. Relyasiya hesablamalarına əsaslanan dillər isə qeyri-
prosedur dillərdir. Bu dillərdə VB-ya verilən sorğu yalnız tələb olunan nəticə haqqında
informasiyaya malik olur. Bu qrup dillərə misal olaraq SQL dilini göstərmək olar.
Relyasiya cəbri ilə relyasiya hesablamaları arasında