İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 181 ____________________________
Təhlükəli viruslar kompüterin işində fəsadlara səbəb olur.
Çox
təhlükəli
virusların
alqoritminə
əvvəlcədən
proqramların
itməsinə,
verilənlərin
məhv
edilməsinə,
kompüterin işi üçün zəruri olan yaddaşın sistem oblastlarına
yazılan
informasiyanın
pozulmasına,
hətta
kompüter
əfsanələrindən birində deyildiyi kimi mexanizmlərin hərəkət
edən hissələrinin (deyək ki, bəzi vinçester tiplərinin
başlıqlarının) tez sıradan çıxmasına
səbəb olan prosedurlar
daxildir.
Kompüter viruslarının bəzi tiplərinə məxsusi adlar
verilmişdir. Belə ki, icra edilən proqramlardakı qeyri-dəqiqlikdən
və
onların
təkmilləşdirilməməsindən
(məsələn,
əsas
proqramdan altproqrama giriş və altproqramdan əsas
proqrama çıxış zamanı dəyişdirilən ünvanlar)
istifadə edən
viruslar “tələ” adlandırılır.
“Məntiqi bombalar” və ya “gec açılan bombalar” elə
viruslara deyirlər ki, bunlar destruktiv təsirini həyata keçirmək
üçün uzun müddət və cürbəcür hazırlıq işləri aparır, sonra
müəyyən şərtlər kompleksi yerinə yetiriləndə (məsələn, işin
müəyyən mərhələsi yerinə yetiriləndə,
müəyyən edilmiş vaxt
çatanda, proqrama müəyyən istifadəçi müraciət edəndə və s.)
işə düşür. Belə viruslar ona görə daha təhlükəlidir ki, onlar
uzum müddət dağıdıcı iş aparmalarına
baxmayaraq praktik
olaraq ozlərini büruzə vermirlər. Belə viruslar o vaxt aşkar edilir
ki, əməliyyat sisteminin proqramlarının əksəriyyəti və ya hamısı
demək olar ki, iş qabiliyyətini itirmiş olur. Beləliklə, kompüter iş
qabiliyyətini tamamilə itirmiş olur.
Soxulcan-viruslar şəbəkə və ya periferiya qurğularının
idarə olunmayan əməliyyatları yerinə yetirməsinə (məsələn,
printerdə kağızın fasilsiz hərəkət etməsinə, əməliyyat
sisteminin daim yenidən yüklənməsinə və s.) imkan yaradır.