İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə121/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 184 ____________________________ 
Klassik virusların “qızıl əsri” 10 ilə yaxın davam etmişdir. 
Bu gün onların sayı kəskin azalmışdır. Anatoli Kasperski 
laboratoriyasının (laboratoriya Moskva şəhərində yerləşir) 
məlumatına görə, klassik viruslar ümumi virusların cəmi bir-
neçə faizini təşkil edir. Müasir antivirusların hər biri klassik 
virusla müvəffəqiyyətlə mübarizə apara bilir. Əməliyyat 
sisteminin özü də bu virusların hücumunu dəf etmək 
iqtidarındadır. Bu gün bəzi virus növlərinin, demək olar ki, kökü 
kəsilmişdir. Kökü kəsilən viruslardan biri sərt diskin yükləyici 
sektorunu zədələyən “
boot-virus”udur. 
AÇIQLAMA
: Əgər hələ kompüterinizə antivirus 
yükləməmişsinizsə, onda kompüterinizdə virusun olduğuna 
əmin ola bilərsiniz. Odur ki, müvafiq saytın mühafizə 
sisteminə daxil olub münasib antivirusu pulsuz alın və fərdi 
kompüterinizə yükləyin. 
İndiki zamanda virusların təsirindən bütün kommersiya 
təşkilatlarının illik itkiləri çox da böyük olmayan bir ölkənin 
büdcəsi ilə müqayisə edilən olub, hər il ikiqat artmaqdadır. Bəzi 
mütəxəssislərin narahatlığı təhlükəsizlik probleminin ciddiliyini 
göstərir. 
MessgeLabs şirkətinin texnoloji departamentinin başçısı 
Aleks Şip göstərmişdi ki, 1999-cu ildə hər saatda 1, 2000-ci ildə 
hər 3 dəqiqədə 1, 2004-cü ildə isə bir-neçə saniyədə 1 yeni 
virus yaranmışdı (http://www.messaglabs.com). 
Sankt-
Peterburqdakı 
İqor 
Anatolyeviç 
Danilovun 
antivirus 
laboratoriyasının (ООО «СалД») məlumatına görə, yalnız 
2007-ci ilin mart ayında antivirus bazasına 7 mindən artıq yeni 
virus barədə yazı əlavə olunmuşdur. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 185 ____________________________ 
Dr.Web şirkətinin rəhbəri İqor 
Anatolyeviç Danilov 
Qreys Müller Hopper 
Müasir virusların əksəriyyəti özündə bu keyfiyyətləri 
birləşdirir. Buna misal SoBig virusunu göstərmək olar. Virus 
2003-cü ilin avqustunda elektron poçtla göndərilən məktubların 
təxminən 30%-ni yoluxdurmuşdu. 
Aşağıda kompüter istifadəçiləri üçün maraqlı olan 
viruslarln yaranma xronologiyası verilir.
1945-ci il. 
Terminin yaranması. ABŞ Hərbi Dəniz Donanmasınin vitse-
admiralı, hərbi-dəniz ştabının informasiya şöbəsinin rəhbəri 
Qreys Müller Hopper (Grace Murray Hopper) elektron-
hesablayıcı maşının (müasir kompüterin prototipinin) nasaz 
işlədiyini aşkar edir. 
Relelərdən birinə pərvanə (kəpənək) düşmüşdü. Bu 
problemi admiral “böcək” (bug) adlandırır (Admiral XIX əsrin 
sonlarında ABŞ və Böyük Britaniya fiziklərinin elektrik 
qurğularındakı ixtiyari nasazlıqları ifadə etmək üçün işlətdiyi 
“böcək” terminindən istifadə etmişdi). Admiral həm də ilk dəfə 
“böcəkdən xilas olmaq” (debugging) terminindən istifadə 
etmişdi. 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin