İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə123/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

1983-cü il. 
Şimali Karolina Universitetinin alimi Fred Koen “kompüter 
virusu” terminini kompüter aləminə daxil etdi. 
1984-cü il. 
Amerika yazıçısı Vilyam Qibson ilk dəfə “hiperfəza” 
anlayışından istifadə etdi. 
1986-cı il. 
Artıq qeyd edildiyi kimi, IBM PC üçün yaradılan ilk virus 
The Brain olmuşdur. Bunu Pakistanlı iki qardaş yaratmşdı. 
Bunlar Brain virusunu öz firmalarının proqram təminatını yerli 
“quldurlardan” qorumaq və onları “cəzalandırmaq” məqsədi ilə 
yaratmışdılar. Lakin tez bir zamanda bu virus sərhədləri aşdı və 
yüzlərlə kompüteri yoluxdurdu. Kompüter ictimayyəti o 
zamanlar hadisələrin bu cür gedişini qarşılamağa hazır deyildi. 
1987-ci il. 
Virusların yaradılması və onlarla mübarizə aparılması 
barədə ilk kitab yazıldı. Bunu amerika proqramçısı Ralf Berger 
(Ralph Burger) yazmışdı. Kitab “Kompüter virusları. Yüksək 
texnologiyaların xəstəliyi” (“Computer Viruses. The Decease of 
High Technologies”) adlanırdı. Kitab virus yaratmağa 
başlayanlar üçün “əlifba kitabı” kimi məsləhət görüldü. 
1988-ci il. 
23 yaşlı amerika proqramçısı ARPANET-i yoluxduran 
“qurd” yaratdı. İlk dəfə kütləvi yoluxma baş verdi – 6 min 
kompüter virusdan zərər gördü. İlk dəfə məhkəmə kompüter 
virusunun müəllifini mühakimə etdi. Müəllif 10 min dollar 
cərimə edildi və 3 il şərti iş aldı. Bu münaqişədən sonra 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 188 ____________________________ 
kompüter virusları haqqında ciddi yazıları digər qeyri-kompüter 
nəşriyyatları da yaymağa başladılar. 
1989-cu il. 
ARPANET rəsmi olaraq İNTERNET adlandırıldı. IBM PC 
üçün ilk antivirus proqram təminatı yaradıldı. AIDS adlı ilk 
“troya atı” meydana çıxdı. Bu virus vinçesterdəki bütün 
informasiyanı əlçatmaz edərək ekrana belə bir yazı çıxardı: 
“Aşağıda göstərilən ünvana 189 dollarlıq çek göndərin”. 
Virusun müəllifi göndərilən pulu alan kimi həbs edildi. 
Antivirus proqram təminatı ilə “döyüşə bilən” “Tünd 
Qisasçı” (The Dark Avenger) adlı ilk virus yaradıldı. Bu virus 
antivirus proqramı vinçesteri yoxladığı məqamda da yeni-yeni 
faylları yoluxdurmaqda davam edirdi.
Lawrence Berkeley Laboratory-nin əməkdaşı Kliff Stoll 
“Ququ quşunun yumurtası” (The Cuckoo’s Egg) adlı kitab nəşr 
etdirdi. Həmin kitabda müəllif peyğəmbərcəsinə xəbər vermişdi 
ki, ümumdünya kompüter şəbəkəsi təkcə xeyirxah məqsədlərlə 
istifadə edilməyə də bilər. Belə ki, bu şəbəkə hərbçilər, 
cinayətkarlar və dələduzlar tərəfindən də fəal surətdə istifadə 
ediləcəkdir. K.Stoll hadisələrin bu məcraya yönəlməsinin 
qarşısının vaxtında alınması tədbirlərinin görülməsini təklif 
etmişdir. 
1990-cı il. 
Bu, PC Today adlı populyar kompüter jurnalı ilə bağlı 
məşhur münaqişə tarixidir. Çünki həmin jurnal öz abunəçilərinə 
virusa yoluxmuş disketlər yaymışdı. 

Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin